Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun keçirdiyi tenderlərin bir qismini oğlu udub. Məsələn, Şuşa işğaldan azad olduqdan sonra – 2021-ci ildə Bayram Səfərov 3 lot üzrə dövlət sifarişini oğlu RUFİS SƏFƏROVA məxsus “KƏKLİK” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnə verib. Yəni Şuşa azad olandan sonra oğlunu “QALIB” elan edib.
