Növbəti dəfə deputat “seçilmiş” Hicran Hüseynova və bacısı Fransada dəniz sahilində 5 milyon avroluq villanı buldozerin qabağına verib yerində kompleks tikdirir. Tikinti ilə bağlı bələdiyyə sənədinə görə kompleksdə iki villa, iki hovuz, yeraltı qaraj və qonaqlar üçün evin inşası nəzərdə tutulur. Məlumatı xaricdə yaşayan araşdırmaçı-bloger Cavanşir Həsənli sosial media hesabında paylaşıb.
Qeyd edək ki, bu yaxınlarda xanım Hüseynova 10 min manatlıq əl çantası ilə gündəmə gəlmişdi.