Günəş vannalarının müsbət və mənfi tərəfləri barədə bilmıdiklərimiz
İlqar həkim qeyd edib ki Günəş şüalarının insan orqanizminə mənfi təsirləri də var. Belə ki, dərimiz kollagen və elastik deyilən proteinlərdən ibarət olduğu üçün günəş şüalarından zədələnir. Qızmar Günəş altında sadəcə 2-3 dəqiqə qalsanız belə, bu mənfi təsir özünü göstərməyə başlayacaq. Eyni zamanda, yaz–yay fəsillərində üz dərisini xüsusən ultrabənövşəyi günəş şüalarından qorumaq lazımdır. Bu şüalar dəridə hüceyrənin bərpası prosesini ləngidir, dərinin buynuz qişası qalınlaşır və dəri nahamar, solğun görünüşə malik olur, qırışlar və piqment ləkələri yaranır.