Ümumdünya Səhiyyə Təşkilatı Çin sakininin “quş qripi” H3N8 ştamından ölümünü qeydə alıb. Raport.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.
“Xəstənin bir çox əlavə xəstəlikləri var idi. İnfeksiyadan əvvəl o, diri ev quşları, eləcə də küçədəki çöl quşları ilə təmasda olub”, – deyə təşkilat bildirib.
Bundan əvvəl Xerson vilayətinin həkimləri quş qripi şübhəsi ilə 8 nəfəri xəstəxanaya yerləşdiriblər. Bütün xəstələrdə temperatur 38-40 dərəcəyə qədər yüksəlir.