25:05 - 9:56
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Həbsdəki jurnalistin özünə xəsarət yetirməyə cəhd göstərdiyi bildirilir

06.04.2024 - 15:59
A A
“Kanal 11” internet televiziyasının həbsdə olan rəhbəri Teymur Kərimovun Bakı İstintaq Təcridxanasında özünə qəsd etmək istədiyi iddia olunur. Bunu Bakı Ağır Cinayətlər Məhkəməsində onun işinə baxan hakimlərdən biri – Əli Məmmədov deyib.

Aprelin 5-də T.Kərimovun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Onun məhkəmə qarşısında əlləri qandallı şəkildə saxlanmasına özü də, vəkilləri də etiraz edib.

Vəkil Nemət Kərimli onun əllərindəki qandalın açılmasını istəyərək bildirib ki, şəxsin hakim qarşısına bu vəziyyətdə çıxması məhkəmənin ləyaqətinin alçaldılmasıdır. Bu, həm də məhkəmənin obyektivliyi, qərəzsizliyi prinsipinə ziddir.

Məhkəmə prosesinə sədrlik edən hakim Azad Məcidov qandalların açılmasına razılıq verməyib:

“Bu, məhkəmənin yox, konvoy xidmətinin səlahiyyətində olan məsələdir. Onlar icazə vermirsə, açıla bilməz”.

Həmin arqumentlə razılaşmayan vəkil vurğulayıb ki, məhkəmə prosesinə sədrlik edən hakim var və bütün məsələlər onun səlahiyyətindədir: “Bu cür yanaşma məhkəmənin özünə hörmətsizlikdir”.

“25 nəfərin qətlində ittiham edilən adam əlləri açıq olurdu, amma məni…”

Hakim öz qərarını dəyişmədiyindən, T.Kərimov işə A.Məcidovun baxmasına etiraz edib. Etirazını da belə əsaslandırıb ki, məhkəmə prosesinin əvvəlindən hakim ona qarşı qərəz nümayiş etdirir. Bu üzdən, prosesin davamında onun obyektiv olacağına inanmır:

“Vaqif Xaçatryan 25 nəfərin qətlində ittiham olunurdu. Amma onun məhkəməsində əlləri açıq olurdu. Məni isə qandallı saxlayırsınız…”.

A.Məcidova verilən etiraza digər iki hakim baxıb və onu təmin etməyib.

“Məlumata görə, Teymur Kərimov həm istintaq təcridxanasında, həm də məhkəməyə gətiriləndə özünə qarşı müəyyən addımlar atıb. O özünə xəsarət yetirməyə meylli şəxs kimi səciyyələndirilir”, – hakim Əli Məmmədov etirazın təmin olunmaması barədə qərarı elan edəndə belə deyib.

T.Kərimov isə özünə xəsarət yetirməsi barədə deyilənləri qəbul etmir. O vurğulayıb ki, haqqında səslənən fikirlər doğru deyil:

“Onlar çox söz deyə bilər. Mən harda, nə vaxt özümə xəsarət yetirmək istəmişəm? Bədənimə baxsınlar. Görsünlər ki, bir dənə iz var?”

Vəkilləri T.Kərimovun məhkəmənin hökmünə qədər ev dustaqlığına buraxılması, prosesdə müdafiəçilərinin yanında əyləşməsi, videoçəkiliş aparmağa icazə verilməsi kimi məsələləri də qaldırıblar. Bunlarla bağlı qərar aprelin 24-də keçiriləcək növbəti iclasda açıqlanacaq.

Xatırlatma

Teymur Kərimov ötən il dekabrın 12-də həbs olunub. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham verilib. Bu maddədə 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub.

T.Kərimov “Kanal 11”in əməkdaşı olmuş İstək Totiyeva ilə birgə mühakimə edilir. Lakin İ.Totiyeva həbsdə deyil.

T.Kərimov videomaterialın kanaldan silinməsindən ötrü pul tələb edib almaqda, İ.Totiyeva isə bu prosesə vasitəçilik etməkdə suçlanırlar.

T.Kərimov özünü təqsirli bilmir, jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.

Son 5 ayda Azərbaycanda 10-dan çox jurnalist həbs edilib. Onlar, əsasən, qaçaqmalçılıq, hədə-qorxu ilə tələb etmə və başqa ittihamlarla üzləşiblər.

Jurnalistlər ittihamları qurama sayır və bunu peşə fəaliyyətlərinə bağlayırlar. Rəsmilərsə ölkədə jurnalistlərin peşə fəaliyyəti ilə bağlı həbs olunmalarına dair fikirləri qəbul etmirlər.

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir 

Növbəti Yazı

Laçında fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş keçirilib 

XƏBƏR LENTİ

Gündəm

Antalyanın möcüzəli təbiəti və mədəniyyət xəzinələri – FOTOLAR

2025/05/06 - 16:02
Gündəm

Əlilliyi olan şəxslərə dəstək, dövlət qayğısı və həllini gözləyən məsələlər

2025/05/05 - 12:03
Gündəm

Qumar oyunlarının qurbanları artır – Cəmiyyət niyə susur? 

2025/05/05 - 11:59
Gündəm

Qlobal Cənub və Qlobal Şimal arasında bərabərlik və etimadın təməli qoyulur

2025/04/28 - 16:14
Gündəm

Turizmin beşiyi olan tarixi kəndlər

2025/04/28 - 16:11
Gündəm

Prezident Velosiped Turunun 60-cı buraxılışı keçiriləcək – FOTOLAR

2025/04/24 - 16:35
Gündəm

Deputat Ülvi Quliyevin oğlundan Prezidentə şikayət – Nə baş verib?

2025/04/22 - 12:25
Gündəm

Analar gününü İzmirin Urla bölgəsində qeyd edin – Fotolar 

2025/04/22 - 11:18
Gündəm

Mersin–Tartus Ro-Ro xətti yenidən istifadəyə verilib 

2025/04/22 - 10:57
Gündəm

Nazirlik plastik cərrahiyyə apara biləcək həkimlərin siyahısını yaydı

2025/04/17 - 12:00
Gündəm

ASCO-nun “Xocalı” gəmisi ilk dəfə Hind okeanına daxil olub

2025/04/17 - 11:10
Gündəm

Ağdamın Sarıcalı kəndinin bərpası dövlət büdcəsinə 35 milyona başa gəlib

2025/04/17 - 8:52
Gündəm

Ayasofya Məscidinin günbəzində əhatəli bərpa işləri başlanılıb – FOTOLAR

2025/04/16 - 13:08
Gündəm

“Suraxanı” tanker-muzeyi Beynəlxalq Dəniz Muzeyləri Konqresinə üzv seçilib 

2025/04/14 - 11:15
Gündəm

Türkiyənin hər guşəsi, hər bölgəsi canlı tarix, möcüzə və əsrarəngiz gözəllik mənbəyidir

2025/04/12 - 14:22
Gündəm

Xırdalanda məktəb direktoru tərəfindən zorakılığa məruz qalan şagirdin valideyni ölümlə təhdid edilib 

2025/04/10 - 11:35
Gündəm

Natəvan Bayramova vəzifədən getdi

2025/04/10 - 11:08
Gündəm

Türkiyənin daha bir təcrübəsi Azərbaycanda

2025/04/10 - 8:19
Gündəm

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 600-ü keçib – YENİLƏNİB

2025/04/09 - 19:22
Gündəm

Antalya mavi bayraqlı çimərliklərlə liderliyini qoruyur

2025/04/09 - 16:13

SEÇMƏ

Turizmin beşiyi olan tarixi kəndlər

2025/04/28 - 16:11

Hər il Türkiyəyə səfər edən turistlərin sayı durmadan artır. Son iki ilin statistikasına görə Türkiyəyə səfər edən turistlərin 30-40 faiz...

Daha çox oxu

Prezident Velosiped Turunun 60-cı buraxılışı keçiriləcək – FOTOLAR

2025/04/24 - 16:35

Türkiyənin ən mötəbər idman tədbirlərindən biri olan Prezident Velosiped Turu (TUR 2025) bu il 60-cı dəfə təşkil olunacaq. “Cebheinfo.az" xəbər verir...

Daha çox oxu

Bizans, Roma və Osmanlı sivilizasiyalarını özündə yaşadan qədim Göynük – FOTOLAR

2025/01/15 - 16:41

Türkiyənin hər daşı bir tarixdir. Öz qədimliyi və mədəniyyət ənənələri ilə dünyaya səs salan Türkiyədə öz memarlıq abidələrinin zənginliyi ilə...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.