25:11 - 1:26
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Dənizçi Nuranə Əkbərzadə: ”Bu peşəni seçmişəmsə, yolum dənizlərdən keçməlidir” – FOTOLAR

31.10.2024 - 11:09
A A


Matros Nuranə Zaur qızı Əkbərzadəni fırtınalar qoynuna dənizçi peşəsinə sevgisi gətirib. Hazırda ASCO-nun “RoPax” tipli “Zərifə Əliyeva” gəmi-bərəsində işləyən bu cəsarətli qızın ən böyük arzusu dor ağacında müstəqil Azərbaycanımızın üçrəngli bayrağı dalğalanan gəmilərin göyərtəsinə heyətin başçısı kimi qədəm basmaqdır. İlk qadın kapitanımız Şövkət Səlimova kimi!

Nuranə xanımla iş başında – növbəti səfərlərin birinə hazırlaşdığı gəmidə söhbətləşdik.

-Nuranə xanım, fırtınalar qoynunu iş yeri seçməyinizə peşman deyilsiniz ki?

-Əsla! Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olmağı həyatımda verdiyim ilk ən düzgün qərar hesab edirəm. Burada oxuduğum 4 il ərzində ADDA-nın rəhbərliyi, professor-müəllim heyəti, bütün tələbə yoldaşlarımdan tələbə qızlara xüsusi qayğı və diqqət gördüm.

Biləsuvar rayonunun Xırmandalı kəndində dünyaya göz açmışam. Ceyhun Məhərrəmov adına 1 saylı tam orta məktəbin son siniflərində oxuyanda dənizçilik sahəsi haqqında söhbətlər mənə çox maraqlı gəlirdi. Amma etiraf etməliyəm ki, dənizdən əvvəl dənizçilərin geyindiyi formanı bəyənmişdim. Çox xoşuma gəlirdi.

Beləcə, 2020-ci ildə sənədlərimi ADDA-ya verdim. 404 balla qəbul olunduğum bu təhsil ocağında dörd ildə “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasının incəliklərinə dərindən yiyələnməyə çalışdım. Doğrusu, bitirəndən sonra gəmidə işləmək qərarını verməyə bir az çəkindim. Sonra fikirləşdim ki, bu peşəni seçmişəmsə, yolum dənizlərdən keçməlidir. Mən indi çox xoşbəxtəm ki, matros kimi ASCO-nun gəmisində işləyən ADDA-nın ilk xanım məzunuyam.

– Dənizdə işləməyin çətinlikləri çoxdur. Xanım olaraq öhdəsindən necə gəlirsiniz?

– Mənim üçün ən çətini uzun müddət ailədən kənar qalmaqdır. Doğmalarım üçün darıxıram. Qalan çətinliklər məni qorxutmur. Əsas odur ki, həvəsim var bu işə. Artıq neçə aydır, görkəmli oftalmoloq alimimizin adını daşıyan gəmidəyəm, neçə səfərimiz uğurla başa çatıb. Hamı kimi, mən də çiynimə düşən işin öhdəsindən gəlməyə çalışıram. Sutkada 2 dəfə – günorta 16.00-dan axşam 20.00-a və gecə 04.00-dan səhər 08.00-a qədər növbədə oluram. Ümumilikdə 8 saat işləyirəm. Kapitan körpüsündə növbədə olanda təmizlik işləri də aparıram, gəmiyə ümumi nəzarət edirəm: hər yerinə baxış keçirirəm. Narahatlığa bir səbəb olarsa, dərhal yuxarı vəzifəliləri məlumatlandırıram. Kapitan körpüsündə baş köməkçinin tabeliyində oluram. Biz hər saat gəminin yerləşdiyi kordinatları qeyd etməliyik. Eyni zamanda, gəmimiz körpüyə yan aldıqdan sonra gəmidən düşən, eləcə də gəmiyə minən sərnişinlərin qeydiyyatını aparıram. Gəminin yüklənməsi növbəmə düşürsə, baş köməkçinin göstərişi ilə yüklərin yerləşdirilməsinə də köməklik göstərirəm.

– Dənizçiliyə maraq göstərən xanımlara sözünüz?

– İlk növbədə demək istəyirəm ki, heç nədən qorxmasınlar. Bu işə maraqları varsa, çəkinmədən qərarlarını versinlər. Təbii ki, böyüklərin, valideynlərin məsləhəti önəmlidir. Amma onu da unutmayaq ki, seçdiyimiz peşə öz gələcəyimiz üçündür. Bu seçimi müstəqil olaraq özümüz etməliyik. Hazırda ölkəmizdə dənizçi olmaq üçün çox gözəl şərait var. Akademiyamızda yüksək səviyyədə təhsil verilir, məzunları dünyanın istənilən gəmiçilik şirkətinin donanmasında işləmək imkanı qazanırlar. Yetər ki, yaxşı oxumağa, dənizçi olmağa istək olsun. ADDA-da oxuyan xanım tələbələrlə tez-tez danışıram. Çox istərdim ki, gəmilərimizdə gələcəkdə məhz bu xanımlar işləsinlər. İnanıram ki, belə də olacaq.

– ASCO-da zərif cinsin nümayəndəsi kimi çalışmağın perspektivini necə görürsünüz? Gələcək üçün hədəflərinizi bilmək olar?

– ADDA-ya daxil olmağım həyatda birinci uğurum oldusa, ASCO-da işə qəbul olunmağımı uğurumun davamı hesab edirəm. Adi qaydada vakansiya üçün müraciət etdim. Əvvəlcə test, sonra isə müsahibə mərhələsindən keçməyi bacardım. Xanım olduğum üçün mənimlə ayrıca söhbət aparıldı. İş haqqında məlumat verdilər. Bütün qarşılaşa biləcəyim məqamları diqqətimə çatdırdılar. Çox gözəl qarşılandım. Mənə etimad göstərdilər və anladım ki, təhsil aldığım Azərbaycan Dövlət Dəniz Akademiyasında xanımlara hörmətin əsası məhz elə ASCO-dan gəlir. Xüsusi diqqətdədir bütün ASCO xanımları. Buna görə ayrıca təşəkkür edirəm. Onu da qeyd edim ki, bu münasibət məni daha da ruhlandırdı və qərarımın düzgün olduğunu anladım.

Hədəflərim var və onlara nail olmaq üçün çox şey öyrənməliyəm. Kifayət qədər təcrübə topladıqdan sonra ASCO-nun Qara dənizdəki gəmilərində üzmək istəyirəm. Uzaq perspektivdə isə hədəfim, təbii ki, gəmi kapitanı olmaqdır.

– Ataların gözəl bir sözü var: “Niyyətin hara, mənzilin də ora!” Biz də mənzilinizə çatmaqda sizə uğurlar arzulayırıq!

-Çox sağ olun.






 

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Göbeklitepe: Müqəddəs bir məkanın sirri sərgisi Kolizeydə açılıb- FOTOLAR

Növbəti Yazı

Türkiyə 2024-cü ilin 3-cü rübünü turizm sahəsində rekord nəticələrlə bağlayır

XƏBƏR LENTİ

Gündəm

Abşeron Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb

2025/10/26 - 19:54
Gündəm

Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunmuş “Şövkət” filmi təqdim edilib

2025/10/23 - 12:44
Gündəm

Gəncədə TİKA-nın dəstəyi ilə 5-ci Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransı keçirilib

2025/10/21 - 11:14
Gündəm

Bu payız Şanlıurfada dünyanın ən qədim Neolit irsini kəşf edin – FOTOLAR

2025/10/18 - 12:57
Gündəm

Dünya idmançıları yenidən Kapadokyada toplanır -FOTOLAR

2025/10/15 - 12:41
Gündəm

Tikintisi davam edən sayca üçüncü RoPax tipli gəmi-bərədə yeniliklər tətbiq olunacaq 

2025/10/10 - 12:16
Gündəm

Türkiyənin kruiz turizmi son 12 ilin zirvəsinə çatdı, 18 limanda 1,5 milyon sərnişin qəbul edildi – FOTOLAR

2025/10/09 - 13:53
Gündəm

Dünyanın məşhur idmançıları Türkiyənin Qara dəniz bölgəsinə toplaşdı

2025/10/07 - 23:18
Gündəm

Yusif Eyvazovun Üzeyir Hacıbəylinin “Koroğlu” operasındakı əsrarəngiz ifası milli opera üçün yeni dövrün başlanğıcıdır

2025/10/06 - 16:51
Gündəm

Kapadokyanın Ortahisar kəndi 2025-ci ildə dünyanın ən gözəl kəndləri siyahısına daxil edildi – FOTOLAR

2025/10/03 - 11:03
Gündəm

TİKA Azərbaycanda həkim və tibb işçiləri üçün “Böyrək daşı müalicəsi” mövzusunda təlim proqramı təşkil etdi

2025/09/26 - 0:24
Gündəm

Türkiyənin payız möcüzələri: Bu əraziləri mütləq ziyarət edin -FOTOLAR

2025/09/22 - 13:45
Gündəm

Türkiyədə “Sakit şəhərlər”in sayı artdı – Çameli də siyahıya qoşuldu – FOTOLAR

2025/09/18 - 11:23
Gündəm

İstanbulda TEKNOFEST başlayıb

2025/09/18 - 11:18
Gündəm

“Zülfi Hacıyev” kran gəmisinin əsaslı təmiri başa çatıb 

2025/09/17 - 10:33
Gündəm

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18
Gündəm

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13
Gündəm

Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür — ŞİKAYƏT

2025/09/11 - 12:52
Gündəm

“Sağlam Vərdişlər – Gənclər üçün sağlam həyat tərzi çat-bot” layihəsi həyata keçirildi 

2025/09/09 - 22:20
Gündəm

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edi Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/09 - 16:40

SEÇMƏ

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18

Türkiyə coğrafiyası və təbiət quruluşu baxımından dünyanın ən unikal turizm bölgələrindən biri hesab olunur. İqlim şərtlərinin müxtəlifliyi, dəniz, dağ və...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13

Platforma.az - Son illərdə Avropada yay tətilini uzatmaq meyli güclənir. Avropa Turizm Komissiyasının (ETC) “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi” hesabatının 22-ci...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edi Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/09 - 16:40

Avropada yay tətilini uzatmaq meyli son illər getdikcə güclənir. Avropa Turizm Komissiyasının (ETC) dərc etdiyi “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi”...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.