25:12 - 1:26
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

CineMastercard kinoteatrında “Qarğa” mistik trillerin premyeradan öncə nümayişi baş tutub

26.08.2024 - 13:18
A A

Bakı, 26 avqust: “Amburan Mall” ticarət mərkəzində (Bilgəh qəsəbəsi) yerləşən “CineMastercard” premium kinoteatrında açıq səma altında “Qarğa” (The Crow) Amerika qotik filminin premyeradan öncə nümayişi baş tutdu. Film Ceyms O’Barrın qrafik romanı əsasında çəkilib.
Erik Dreyven və onun sevgilisi Şelli Vebsterin əsas rollarını Bill Skarsqard və FKA Tviqs ifa ediblər. Bill tamaşaçılara “O”, “Doqquz gün”, “Con Uik 4” filmlərindəki rollarından tanışdır. FKA Tviqs (Taliya Debrett Barnett) daha çox müğənni, bəstəkar və rəqqas kimi tanınır. Personajlar müasir, dinamik, müxtəlif yaradıcı maraqlara malikdir və maraqlı retro dizayn elementləri ilə proqressiv cəmiyyətdə yaşayırlar. Bill Skarsqard əlavə edir ki, QARĞA tamaşaçılara unikal təcrübə təqdim edir. “Emosional, qaranlıq, sərt, romantik və çox hərəkətlidir”.

Rejissor Rupert Sandersin dediyinə görə, əvvəlki film yalnız qisas üzərində cəmlənmişdi. Yeni “Qarğa” filmində isə izləyicilər sevgi hekayəsini görəcəklər. “Mən istəyirdim ki, tamaşaçılar onların hisslərinə inansınlar, bu sevgi ondan alınan zaman Erikin ağrısını hiss etsinlər”. “QARĞA” iki film birləşməsidir: qisas haqqında triller və melodram.”

Hekayənin mərkəzində Erik Dreyven adlı musiqiçidir. O, sevimli Şellini qorumaq üçün özünü qurban verməlidir. Lakin Erikin fədakarlığı boşa çıxır – Şelli həyatından məhrum olunur.
Faciədən bir il sonra dirilər və ölülər dünyası arasında qalan Erik axirətdən qayıdır. İndi o, tanrının gücünə sahib olan Qarğadır. Qəhrəman cinayətkarları tapmaq, onlardan amansız qisas almaq və ədaləti bərpa etmək üçün dirilər dünyasına qayıdır.
Premyeradan öncə nümayişə şou-biznes ulduzları, tanınmış jurnalistlər, blogerlər və iri təşkilatların sahibkarları dəvət olunub.

“The Voice of Azerbaijan” layihəsində iştirak edən müğənni Aliyə orijinal və özünəməxsus ifa tərzi ilə tamaşaçıları valeh edib.
Əsas hadisə isə “Show1Baku” qrupunun qotika üslubunda rəqsi idi. Atəş şousunun valehedici elementləri ilə qaranlıq obrazlar bir-birinə qarışaraq vahid tamaşaya çevrildi.
Tədbirin təşkilində dəstək göstərilib: “VOLGA” kino şirkəti, Cinema Distribution, “FRYDAY Burgers & Fries” restoranı, foto və video “Light in Black” kreativ şirkəti, “Bolshoy Prazdnik” dekorasiya şirkəti, “Astral” kvesti, “ProEvents” işıq effektləri, ənənəvi Yapon-Asiya desertləri “Mochiki”, “Hillside” premium şərabları, Bonaqua və Red Bull.

Tədbir filmin nümayişi ilə başa çatıb.

“CineMastercard” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.








ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Pavla Durov Fransaya Azərbaycandan gedib 

Növbəti Yazı

Diqqət! “COP29” tədbiri ilə bağlı saxta səhifələrin yaradılması tendensiyasında artım müşahidə edilir 

XƏBƏR LENTİ

Gündəm

ADDA və GIZ rəqəmsal əməkdaşlıq imkanlarını müzakirə edib

2025/12/04 - 13:02
Gündəm

Mənəvi Səyahət: Konyada Şəb-i Arus mərasimləri – FOTOLAR

2025/11/29 - 13:40
Gündəm

Ordubadda ilkin səhiyyə xidməti gücləndirilir 

2025/11/26 - 18:55
Gündəm

Şərur Rayon Mərkəzi Xəstəxanasına yeni tibbi avadanlıqlar təhvil verildi 

2025/11/24 - 21:08
Gündəm

Türkiyənin məşhur zeytun yığımına qoşulun – bu mövsümi təcrübəni qaçırmayın! – FOTOLAR

2025/11/24 - 12:11
Gündəm

Türkiyədə Magistr Təhsilinin üstünlükləri…

2025/11/20 - 14:29
Gündəm

Türkiyənin qədim marşrutlar və təbiət möcüzələri ilə dolu gizli dünyasını kəşf edin

2025/11/19 - 19:20
Gündəm

“Xocalı” gəmisi Avstraliyadan ABŞ-yə doğru səfərə çıxıb 

2025/11/14 - 11:42
Gündəm

“Suraxanı” gəmi-muzeyi “ICOM 2025” Beynəlxalq Konfransında təmsil olunur 

2025/11/13 - 13:00
Gündəm

ASCO gəmiləri ilə maye və quru yük daşımalarında 17 faiz artım qeydə alınıb 

2025/11/13 - 12:53
Gündəm

Azərbaycan və Türkiyədən olan şəhid övladları “Türk övladı” marşını səsləndiriblər – VİDEO

2025/11/07 - 15:24
Gündəm

ASCO-da “SAP Ariba” sistemi uğurla tətbiq olunub

2025/11/05 - 11:37
Gündəm

Türkiyənin turizm gəlirləri 50 milyard dollara çatdı – Fotolar 

2025/11/05 - 11:34
Gündəm

Abşeron Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb

2025/10/26 - 19:54
Gündəm

Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunmuş “Şövkət” filmi təqdim edilib

2025/10/23 - 12:44
Gündəm

Gəncədə TİKA-nın dəstəyi ilə 5-ci Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransı keçirilib

2025/10/21 - 11:14
Gündəm

Bu payız Şanlıurfada dünyanın ən qədim Neolit irsini kəşf edin – FOTOLAR

2025/10/18 - 12:57
Gündəm

Dünya idmançıları yenidən Kapadokyada toplanır -FOTOLAR

2025/10/15 - 12:41
Gündəm

Tikintisi davam edən sayca üçüncü RoPax tipli gəmi-bərədə yeniliklər tətbiq olunacaq 

2025/10/10 - 12:16
Gündəm

Türkiyənin kruiz turizmi son 12 ilin zirvəsinə çatdı, 18 limanda 1,5 milyon sərnişin qəbul edildi – FOTOLAR

2025/10/09 - 13:53

SEÇMƏ

Türkiyənin qədim marşrutlar və təbiət möcüzələri ilə dolu gizli dünyasını kəşf edin

2025/11/19 - 19:20

Tarixi zənginliyi, təbiət gözəllikləri və qonaqlara fərqli səyahət təcrübələri təqdim edən çoxsaylı istiqamətləri ilə Türkiyə, nüfuzlu səyahət siyahılarında yerini möhkəmləndirməyə...

Daha çox oxu

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18

Türkiyə coğrafiyası və təbiət quruluşu baxımından dünyanın ən unikal turizm bölgələrindən biri hesab olunur. İqlim şərtlərinin müxtəlifliyi, dəniz, dağ və...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13

Platforma.az - Son illərdə Avropada yay tətilini uzatmaq meyli güclənir. Avropa Turizm Komissiyasının (ETC) “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi” hesabatının 22-ci...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.