25:07 - 12:57
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

“Gənc Turizm Liderləri–2” adlı düşərgə təşkil olunub 

23.06.2025 - 16:39
A A

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm və Menecment Universitetinin tərəfdaşlığı ilə Quba şəhərində yerləşən Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində “Gənc Turizm Liderləri–2” adlı düşərgə təşkil olunub.

Universitetdən verilən məlumata görə, düşərgə Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb. Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin rəsmi açılış mərasimində Azərbaycan Turizm və Menecment Universitetinin, Gənclər və İdman Nazirliyinin və Dövlət Turizm Agentliyinin nümayəndələri çıxış edərək düşərgənin əhəmiyyətindən, turizm sahəsində gənclərin fəal iştirakından və onların gələcəkdə milli turizm siyasətində oynayacaqları roldan bəhs ediblər.
ATMU-nun rektor müşaviri Fərid Cabbarlı bildirib ki, bu layihə ölkəmizin turizm sənayesinin inkişaf etdirilməsi, turizm siyasətinin həyata keçirilməsi, ölkənin turizm potensialının xarici bazarlarda tanıdılması baxımından genişmiqyaslı işlər görmək üçün tələbələrimizə dəstək xarakteri daşıyır.
Gənclər və İdman Nazirliyinin əməkdaşı Əli İsgəndərli çıxış edərək, ölkəmizdə turizm sahəsinə töhfə olaraq keçirilən və gənc turizmçilərə dəstək məqsədi daşıyan bu cür layihələrin böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdir müavini Günay Bayramova  çıxışı zamanı tələbələrə gələcək karyeralarında uğurlar arzulayaraq bu kimi layihələrdən faydalanmağa çağırıb.
Üç gün davam edən düşərgənin əsas məqsədi “Əylənərək öyrənirik” metodu əsasında gənclərin turizm sahəsində bilik və bacarıqlarının qeyri-formal təhsil alətləri vasitəsilə inkişaf etdirilməsi olub. Eyni zamanda tədbir iştirakçılar arasında innovativ düşüncə tərzinin formalaşdırılmasına və liderlik keyfiyyətlərinin gücləndirilməsinə xidmət edib.
Düşərgə çərçivəsində gənclərə ölkəmizin turizm sektorunda onların rolunun əhəmiyyəti aşılanıb. Bildirilib ki, bu cür təşəbbüslər gənc turizmçilərin gələcək karyera yollarında mühüm stimul rolunu oynayır və onların peşəkar inkişafına töhfə verir.
Qeyd edək ki, düşərgənin planına şəhər turu, master-klaslar, idman oyunları, təlimlər və s. daxil olub. ATMU-nun tələbələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Qubadakı Qırmızı qəsəbədə ekskursiyada olublar.
Ölkəmizdə turizm sahəsinə töhfə olaraq keçirilən və gənc turizmçilərə dəstək məqsədilə təşkil edilən “Gənc turizm liderləri2” adlı düşərgə tələbələr və qonaqlar tərəfindən maraqla qarşılanıb.






 

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

“Bibiheybət” Gəmi Təmiri Zavodunda quraşdırılmış günəş panelləri vasitəsilə 66 min kilovat-saatdan çox enerji hasil edilib 

Növbəti Yazı

Tarixlə təbiətin qovuşduğu anadolu incisi Bitlis

XƏBƏR LENTİ

Gündəm

ASCO-nun gəmiləri ilə Bakı Gəmiqayırma Zavodunun akvatoriyasında dibdərinləşdirmə işləri aparılıb 

2025/07/29 - 11:25
Gündəm

2025/2026-cı tədris ili üzrə qəbul çərçivəsində nəticələrin ilkin siyahısı müəyyən olunub 

2025/07/29 - 11:23
Gündəm

Zaur Mikayılovun “qohumbaz idarəçiliyi” su sektorunu uçuruma aparır 

2025/07/27 - 8:56
Gündəm

Türkiyənin 22-ci UNESCO İrsi: Sardis və Bintepə – FOTOLAR  

2025/07/25 - 11:39
Gündəm

Bakı metrosunda 35 milyonluq müqavilə kimə qazandıracaq? 

2025/07/24 - 11:48
Gündəm

Azərbaycanın ilk qadın gəmi kapitanı haqqında bədii film çəkilir 

2025/07/24 - 11:27
Gündəm

Deputatın “Çovdar çörəyi” – biznes imperiyasına qısa baxış 

2025/07/23 - 9:21
Gündəm

Likiyanın incisi: Qədim Myra şəhərinin sirləri

2025/07/16 - 13:47
Gündəm

DNA Tədqiqatı Türkiyənin Neolitik Çatalhöyük şəhərində qadın mərkəzli cəmiyyətin olduğunu ortaya aşkarladı – FOTOLAR

2025/07/16 - 8:22
Gündəm

ADDA-nın yaradılmasından 29 il ötür 

2025/07/15 - 11:51
Gündəm

2025-ci ilin ilk 6 ayında gəmilərlə daşıma göstəriciləri açıqlanıb 

2025/07/14 - 15:00
Gündəm

Türkiyənin turizm mərkəzi : “Akdeniz’in İncisi” -FOTOLAR

2025/07/09 - 10:44
Gündəm

Türkiyə Antalyada tarixi sualtı kəşfini açıqladı

2025/07/07 - 11:44
Gündəm

Bir il əvvəl istismara verilən “Zəngilan” tankeri ilə indiyədək 266 min tondan çox yük daşınıb 

2025/07/02 - 11:21
Gündəm

ASCO-da maraqların toqquşmasının qarşısının alınmasına dair təlim keçirilib 

2025/07/01 - 14:45
Gündəm

DİN “Sputnik-Azərbaycan”da əməliyyat keçirir 

2025/06/30 - 13:12
Gündəm

Əfsanəvi çex və yapon avtomobillərindən ibarət karvan “Azərbaycan” gəmi-bərəsi ilə Qazaxıstana çatdırılıb 

2025/06/30 - 13:10
Gündəm

“Rəsul Rza” gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb 

2025/06/24 - 16:01
Gündəm

Tarixlə təbiətin qovuşduğu anadolu incisi Bitlis

2025/06/24 - 12:58
Gündəm

“Gənc Turizm Liderləri–2” adlı düşərgə təşkil olunub 

2025/06/23 - 16:39

SEÇMƏ

Antalyadan Sivasadək: Türkiyədə hələ kəşf edilməmiş təbii möcüzələr – FOTOLAR

2025/05/20 - 11:48

Türkiyəni ilk dəfə ziyarət edən turistlər buranı yer üzündəki cənnət adlandırır. Bu da səbəbsiz deyil. Türkiyənin dörd bir yanı əsl...

Daha çox oxu

Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq – FOTOLAR

2025/05/12 - 11:15

Türkiyənin zəngin kulinariya irsini qeyd edən ənənəvi Türk Mətbəxi Həftəsi artıq dördüncü dəfədir ki, keçiriləcək. Bu dəfə ənənəvi tədbir  mayın...

Daha çox oxu

Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi

2025/05/12 - 10:16

Türkiyənin 2025-ci ilin birinci rübü üzrə turizm gəlirləri açıqlanıb. Türkiyəyə bu ilin ilk üç ayında 8.844 milyon turist qəbul edib ...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.