Ermənistan ombudsmanı Anahit Manasyan Ermənistanda saxlanılan iki azərbaycanlı hərbçiyə baş çəkib.
Ombudsman qeyd edib ki, saxlanılan şəxslər lazımi saxlanma şəraiti ilə təmin olunublar, lazım gəldikdə onlara tibbi yardım göstərilib.
Saxlanılan şəxslər onlara qarşı irəli sürülən ittihamlardan xəbərdar olduqlarını, pulsuz ictimai müdafiəçi ilə təmin olunduqlarını, məhkəmə boyu tərcüməçi ilə təmin olunduğunu bildiriblər.
Ombudsman hüquqların müdafiəsi mexanizmlərini, məhkəmə aktı ilə tətbiq edilən məhdudiyyətlərin mahiyyətini, onlardan şikayət verilməsi qaydası və müddətlərini, habelə hüquq müdafiəçisi ilə əlaqə saxlama mexanizmlərini izah edib. //Newsarmenia.am