Əlavə şərh vermədən keçək başqa xanımın davanı təsdiqləyən açıqlamasına… Yenə də hansısa gizli mənbəyə deyil, elə Lamiyə Babayevanın ən yaxın rəfiqələrindən başqa biri, Niderlandda yaşayan soydaşlarımızın da yaxşı tanıdığı “Ana Vətən“ Niderland Azərbaycanlı Qadınlar Birliyinin rəhbəri Mayisə Ağamirzəyevanın açıqlamasına:
Amma xanım Ağamirzəyevanın açıqlamasının əlavə şərhə ehtiyacı var. M.Ağamirzəyevanın məlum şərhindən belə anlaşılır ki, biz – Azərbaycan diasporunu təmsil edən insanlar ictimai yerdə nə etsək olar, bunun heç kimə dəxli yoxdur. Elə deyil, hörmətli Mayisə xanım… Əgər siz Azərbaycan diasporunu təmsil edirsinizsə, hərəkətlərinizə, xüsusən də ictimai yerdə davranışlarınıza diqqət etməlisiniz. Digər bir məqam: M.Ağamirzəyeva bizi “axmaq yazılar yazmaqda” ittiham edir və iddia edir ki, biz qeyri-peşəkarıq. Deməli, bu xanım bizim hazırladığımız informasiyanı ya oxumayıb, ya da oxuyub, amma elə dərk etdiyi bu qədərdir… Məsələn, biz indi yazsaq ki, Mayisə xanım Ağamirzəyeva Gündoğdu Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Diaspora Dəstək Fondunun dəstəyi ilə təşkil etdiyi bayram axşamına (15.12.2023- 20-12.2023) bileti soydaşlarımıza 40-70 evroya satıb (400 nəfərin iştirakı iddia olunur), o konsertdən gələn gəliri ehtiyacı olan ailələrə verəcəyini elan edib, amma bunu etməyib, onda olacağıq qeyri-peşəkar? (hazırda bu mövzu tərəfimizdən araşdırma mərhələsindədir, yaxın günlərdə Diaspora.TV-də)

Foto: Mayisə Ağamirzəyeva Gündoğdu
Əziz diaspor cameəsi… Göründüyü kimi, yuxarıda adlarını çəkdiyim hər iki xanım (hər ikisi də restoranda keçirilən gecədə olub) davanın olduğunu təsdiqləyərək Lamiyə Babayevanın Diaspora.TV-yə dünənki açıqlamasında həqiqəti söyləmədiyini etiraf edirlər.
Bəs, hadisə necə baş verib? – DETALLAR
İyunun 15-də Niderlandda yaşayan fəal soydaşımız Şəkər Azəri və Humay Ərəbova (qudadırlar) nəvələri üçün “uşaq gördü” təşkil ediblər. Bu tarixin seçilməsi də təsadüfü olmayıb: xanımlar düşünüb ki, həm Milli Dirçəliş Gününü qeyd edək, həm də nəvələrimiz üçün “uşaq gördü” təşkil edək. Məclisdə Niderlandda yaşayan 50-dək azərbaycanlı xanım iştirak edib. Qonaqlığın şən yerində Beniluks Azərbaycanlıları Konqresinin baş məsləhətçisi Lamiyə Babayeva, Günay Bayramova və anası Nailə Bayramova (Bayramovalarla bağlı ziddiyyətli fikirlər var) restorana daxil olublar. Davada tərəf kimi adı hallanan Əfsanə Həsən adlı xanım soydaşımız da dəvətlilər arasında olub.
Fotoda: Əfsanə Həsən
Bir müddət sonra Nailə Bayramova Mayisə Ağamirzəyevaya (Lamiyə Babayeva, Günay Bayramova və anası Nailə Bayramova M.Ağamirzəyeva ilə çox yaxın olduğu bildirilir) yaxınlaşıb, qulağına nə isə pıçıldayıb. İddia olunur ki, dava düşməzdən bir neçə dəqiqə əvvəl M.Ağamirzəyeva məclisi tərk edib…
Davanın detalları iyrənc olduğu üçün ətraflı yazıb Avropada Azərbaycan diasporu adına iddia edən xanımlarımız haqqında mənfi rəy yaratmaq istəmirik.
Hazırda iş hüquqi araşdırma mərhələsindədir.
Əlavə məlumat verəcəyik.