Ermənistan və İranı birləşdirən M2 beynəlxalq avtomobil yolunun 234-cü kilometrliyində sel baş verib. KİV xəbər verir ki, bu barədə Ermənistanın Yol Departamenti məlumat yayıb.
Qeyd olunur ki, hər iki istiqamətdə nəqliyyatın hərəkəti dayandırılıb. Hazırda yolun təmizlənməsi və hərəkətin bərpası istiqamətində işlər aparılır.