25:07 - 12:37
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Dünyanın ən nüfuzlu texnologiya universitetinə qəbul olan ilk azərbaycanlı qız məktəbli “Technest” məzunudur

17.03.2023 - 0:15
A A

Məlumdur ki, ötən gün Dəniz Sətttarlı və Fidan Qarayeva dünyanın ən nüfuzlu universitetlərindən olan Massaçusets Texnologiya İnstitutuna daxil olublar. Qeyd edək ki, məktəbli qızların Azərbaycandan MIT-ə tam təqaüdlə daxil olması təhsil tariximizdə ilk hadisədir.

Kimya üzrə respublika və beynəlxalq olimpiadalarda qalib gəlmiş Dəniz Səttarlı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə yaranan və Azərbaycanın İKT üzrə ilk təqaüd proqramı olan “Technest”-in məzunlarındandır.

16 mart 2023-cü il tarixində İRİA-nın rəhbəri İnarə Vəliyeva və Rəqəmsal Səriştələrin İnkişafı Departamentinin rəhbəri Fatimə Ələkbərova Dəniz Səttarlı ilə görüşmüşdür. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində baş tutan görüşdə həmçinin, dünyanın TOP 15-liyində yer almış Con Hopkins Universitetinə qəbul olan digər “Technest” təqaüdçüsü İradə Feyzullayeva, Roof Academic Training mərkəzinin nümayəndələri də iştirak etmişdir.
Görüş çərçivəsində İnarə Vəliyeva təqaüdçüləri həyatlarındakı yeni və önəmli mərhələyə addım atmaları münasibətilə təbrik etdi:
“Azərbaycanlı qızların dünyanın mötəbər universitetlərinə qəbul olması ölkəmiz üçün böyük qürur mənbəyidir. İRİA üçün bu mötəbər hadisədə ən önəmli fakt odur ki, eyni anda 2 “Technest” təqaüdçüsü dünyanın ən yaxşı universitetlərində təhsil imkanı əldə etdilər. “Technest” Təqaüd Proqramının yaranmasının əsas məqsədlərindən biri ölkədə İKT kadr bankını yaratmaqdır ki, biz artıq bunun bəhrəsini görməyə başlamışıq.Əminəm ki, “Technest” təqaüdçüləri Dəniz və İradənin timsalında arzu etdikləri təhsil və karyera hədəflərinə çataraq peşəkar mütəxəssislərə çevriləcəklər. Bir daha qızlarımızı bu əlamətdar uğur münasibətilə təbrik edir və onlara müvəffəqiyyətlər arzu edirəm”.

Xatırladaq ki, İRİA “Technest” Təqaüd Proqramı çərçivəsində İKT sahəsində tədris prosesinin peşəkar və səmərəli təşkilini həyata keçirir. Hər kəs üçün əlçatan təhsil imkanı yaradan proqramdan 12 yaşdan yuxarı Azərbaycan vətəndaşları faydalana bilərlər. Proqram çərçivəsində İKT üzrə ixtisaslaşmış 12 aparıcı təlim mərkəzi ilə 50-dək ixtisasın tədrisi həyata keçirilir. Proqram çərçivəsində tələbələr proqramlaşdırma, proqram təminatı, data analitikası, bulud texnologiyaları, bulud administrasiyası, kibertəhlükəsizlik, avtomatlaşdırma, elektronika, proqramlaşdırma dilləri, UI/UX dizaynı kimi müxtəlif sahələr üzrə təhsil alırlar. 2022-ci il üzrə “Technest” Təqaüd Proqramı çərçivəsində təqaüd qazanan şəxslərin sayı 618 nəfər, işə qəbul əmsalı 90% təşkil edib. 2023-cü ildə isə məzun sayının 3000-ə çatdırılması planlaşdırılır.

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Ağstafa rayonunun sərhədyanı bölgədə yerləşən 3 kəndinin içməli su təchizatı yaxşılaşdırılır 

Növbəti Yazı

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşən Şeyx Abdulla Əfəndi adına İslam Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

XƏBƏR LENTİ

Gündəm

2025-ci ilin ilk 6 ayında gəmilərlə daşıma göstəriciləri açıqlanıb 

2025/07/14 - 15:00
Gündəm

Türkiyənin turizm mərkəzi : “Akdeniz’in İncisi” -FOTOLAR

2025/07/09 - 10:44
Gündəm

Türkiyə Antalyada tarixi sualtı kəşfini açıqladı

2025/07/07 - 11:44
Gündəm

Bir il əvvəl istismara verilən “Zəngilan” tankeri ilə indiyədək 266 min tondan çox yük daşınıb 

2025/07/02 - 11:21
Gündəm

ASCO-da maraqların toqquşmasının qarşısının alınmasına dair təlim keçirilib 

2025/07/01 - 14:45
Gündəm

DİN “Sputnik-Azərbaycan”da əməliyyat keçirir 

2025/06/30 - 13:12
Gündəm

Əfsanəvi çex və yapon avtomobillərindən ibarət karvan “Azərbaycan” gəmi-bərəsi ilə Qazaxıstana çatdırılıb 

2025/06/30 - 13:10
Gündəm

“Rəsul Rza” gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb 

2025/06/24 - 16:01
Gündəm

Tarixlə təbiətin qovuşduğu anadolu incisi Bitlis

2025/06/24 - 12:58
Gündəm

“Gənc Turizm Liderləri–2” adlı düşərgə təşkil olunub 

2025/06/23 - 16:39
Gündəm

“Bibiheybət” Gəmi Təmiri Zavodunda quraşdırılmış günəş panelləri vasitəsilə 66 min kilovat-saatdan çox enerji hasil edilib 

2025/06/21 - 10:19
Gündəm

ASCO-da iqlimlə bağlı korporativ idarəetmə layihəsi üzrə yekun görüş keçirilib 

2025/06/19 - 17:37
Gündəm

Türkiyənin sahil şəhərlərini  yaxta turları ilə kəşf edin- FOTOLAR

2025/06/18 - 12:10
Gündəm

“İrandan Türkiyəyə miqrasiya dalğası başladı” iddiası həqiqəti əks etdirmir – Rəsmi

2025/06/15 - 13:36
Gündəm

Məşhur brendlərin ölkəni tərk etməsi ilə bağlı yayılan xəbərlər təkzib olundu – Elnur Kələntərovdan açıqlama 

2025/06/14 - 12:09
Gündəm

Peşəkarlar “həvəsləndirildi”, dost-tanış mükafatlandırıldı – Jurnalistlər “Veysəloğlu”na etiraz etdi

2025/06/14 - 11:24
Gündəm

Növbəti Ro-Pax tipli gəmi-bərənin tikintisi plana uyğun davam edir – FOTO+VİDEO

2025/06/14 - 11:21
Gündəm

“Neptun” qurğusunun yedəklənmə əməliyyatı uğurla başa çatıb

2025/06/10 - 13:39
Gündəm

Azərbaycanda “İnsan Hüquqları Aylığı”: Uşaq Hüquqları -Diqqət Mərkəzində 

2025/06/06 - 13:43
Gündəm

Karatepe-Aslantaş Yazıları UNESCO-nun “Dünyanın Yaddaşı” Reyestrinə daxil edilib

2025/06/05 - 21:53

SEÇMƏ

Antalyadan Sivasadək: Türkiyədə hələ kəşf edilməmiş təbii möcüzələr – FOTOLAR

2025/05/20 - 11:48

Türkiyəni ilk dəfə ziyarət edən turistlər buranı yer üzündəki cənnət adlandırır. Bu da səbəbsiz deyil. Türkiyənin dörd bir yanı əsl...

Daha çox oxu

Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq – FOTOLAR

2025/05/12 - 11:15

Türkiyənin zəngin kulinariya irsini qeyd edən ənənəvi Türk Mətbəxi Həftəsi artıq dördüncü dəfədir ki, keçiriləcək. Bu dəfə ənənəvi tədbir  mayın...

Daha çox oxu

Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi

2025/05/12 - 10:16

Türkiyənin 2025-ci ilin birinci rübü üzrə turizm gəlirləri açıqlanıb. Türkiyəyə bu ilin ilk üç ayında 8.844 milyon turist qəbul edib ...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.