Ermənistan Respublikasının xarici işlər naziri MDB Xarici İşlər Nazirləri Şurasının Minsk iclasında iştirak etməyəcək. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi erməni tərəfinin iştirakdan imtina edəcəyini bildirib.
“Mirzoyan MDB üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının aprelin 12-də Minskdə keçiriləcək iclasında iştirak etməyəcək” – Ani Badalyan bildirib.
Xatırladaq ki, ötən həftə Ermənistan tərəfi MDB İqtisadi Şurasının növbəti iclasına yüksək səviyyəli nümayəndə heyəti göndərməmişdi.