25:07 - 10:16
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

İndi də “Yarım gilə”mizi oğurladılar… – VİDEO

27.07.2024 - 22:28
A A
Erməni müğənninin Cavanşir Quliyevin əsərini oğurluq ifa etməsi ilə bağlı hüquqi addımlar atılacaqmı?

“Əzizim, yarımgilə

İstərəm yarım gilə

Ürəyim quştək uçur

Getməyə yarımgilə”…

***

Torpaqlarımızı, insanlarımızı, rəqslərimizi, yeməklərimizi, mahnılarımızı, əsərlərimizi oğurlamaqdan yorulmayan ermənilər bir mahnımızı daha oğurladılar. İndi də Əməkdar İncəsənət Xadimi, bəstəkar Cavanşir Quliyevin bəstələdiyi, Xalq artisti, müğənni Brilyant Dadaşovanın ifa etdiyi mahnısını oğurlayıblar. Sosial şəbəkələrdə mahnının erməni dilində ifasının videogörüntüləri yayılıb.

Mahnının tarixi və yaranması ilə bağlı məlumat almaq üçün bəstəkar Cavanşir Quliyeva müraciət etdik. Bəstəkar öz əsərinin oğurlanması ilə bağlı hüquqi yollara baş vurubmu?

Cavanşir Quliyev Pressklub.az-a açıqlamasında bildirdi ki, bu mahnı 1991-ci ildə Azərbaycan televiziyasının baş rejissoru Ramiz Həsənoğlunun qızının toyuna hədiyyə olaraq yazılıb. Və ilk dəfə də həmin toyda ifa olunub. Sonra mahnını studiya şəraitində Brilyant xanım Dadaşova ilə yazıb, efirə veriblər: “Brilyant xanım bu mahnını oxudu, klipini də çəkdi. Daha sonra Türkiyəli Ezgi Mert adında müğənni də bu mahnını oxuyub, albomuna saldı”.

Bəstəkarın sözlərinə görə, sonra da bir gürcü müğənni “Yarım gilə”ni oğurlayaraq, oxuyub: “Mən onları axtarıb, tapdım. Hüquqi işlər başlatmaq istədiyimi bildirəndən sonra həmin ifaçı məndən üzr istəyib, dedi ki, mahnının müəllifi olduğunu bilmirmiş. Onlara bir erməni deyibmiş ki, mahnı bütün Qafqazda yayılan mahnıdır. Yəni, xalq mahnısıdır. Görünür, həmin erməni sakit durmayıb, mahnını öz soydaşlarına da verib. Amma ola bilər ki, həqiqətən də müəllifi olmayan xalq mahnısı hesab ediblər. Və ya bilərəkdən də etmiş ola bilərlər. Çünki mahnı uzun zamandır internetdədir. Dünyadakı bütün musiqi platformalarında var”.

Müsahibimiz deyib ki, məsələ ilə bağlı hüquqi yollara baş vurub: “Əqli Mülkiyyət Agentliyinə müraciət etmişəm. “You Tube”də mənim hüquqlarımı müdafiə edən şirkətin başçısına da bildirəcəm. Məsələ burasındadır ki, mən həmin videogörüntünü “Facebook”da görmüşəm.” You Tube”dadırsa, onu tapıb, “You Tube” vasitəsilə hüquqi işləri görmək olar. Amma “Facebook”da kiminsə səhifəsindədirsə, onu tapmaq çətin olacaq. Yalnız şikayət edib, videonun səsini bağlamaq olar. Hər bir halda, məsələnin həlli üçün nə lazımdırsa, edəcəm”.

Maraqlıdır, bu hadisə ilə bağlı Əqli Mülkiyyət Agentliyi bir tədbir görəcəkmi? Mahnı agentlikdə rəsmi qeydiyyata alınıbmı? Məsələ hansısa şəkildə qaldırılacaqmı?

Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli Pressklub.az-a açıqlamasında bildirib ki, agentlik məsələni araşdırıb, lazımi məlumatı verəcək.

Qeyd edək ki, bir neçə gün öncə sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının sözləri Gor Yepremyan tərəfindən dəyişdirilib və onun ifasında “Sirun jan” adı altında “Armenian Folk”, yəni “erməni xalq mahnısı” qeydi ilə “Youtube” platformasında yerləşdirilmişdi. Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi isə həmin mahnının mövcud platformalardan silinməsinə nail olub.

Ümid edirik, bu dəfə də aidiyyəti qurumların qarşı tərəfə cavabı gecikməyəcək.

Ramilə Qurbanlı,

Günay Elşən

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Agentlik rəhbəri: “Ekoloji tələblərə cavab verməyən bütün layihələr geri qaytarılır”

Növbəti Yazı

Antalyanın simvolu sayılan qədim Aspendos şəhəri – Özəl 

XƏBƏR LENTİ

Gündəm

ASCO-nun gəmiləri ilə Bakı Gəmiqayırma Zavodunun akvatoriyasında dibdərinləşdirmə işləri aparılıb 

2025/07/29 - 11:25
Gündəm

2025/2026-cı tədris ili üzrə qəbul çərçivəsində nəticələrin ilkin siyahısı müəyyən olunub 

2025/07/29 - 11:23
Gündəm

Zaur Mikayılovun “qohumbaz idarəçiliyi” su sektorunu uçuruma aparır 

2025/07/27 - 8:56
Gündəm

Türkiyənin 22-ci UNESCO İrsi: Sardis və Bintepə – FOTOLAR  

2025/07/25 - 11:39
Gündəm

Bakı metrosunda 35 milyonluq müqavilə kimə qazandıracaq? 

2025/07/24 - 11:48
Gündəm

Azərbaycanın ilk qadın gəmi kapitanı haqqında bədii film çəkilir 

2025/07/24 - 11:27
Gündəm

Deputatın “Çovdar çörəyi” – biznes imperiyasına qısa baxış 

2025/07/23 - 9:21
Gündəm

Likiyanın incisi: Qədim Myra şəhərinin sirləri

2025/07/16 - 13:47
Gündəm

DNA Tədqiqatı Türkiyənin Neolitik Çatalhöyük şəhərində qadın mərkəzli cəmiyyətin olduğunu ortaya aşkarladı – FOTOLAR

2025/07/16 - 8:22
Gündəm

ADDA-nın yaradılmasından 29 il ötür 

2025/07/15 - 11:51
Gündəm

2025-ci ilin ilk 6 ayında gəmilərlə daşıma göstəriciləri açıqlanıb 

2025/07/14 - 15:00
Gündəm

Türkiyənin turizm mərkəzi : “Akdeniz’in İncisi” -FOTOLAR

2025/07/09 - 10:44
Gündəm

Türkiyə Antalyada tarixi sualtı kəşfini açıqladı

2025/07/07 - 11:44
Gündəm

Bir il əvvəl istismara verilən “Zəngilan” tankeri ilə indiyədək 266 min tondan çox yük daşınıb 

2025/07/02 - 11:21
Gündəm

ASCO-da maraqların toqquşmasının qarşısının alınmasına dair təlim keçirilib 

2025/07/01 - 14:45
Gündəm

DİN “Sputnik-Azərbaycan”da əməliyyat keçirir 

2025/06/30 - 13:12
Gündəm

Əfsanəvi çex və yapon avtomobillərindən ibarət karvan “Azərbaycan” gəmi-bərəsi ilə Qazaxıstana çatdırılıb 

2025/06/30 - 13:10
Gündəm

“Rəsul Rza” gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb 

2025/06/24 - 16:01
Gündəm

Tarixlə təbiətin qovuşduğu anadolu incisi Bitlis

2025/06/24 - 12:58
Gündəm

“Gənc Turizm Liderləri–2” adlı düşərgə təşkil olunub 

2025/06/23 - 16:39

SEÇMƏ

Antalyadan Sivasadək: Türkiyədə hələ kəşf edilməmiş təbii möcüzələr – FOTOLAR

2025/05/20 - 11:48

Türkiyəni ilk dəfə ziyarət edən turistlər buranı yer üzündəki cənnət adlandırır. Bu da səbəbsiz deyil. Türkiyənin dörd bir yanı əsl...

Daha çox oxu

Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq – FOTOLAR

2025/05/12 - 11:15

Türkiyənin zəngin kulinariya irsini qeyd edən ənənəvi Türk Mətbəxi Həftəsi artıq dördüncü dəfədir ki, keçiriləcək. Bu dəfə ənənəvi tədbir  mayın...

Daha çox oxu

Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi

2025/05/12 - 10:16

Türkiyənin 2025-ci ilin birinci rübü üzrə turizm gəlirləri açıqlanıb. Türkiyəyə bu ilin ilk üç ayında 8.844 milyon turist qəbul edib ...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.