25:07 - 1:23
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

COP29 çərçivəsində “Gələcəyə səfər: dayanıqlı sabah üçün dənizçilikdə dekarbonizasiya” mövzusunda müzakirələr aparılıb FOTOLAR+VİDEO

20.11.2024 - 18:43
A A

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində  “Gələcəyə səfər: dayanıqlı sabah üçün dənizçilikdə dekarbonizasiya” mövzusunda müzakirər aparılıb. ASCO-nun təşkilatçılığı ilə keçirilən müzakirələrdə nüfuzlu gəmiçilik, liman şirkətlərinin və təsnifat cəmiyyətlərinin rəhbər şəxsləri, eləcə də beynəlxalq dənizçilik sektorunun aparıcı mütəxəssisləri iştirak ediblər.

ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev açılış nitqi ilə çıxış edərək, Azərbaycanın dünyanın ən böyük tədbiri sayılan COP29-a ev sahibliyi etməsinin tarixi hadisə olduğunu diqqətə çatdırıb.

Rauf Vəliyev çıxışında ASCO-nun dekorbanizasiya istiqamətində gördüyü işlər və strateji hədəfləri barədə məlumat verib. Sədr vurğulayıb ki, ASCO 2012-ci illə müqayisədə emissiyaların 20% azaldılmasına nail olub. Bu da Beynəlxalq Dəniz Təşkilatının (IMO) 2030-cu il hədəfinin vaxtından əvvəl yerinə yetiriməsi deməkdir: “Bu uğuru əldə etmək asan olmadı. Ancaq bunu yeni gəmilərə investisiya yatıraraq, mövcud gəmiləri yenidən təmir edərək, köhnə gəmiləri istismardan çıxararaq və enerji səmərəliliyini artıraraq əldə etdik. Məqsədimiz IMO-nun 2050-ci ilədək sıfır emissiya hədəfinə nail olmaqdır və biz bunun üçün dayanıqlılıq həllərini inkişaf etdirmə və karbon emissiyalarının azaldılması strategiyalarını araşdırmaq istiqamətində aktiv fəaliyyət göstəririk.”

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov çıxışında dekarbonizasiyaya dair görülən işlər haqqında danışıb və bu sahədə əməkdaşlıqların vacibliyinə toxunub. O qeyd edib ki, biz bütün partnyorlarımızla, həmçinin ASCO ilə birgə yaşıl dənizçilik istiqamətində səylə çalışır və inanıram ki, sıfır emissiya hədəfinə birlikdə çatacağıq.

ASCO-nun Dayanıqlılıq və emissiyaların idarəedilməsi üzrə direktoru Ələkbər Əzizli şirkətin emissiyaların azaldılması strategiyası barədə geniş təqdimatla çıxış edib. O, 2050-ci ilədək sıfır emissiya hədəfinə çatmaq üçün şirkətin mərhələlər üzrə görəcəyi işlər barədə məlumat verib.

“Capital Maritime and Trading Corp” gəmiçilik şirkətinin təsisçisi və sədri Evangelos Marinakis də çıxışında şirkətinin yaşıl enerjiyə keçid prosesinə yanaşması, ikiyanacaqlı mühərrik texnologiyası və enerjiyə qənaət məqsədilə tətbiq etdiyi digər innovativ həllərlə bağlı təcrübəsini bölüşüb.

“DP World” şirkət qrupunun üzvü “P&O Maritime Logistics”in Baş icraçı direktoru Narayana Prasad Narumanchi Venkata Lakshmi “Dekarbonizasiya strategiyaları: 1, 2 və 3-cü sahə emissiyalarının aradan qaldırılması” mövzusunda təqdimatında dekarbonizasiyanın məqsədləri barədə ətraflı məlumat verib. O, bununla bağlı beynəlxalq gəmiçilikdə, o cümlədən təmsil etdiyi şirkətdə tətbiq olunan yanaşma və təcrübələr barədə bir sıra nümunələr gətirib.

Nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun (ABS) Avropa bölməsinin Biznesin inkişafı üzrə vitse-prezidenti Ezekial Davis çıxışında bildirib ki, gəmiçilik sənayesində dekarbonizasiya tədbirləri daha dərin, təməl dəyişikliyi əhatə edir: “Mənim üçün gəmiçiliyin karbonsuzlaşdırılmasının əsl həlli üç vacib elementdən – məlumatlılıq, əməkdaşlıq və insan faktorundan asılıdır. Çətinliklərimiz ciddi olsa da, bu fundamental elementlər bizə düzgün istiqamət verir. Biz məqsədə nail olmaq üçün ASCO kimi tərəfdaşlarla birlikdə işləyir, sənayemizin dəyişməsinə töhfə veririk.”

QTAGG-ın Baş kommersiya direktoru Per Österberq “Yeni dekarbonizasiya texnologiyaları: EcoPilot” mövzusunda çıxış edib. Per Österberq ASCO-nun öz gəmilərində “EcoPilot” sistemini quraşdırmasından da danışaraq, bunu  innovativ və yaşıl texnologiyalara keçid istiqamətində əhəmiyyətli addım kimi dəyərləndirib.

Qeyd edək ki,  “EcoPilot” gəminin yanacaq sərfiyyatının azaldılmasında və karbon emissiyalarını minimuma endirilməsində vacib texnoloji avadanlıqlardandır. Bu sistem gəminin hərəkət trayektoriyasını, sürətini və mühərrikin işini optimallaşdırmaqla, ekoloji cəhətdən səmərəli naviqasiyanı təmin edir.

Tədbirdə  ASCO-nun COP29 çərçivəsində hazırladığı video nümayiş etdirilib. Videoda dəniz nəqliyyatında emissiyaların azaldılmasına nail olmaq məqsədilə qurumun atdığı addımlar, eyni zamanda gələcək planları əks olunub.

Sonda ASCO-nun 165 illik tarixindən bəhs edən “Zamanla eyni dalğada” kitab-fotoalbomu da təqdim edilib. Azərbaycan və ingilis dillərində nəşr olunan kitab qonaqlara hədiyyə olunub.











 

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Türkiyənin COP29-dakı pavilyonu xüsusi diqqət çəkir – FOTOLAR

Növbəti Yazı

BDU THE-nin “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-də

XƏBƏR LENTİ

Gündəm

ASCO-nun gəmiləri ilə Bakı Gəmiqayırma Zavodunun akvatoriyasında dibdərinləşdirmə işləri aparılıb 

2025/07/29 - 11:25
Gündəm

2025/2026-cı tədris ili üzrə qəbul çərçivəsində nəticələrin ilkin siyahısı müəyyən olunub 

2025/07/29 - 11:23
Gündəm

Zaur Mikayılovun “qohumbaz idarəçiliyi” su sektorunu uçuruma aparır 

2025/07/27 - 8:56
Gündəm

Türkiyənin 22-ci UNESCO İrsi: Sardis və Bintepə – FOTOLAR  

2025/07/25 - 11:39
Gündəm

Bakı metrosunda 35 milyonluq müqavilə kimə qazandıracaq? 

2025/07/24 - 11:48
Gündəm

Azərbaycanın ilk qadın gəmi kapitanı haqqında bədii film çəkilir 

2025/07/24 - 11:27
Gündəm

Deputatın “Çovdar çörəyi” – biznes imperiyasına qısa baxış 

2025/07/23 - 9:21
Gündəm

Likiyanın incisi: Qədim Myra şəhərinin sirləri

2025/07/16 - 13:47
Gündəm

DNA Tədqiqatı Türkiyənin Neolitik Çatalhöyük şəhərində qadın mərkəzli cəmiyyətin olduğunu ortaya aşkarladı – FOTOLAR

2025/07/16 - 8:22
Gündəm

ADDA-nın yaradılmasından 29 il ötür 

2025/07/15 - 11:51
Gündəm

2025-ci ilin ilk 6 ayında gəmilərlə daşıma göstəriciləri açıqlanıb 

2025/07/14 - 15:00
Gündəm

Türkiyənin turizm mərkəzi : “Akdeniz’in İncisi” -FOTOLAR

2025/07/09 - 10:44
Gündəm

Türkiyə Antalyada tarixi sualtı kəşfini açıqladı

2025/07/07 - 11:44
Gündəm

Bir il əvvəl istismara verilən “Zəngilan” tankeri ilə indiyədək 266 min tondan çox yük daşınıb 

2025/07/02 - 11:21
Gündəm

ASCO-da maraqların toqquşmasının qarşısının alınmasına dair təlim keçirilib 

2025/07/01 - 14:45
Gündəm

DİN “Sputnik-Azərbaycan”da əməliyyat keçirir 

2025/06/30 - 13:12
Gündəm

Əfsanəvi çex və yapon avtomobillərindən ibarət karvan “Azərbaycan” gəmi-bərəsi ilə Qazaxıstana çatdırılıb 

2025/06/30 - 13:10
Gündəm

“Rəsul Rza” gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb 

2025/06/24 - 16:01
Gündəm

Tarixlə təbiətin qovuşduğu anadolu incisi Bitlis

2025/06/24 - 12:58
Gündəm

“Gənc Turizm Liderləri–2” adlı düşərgə təşkil olunub 

2025/06/23 - 16:39

SEÇMƏ

Antalyadan Sivasadək: Türkiyədə hələ kəşf edilməmiş təbii möcüzələr – FOTOLAR

2025/05/20 - 11:48

Türkiyəni ilk dəfə ziyarət edən turistlər buranı yer üzündəki cənnət adlandırır. Bu da səbəbsiz deyil. Türkiyənin dörd bir yanı əsl...

Daha çox oxu

Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq – FOTOLAR

2025/05/12 - 11:15

Türkiyənin zəngin kulinariya irsini qeyd edən ənənəvi Türk Mətbəxi Həftəsi artıq dördüncü dəfədir ki, keçiriləcək. Bu dəfə ənənəvi tədbir  mayın...

Daha çox oxu

Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi

2025/05/12 - 10:16

Türkiyənin 2025-ci ilin birinci rübü üzrə turizm gəlirləri açıqlanıb. Türkiyəyə bu ilin ilk üç ayında 8.844 milyon turist qəbul edib ...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.