Raport.az xəbər verir ki, Dünya Bankının rəhbəri Devid Malpass bildirib ki, dünyanın ən kasıb ölkələrində “dalandan çıxış yolu” axtarmaq lazımdır.
Malpassın sözlərinə görə, o istərdi ki, restrukturizasiya prosesi başlayanda borclu ölkə borcun xidmətinin rəsmi dayandırılması ilə bağlı müraciət etsin.
Dünya Bankının rəhbəri aydınlıq gətirib ki, hazırda kreditorlar aylarla əvvəlcədən razılaşdırılmalı olan məsələləri müzakirə edirlər.
“Bizim üçün irəliləyiş əldə etmək vacibdir: investisiyaları bərpa etmək üçün ölkələr şəffaflığa, davamlı borc yüklərinə ehtiyac duyur”, – deyə Malpass əlavə edib.
Qeyd edək ki, bundan əvvəl BVF-nin idarəedici direktoru Kristalina Georgiyeva dünya mərkəzi banklarının inflyasiyanı cilovlamaq cəhdləri fonunda artan qlobal iqtisadiyyatın zəifliyini elan edib.