25 dekabr 2024-cü ildə Qazaxıstanın Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi ölkənin bütün ərazisində saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub.
Həmçinin Prezident İlham Əliyevin Sərəncamı elan olunan matəmlə əlaqədar ASCO gəmilərində Azərbaycanın Dövlət Bayrağı yarıyadək endirilib.









