25:05 - 3:41
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

“De Fendo” Vəkil Bürosunun rəsmi açılış mərasimi keçirilib

07.04.2023 - 21:25
A A

07.04.2023-cü il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi 82F ünvanında yerləşən “De Fendo” Vəkil Bürosunun rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Nərimanov Rayon məhkəməsinin sədri Həbib Həsənov, vəkillər və hüquqşünaslar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büroda yerləşən büstü önünə əklil qoyub, onun unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra qonaqlar ofisdə yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, ümumi sahəsi 400 kv.m-dən çox olan büroda 15 vəkil otağı, konfrans zalı, konfidensial otaq, istirahət otağı mövcuddur. Vətəndaşların və vəkillərin rahatlığını təmin etmək üçün yeni ofisdə bütün lazımi şərait yaradılıb, texniki təchizat və avadanlıqlar yerləşdirilib.

Görülən işləri yüksək qiymətləndirən Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, büroda beynəlxalq standartlara cavab verən və vətəndaşların keyfiyyətli hüquqi yardım almasını təmin edən şərait yaradılıb. Sədr Respublika ərazisində fəaliyyət göstərən bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində geniş işlər aparıldığını diqqətə çatdırıb: “Bu baxımdan deyə bilərəm ki, “De Fendo” ən qabaqcıl və müasir vəkil bürolarından biridir. Vəkillərin fəaliyyəti üçün tam rahat və komfortlu şərait yaradılıb. Vətəndaşlarla görüş üçün konfidensial görüş otağı var. Yaradılan şəraitə görə “De Fendo” Vəkil Bürosunun ölkəmizdəki ən nümunəvi bürolardan biri olduğunu deyə bilərəm. Sevindirici haldır ki, vəkillər dövlətin və Vəkillər Kollegiyasının maddi dəstəyi olmadan bu cür yüksək səviyyəli bürolar təsis edə bilirlər. Bu da vəkillik təsisatının nüfuzunun artmasından xəbər verir. Xatırlayırsınıza, əvvəllər belə bürolar yox idi, ancaq indi yaradılan şərait onu göstərir ki, ölkəmizdə vəkillik institutu daha da güclənir. Eyni zamanda vəkillərin və vəkil bürolarının sayı artmaqda davam edir. Biz vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılmasına xüsusi önəm veririk
Çünki əhaliyə yüksək keyfiyyətli və peşəkar hüquqi yardım göstərilməsi üçün vəkillərin iş şəraiti də yüksək standartlara cavab verməlidir”.

Tədbirdə “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 2018-ci il 22 fevral tarixli Sərəncamında güclü və nüfuzlu vəkillik təsisatının əhəmiyyəti xüsusi vurğulanıb.

Sonra çıxış edən sabiq hakim, hazırda Vəkillər Kollegiyasının üzvü olan Eldar Mikayılov bildirib ki, Azərbaycanda insan hüquqlarının müdafiəsində, vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərilməsində vəkillərin əvəzsiz rolu var: “Bu gün vəkillik fəaliyyətinin daha da inkişaf etdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Vəkillər Kollegiyası tərəfindən müvafiq addımlar atılır. Əminəm ki, vəkillərimiz yaradılan bu şəraiti yüksək qiymətləndirir”.

Büronun müdiri Arslan Mikayılov isə çıxışında qeyd edib ki, vəkilliyin inkişafı ümumilikdə hüququn inkişafı deməkdir: “Büro vətəndaşlar üçün əlçatan yerdə – Bakının mərkəzində yerləşir. Burada müraciət edən insanların rahatlığı üçün geniş şərait yaradılıb. Sirr deyil ki, Anar Bağırovun sədrliyindən sonra vəkillik intibah dövrünü yaşayır. Yeni vəkil büroları istifadəyə verilir, vəkillik inkişaf edir. Hər bir vəkilə Vəkillər Kollegiyası tərəfindən hər zaman diqqət göstərilir və bu gün də biz bu qayğını hiss edirik”.

Sonda vəkillərin iştirakı ilə iclas keçirilib, peşə fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turniri keçiriləcək

Növbəti Yazı

Çin və İran yaya qədər Başqırdıstan Respublikasının nümayəndəliklərini açmağı planlaşdırır

XƏBƏR LENTİ

Gündəm

Antalyanın möcüzəli təbiəti və mədəniyyət xəzinələri – FOTOLAR

2025/05/06 - 16:02
Gündəm

Əlilliyi olan şəxslərə dəstək, dövlət qayğısı və həllini gözləyən məsələlər

2025/05/05 - 12:03
Gündəm

Qumar oyunlarının qurbanları artır – Cəmiyyət niyə susur? 

2025/05/05 - 11:59
Gündəm

Qlobal Cənub və Qlobal Şimal arasında bərabərlik və etimadın təməli qoyulur

2025/04/28 - 16:14
Gündəm

Turizmin beşiyi olan tarixi kəndlər

2025/04/28 - 16:11
Gündəm

Prezident Velosiped Turunun 60-cı buraxılışı keçiriləcək – FOTOLAR

2025/04/24 - 16:35
Gündəm

Deputat Ülvi Quliyevin oğlundan Prezidentə şikayət – Nə baş verib?

2025/04/22 - 12:25
Gündəm

Analar gününü İzmirin Urla bölgəsində qeyd edin – Fotolar 

2025/04/22 - 11:18
Gündəm

Mersin–Tartus Ro-Ro xətti yenidən istifadəyə verilib 

2025/04/22 - 10:57
Gündəm

Nazirlik plastik cərrahiyyə apara biləcək həkimlərin siyahısını yaydı

2025/04/17 - 12:00
Gündəm

ASCO-nun “Xocalı” gəmisi ilk dəfə Hind okeanına daxil olub

2025/04/17 - 11:10
Gündəm

Ağdamın Sarıcalı kəndinin bərpası dövlət büdcəsinə 35 milyona başa gəlib

2025/04/17 - 8:52
Gündəm

Ayasofya Məscidinin günbəzində əhatəli bərpa işləri başlanılıb – FOTOLAR

2025/04/16 - 13:08
Gündəm

“Suraxanı” tanker-muzeyi Beynəlxalq Dəniz Muzeyləri Konqresinə üzv seçilib 

2025/04/14 - 11:15
Gündəm

Türkiyənin hər guşəsi, hər bölgəsi canlı tarix, möcüzə və əsrarəngiz gözəllik mənbəyidir

2025/04/12 - 14:22
Gündəm

Xırdalanda məktəb direktoru tərəfindən zorakılığa məruz qalan şagirdin valideyni ölümlə təhdid edilib 

2025/04/10 - 11:35
Gündəm

Natəvan Bayramova vəzifədən getdi

2025/04/10 - 11:08
Gündəm

Türkiyənin daha bir təcrübəsi Azərbaycanda

2025/04/10 - 8:19
Gündəm

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 600-ü keçib – YENİLƏNİB

2025/04/09 - 19:22
Gündəm

Antalya mavi bayraqlı çimərliklərlə liderliyini qoruyur

2025/04/09 - 16:13

SEÇMƏ

Turizmin beşiyi olan tarixi kəndlər

2025/04/28 - 16:11

Hər il Türkiyəyə səfər edən turistlərin sayı durmadan artır. Son iki ilin statistikasına görə Türkiyəyə səfər edən turistlərin 30-40 faiz...

Daha çox oxu

Prezident Velosiped Turunun 60-cı buraxılışı keçiriləcək – FOTOLAR

2025/04/24 - 16:35

Türkiyənin ən mötəbər idman tədbirlərindən biri olan Prezident Velosiped Turu (TUR 2025) bu il 60-cı dəfə təşkil olunacaq. “Cebheinfo.az" xəbər verir...

Daha çox oxu

Bizans, Roma və Osmanlı sivilizasiyalarını özündə yaşadan qədim Göynük – FOTOLAR

2025/01/15 - 16:41

Türkiyənin hər daşı bir tarixdir. Öz qədimliyi və mədəniyyət ənənələri ilə dünyaya səs salan Türkiyədə öz memarlıq abidələrinin zənginliyi ilə...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.