25:06 - 7:24
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Siyasət

“EU Reporter”: “Ermənistan ATƏT-də İranı qınayan qətnaməni bloklayıb”

11.02.2023 - 2:42
A A

“EU Reporter”: “Ermənistan ATƏT-də İranı qınayan qətnaməni bloklayıb”

“EU Reporter” Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı məqalə dərc edib.

“Report” “ATƏT-də İranın maraqlarını kim qoruyur və niyə?” başlıqlı məqaləni təqdim edir:

“Fevralın 9-da ATƏT-in Daimi Şurasının keçirilən iclasında yanvarın 27-də Azərbaycan Respublikasının İrandakı səfirliyinə baş vermiş ölümcül silahlı hücum müzakirə edilib pislənməli idi. Fevralın 2-nə planlaşdırılan debat da baş tutmamışdı. ATƏT-dəki Ukrayna mənbələri bildirib ki, ATƏT-in İranı birgə qınaması Ermənistan nümayəndə heyəti tərəfindən onların hökuməti ilə məsləhətləşməyə ehtiyacı olduğu üçün əngəllənib.

Fevralın 2-də ATƏT-ə üzv olan 57 ölkədən 52-si hücumu pisləyib və təcili araşdırmaya çağırıb. Amma ATƏT-in istənilən birgə qətnaməsi yekdil olmalıdır və buna görə də qətnamənin qəbulu ikinci dəfə erməni nümayəndələri tərəfindən bloklanıb.

Xüsusilə yanvarın 27-də Azərbaycan səfirliyində baş verənlərin görüntülərini nəzərə alsaq, İranı qınayıb-qınamamağa qərar vermək üçün hansı məsləhətləşmələrə ehtiyac olduğunu anlamaq çətindir.

İran mənbələri “şəxsi problemləri” olan bir dəlinin hücumundan tutmuş, müxtəlif saxta izahatlarla çıxış ediblər. Azərbaycan XİN-in yaydığı görüntülərdən açıq-aydın bəlli olur ki, hücum təxminən 40 dəqiqə davam edib, İran polisi isə silahlı şəxs binaya basqın edərkən və içəriyə çoxsaylı atəşlər açarkən müdaxilə etməməyi üstün tutub. Terrorçu səfirlik binasının diplomatik işçiləri və onların ailə üzvlərinin yaşadığı evlərin pəncərələrini nişan alıb.

İran polisi terrorçunu həbs etməyə tələsməyib, onunla danışmağa başlayıb, ona cinayətkar kimi yanaşmayıb, “tamaşa” bitənə qədər tamaşaçı mövqeyi tutub. Terrorçu qolları bağlanaraq aparılarkən naməlum şəxs onun avtomobilində axtarış aparıb, oradan nəsə götürərək hadisə yerini tərk edib.

Hücumdan sonra Azərbaycan Tehrandakı səfirliyini boşaldıb və bununla da ölkələr arasında mövcud gərginliyi diplomatik yollarla həll etmək şanslarını kəskin şəkildə məhdudlaşdırıb. 1979-1981-ci illərdəki İran girov böhranı hamıya diplomatik toxunulmazlığa və ya xarici diplomatik heyətin təhlükəsizliyinə sıfır hörmət edən dövlətlə riskə getməməyi öyrətdi.

Amma gəlin sualı bir daha nəzərdən keçirək – Ermənistan nümayəndələri bu aşkar terror aktına görə ATƏT-in İranı qınamasına niyə mane olurlar? Bu, sadəcə, Azərbaycana düşmənçilikdir, yoxsa daha böyük bir şey?

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın ölkəsinin “Ermənistanın təhlükəsizliyini özünün təhlükəsizliyi və regionun təhlükəsizliyi hesab etdiyini” iddia etməsi ilə yanaşı İranın ali lideri ayətullah Xamenei İran və Ermənistan arasındakı sərhədi bağlamağa cəhd edəcək istənilən ölkəni hədələyib.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ermənistana pulsuz silah verməsi ilə bağlı xəbərləri bir kənara qoyaq.

İranın Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstəyinin Ermənistan vasitəsilə həyata keçirdiyini, İrəvanın hava məkanı və hava limanları vasitəsilə İran PUA-ları və raketlərinin tədarükü ilə Moskvaya sanksiyalardan yayınmağa kömək etdiyi barədə xəbərləri də bir anlıq unudaq.

Gəlin yaxın gələcəyə baxaq, bir neçə həftədən sonra İranın yüksək texnologiyalı şirkətlərinin nümayəndələri beynəlxalq “DigiTech” sərgisi zamanı İrəvana gələcəklər. “DigiTech” təşkilatçılarının tədbirin internet saytında qürurla təqdim etdikləri şirkətlərdən biri də İranda sərgi və konfrans sənayesinin qabaqcıllarından biri olan “Pars Rastak”dır.

Şirkətin icraçı direktoru Mehdi Səid əl-Zəkrin əvvəllər İran parlamentinin ictimaiyyətlə əlaqələr, mədəniyyət və beynəlxalq əlaqələr üzrə baş direktoru olub və həmçinin İran Xarici İşlər Nazirliyinə bağlı təşkilatlarla işləyib. Əl-Zəkrin əvvəllər də Ermənistana səfər edib və hökumətdəki dostlarını da özü ilə gətirib. 2022-ci ilin sonunda o, İran İnformasiya və Kommunikasiya Texnologiyaları Federasiyasından ixrac təşkilatlarının bir neçə nümayəndəsini Ermənistana özü ilə aparıb.

Maraqlıdır ki, hazırkı “DigiTech”in mövzusu İddialı Texnologiyadır: “Açıq iqtisadiyyatı getdikcə dəyişkən bir dünyada daha dayanıqlı etmək”. Vebsayt İranla bağlı hər hansı bir qeyddən qəti şəkildə çəkinir, mövcud şirkətlərdən yüksək səviyyəli idarəçilər və təsisçilərin olacağını elan edir.

Son zamanlar Rusiyanın regionda təsiri sürətlə azaldığı üçün İrəvan özünü qərbyönlü dövlət kimi təqdim etməyə çalışır. Ola bilsin ki, İrəvana xatırlatmağın vaxtı çatıb ki, müəyyən məsələlərdə, məsələn, terrorizm və üçüncü ölkələrin diplomatik nümayəndəliklərinin müdafiəsi ilə bağlı dəqiq mövqe tutmaq lazımdır”.

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

XİN: “Türkiyədən 438 nəfər Azərbaycana təxliyə olunub, 5 nəfər vəfat edib”

Növbəti Yazı

Zəlzələdə yaralananların şəxsiyyəti xüsusi proqramla müəyyən olunur

XƏBƏR LENTİ

Gündəm

Azərbaycan qastronomiyasının inkişaf perspektivləri mövzusunda təqdimat keçirilib 

2025/05/30 - 18:01
Gündəm

Şəmkir Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib 

2025/05/30 - 17:46
Gündəm

Türkiyənin “Ən Yaxşı Turizm Kəndi” Birgi, “Sentrum Tətbiq Mərkəzi” ilə Yaşıl Gələcəyə doğru addımlayır

2025/05/27 - 17:01
Gündəm

Türkiyənin Dövlət Maliyyəsinin Rəqəmsallaşdırılması təcrübəsi Azərbaycana ötürülür – FOTOLAR

2025/05/27 - 16:58
Gündəm

“Azəriqaz” İB-nin təşkilatçılığı ilə mediatur: Gəldilər, gəzdilər, gördülər! – Video 

2025/05/27 - 16:53
Gündəm

Üç ölkənin lideri Laçın aeroportunun açılışını edəcək

2025/05/27 - 15:54
Gündəm

“Saturn” qazma qurğusu ASCO gəmilərinin müşayiəti ilə Türkmənistana qaytarılıb 

2025/05/26 - 11:41
Gündəm

ASCO nümayəndələri “Petrobras”ın tərəfdaşlarla keçirdiyi görüşdə iştirak ediblər 

2025/05/23 - 16:50
Gündəm

Türkiyənin aparıcı şirkətləri foruma hazırlıqla bağlı mətbuat konfransı keçirdi

2025/05/23 - 16:34
Gündəm

Bursanın İznik bölgəsində Birinci Nikea Şurasının 1700 illiyi keçirilib -FOTOLAR

2025/05/23 - 14:34
Gündəm

“Teymur Əhmədov” quru yük gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb 

2025/05/23 - 14:29
Gündəm

“Konstitusiya və Suverenlik İli” çərçivəsində ADDA-da seminar keçirilib

2025/05/22 - 13:34
Gündəm

BŞTİ-də yeni kadr təyinatı olub 

2025/05/21 - 16:41
Gündəm

Prezident İlham Əliyev: “Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk” 

2025/05/21 - 16:40
Gündəm

Antalyadan Sivasadək: Türkiyədə hələ kəşf edilməmiş təbii möcüzələr – FOTOLAR

2025/05/20 - 11:48
Gündəm

“Nəsimi” tankeri təmir edilib 

2025/05/20 - 11:40
Gündəm

“Suraxanı” gəmi-muzeyində “Rəssam döyüşü” keçirilib 

2025/05/19 - 11:24
Gündəm

BDU-nun Faydalı qazıntılar muzeyinin təmirdən sonra açılışı oldu – FOTOLAR 

2025/05/16 - 21:39
Gündəm

Turizm cənnəti Tekirdağ – FOTO

2025/05/16 - 13:36
Gündəm

Oğuz Ayvazın yeni romanı işıq üzü gördü 

2025/05/15 - 15:07

SEÇMƏ

Antalyadan Sivasadək: Türkiyədə hələ kəşf edilməmiş təbii möcüzələr – FOTOLAR

2025/05/20 - 11:48

Türkiyəni ilk dəfə ziyarət edən turistlər buranı yer üzündəki cənnət adlandırır. Bu da səbəbsiz deyil. Türkiyənin dörd bir yanı əsl...

Daha çox oxu

Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq – FOTOLAR

2025/05/12 - 11:15

Türkiyənin zəngin kulinariya irsini qeyd edən ənənəvi Türk Mətbəxi Həftəsi artıq dördüncü dəfədir ki, keçiriləcək. Bu dəfə ənənəvi tədbir  mayın...

Daha çox oxu

Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi

2025/05/12 - 10:16

Türkiyənin 2025-ci ilin birinci rübü üzrə turizm gəlirləri açıqlanıb. Türkiyəyə bu ilin ilk üç ayında 8.844 milyon turist qəbul edib ...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.