25:05 - 2:02
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Mədəniyyət

Ceyhun Mirzəyevin eşidilməyən FƏRYADI

06.03.2023 - 21:06
A A

Dosent Zaur Əliyev “Kinomuzun FƏRYADI” adlı məqaləsində dünən anım günü olan mərhum Ceyhun Mirzəyevdən, onun səfil həyatı yaşayan yeganə övladından yazıb. RAPORT.az Ceyhun Mirzəyevin xatirəsinə ehtiramla sözügedən məqaləni təqdim edir:

Mart ayının 5-i Azərbaycan kinosunun əfsanələrindən biri, Ceyhun Mirzəyevin rəhmətə getdiyi gündür. Ceyhun Mirzəyev 9 aprel 1946-cı ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Çox təəssüf ki, 11 yaşında (Görüş filmi), 12 yaşında (şedevr film olan Ögey Ana)-ilk filmilərində rol alan belə bir sənətkarın anım günü TV və media tərəfindən çox soyuq keçirildi. FƏRYAD-filminə qədər bir birindən maraqlı filmlərdə rol aldı, ssenarist oldu, rejissor oldu. 1986-cı ildə rejissoru Ceyhun Mirzəyev olan “İşarəni dənizdən gözləyin” filmində həyatını risk altına qoyaraq tam olaraq Azərbaycan Cümhuriyyətinin bayrağın orjinal formada göstərilməsi məhz onun sayəsində mümkün olub. Axı o zamanlar Cümhuriyyətimizin bayrağı barədə rəsmən nəinki danışmaq, heç onun adını çəkmək belə olmazdı. Həmin bayrağın 1986-cı ildə üzə çıxaraq bu filmdə ekranlarda görünməsi o dövr üçün açıq surətdə təhlükə yaradırdı rejissor üçün. Lakin rejissorun və Azərbaycandan olan ziyalıların “bu filmdir, tarixi əsaslarla çəkilib, bayrağın orda olması sırf kinonun effekti üçün lazımdır” sözündən sonra bayraq olan səhnələr silinmir. Ceyhun Mirzəyev film vasitəsilə subliminal mesaj verir sanki “bir kərə yüksələn bayraq, bir daha enməz”. Bu addımın atmasına onun atası, Azərbaycan Demokratik Respublikasının milli ordusunda zabit kimi xidmət etmiş Ceyhun Mirzəyevin atası Cəmil Camal oğlu Mirzəyevin də vaxtsız itirməsi təsir edib.
Qarabağın, doğma Ağdamının, Abdal Gülablının itirilməsi, Xocalı soyqırımın baş verməsi ona çox pis təsir edir. Bunu özünə dərd eləyən Ceyhun Mirzəyev bir müddət içkiyə qurşanır. Lakin ailəsinin təkidi ilə özünə gəlir və qarşısına məqsəd qoyur ki, elə bir film çəksin ki, Qarabağlıların, Qarabağın yaşadıqlarını, erməni vəhşiliklərini ortaya qoya bilsin. Beləcə FƏRYAD filminin ideyası yaranır və onu reallaşdırmaq üçün çox tələsir. Çünki Ürəyində olan ciddi problemlər ona tez tez təsir edirdi, sanki bilirdi ki, bu onun SON işi və həyatının SONU olacaq. “O, “Fəryad” fimini təkcə film kimi çəkmədi, faciənin dəhşətini hiss edə-edə xalqın, vətənin dərdini çəkdi. Özünə əziyyət verirdi, çox sarsılırdı. Çəkilişlər Goranboyda aparılırdı.
Filmin operatoru Kənan Məmmədov deyir ki, “Fəryad” filminin çəkişiləri zamanı Ceyhuna sui-qəsd olunub: “Filmdə bir səhnə var – balaca qızın zorlanma xəbərini eşidən İsmayıl bunu kimin elədiyini başa düşür. Səngərin arası ilə qaça-qaça gəlib ermənilərin mövqeyinə çatır və bu alçaqlığı edən ermənini öldürür. Bu səhnəni hərəkətlə çəkirdim. Kamera maşında idi. Ceyhun ağacların arasında qaçdığı müddətdə maşın da paralel olaraq gedirdi. Birdən Ceyhun qeyri-adi bir hərəkət etdi və yıxıldı. Demə, Ceyhun qaçdığı yerdə bir ağacdan o biri ağaca çox nazik, amma poladdan bir sim çəkilmişdi. Kim bunu eləmişdi bilmirik. Amma təbii ki, əvvəlcədən olunmuşdu. Ceyhun onu son anda görüb əlilə itələyib yıxılmasaydı, ip boğazını üzərdi. Çox sarsıldıq o anda. Əli kəsilmişdi, həkimə aparıb yardım etdik.”
Filmdə Ceyhun Allahverdi Bağırov, Şirin Mirzəyev, Fred Asif kimi qəhrəmanların obrazını oynadığı İsmayıl rolunda birləşdirə bilmişdi. Film bitəndən sonra ona ödənilən qonorarı son qəpiyinə qədər Xocalıdan olan insanlara paylamışdı.
1993-cü il martın 5-də Ceyhun Mirzəyev telestudiyaya gedir. Onun “Fəryad” filmi haqqında veriliş hazırlanırdı. Elə oradaca vəziyyəti pisləşir. Diktor Hicran Hüseynov onu maşına qoyub evə gətirəndə Ceyhun Mirzəyev yolda bu həyatla vidalaşır. Ceyhunun ölümündən sonra, o ağır illərdə həyat yoldaşı Lidiya Qriqoryevna Bakıdakı evini satıb qızı Ilə birlikdə Krasnodara köçür və ev alıb orada yaşayırlar. Ceyhunun həyat yoldaşı rəhmətə gedəndən sonra qızına bir nəfər evlənməyə söz verir və ona öz evini satdırır. 2001-ci ildə Cəmalənin atasının xatirəsinə həsr etdiyi “Лишь бы свет талантов не угас” adlı poetik parçalar kitabı da var Bir muddət birgə yaşadığı oğlan zavallı qızı narkotikə alışdırıb və onu atıb gedir. Son məlumata görə Ceyhun Mirzəyevin yeganə qızı evsiz-eşiksiz kücələrdə, yol kənarındakı körpülərin altında yaşayır.. Əgər ölməyibsə…..

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Probasiya qeydiyyatında olan qadın məhkumlarla görüş keçirilib

Növbəti Yazı

Azadlığı məhdudlaşdırılan xanımlar məşğulluğa müraciət edə bilər – AÇIQLAMA 

XƏBƏR LENTİ

Gündəm

Antalyanın möcüzəli təbiəti və mədəniyyət xəzinələri – FOTOLAR

2025/05/06 - 16:02
Gündəm

Əlilliyi olan şəxslərə dəstək, dövlət qayğısı və həllini gözləyən məsələlər

2025/05/05 - 12:03
Gündəm

Qumar oyunlarının qurbanları artır – Cəmiyyət niyə susur? 

2025/05/05 - 11:59
Gündəm

Qlobal Cənub və Qlobal Şimal arasında bərabərlik və etimadın təməli qoyulur

2025/04/28 - 16:14
Gündəm

Turizmin beşiyi olan tarixi kəndlər

2025/04/28 - 16:11
Gündəm

Prezident Velosiped Turunun 60-cı buraxılışı keçiriləcək – FOTOLAR

2025/04/24 - 16:35
Gündəm

Deputat Ülvi Quliyevin oğlundan Prezidentə şikayət – Nə baş verib?

2025/04/22 - 12:25
Gündəm

Analar gününü İzmirin Urla bölgəsində qeyd edin – Fotolar 

2025/04/22 - 11:18
Gündəm

Mersin–Tartus Ro-Ro xətti yenidən istifadəyə verilib 

2025/04/22 - 10:57
Gündəm

Nazirlik plastik cərrahiyyə apara biləcək həkimlərin siyahısını yaydı

2025/04/17 - 12:00
Gündəm

ASCO-nun “Xocalı” gəmisi ilk dəfə Hind okeanına daxil olub

2025/04/17 - 11:10
Gündəm

Ağdamın Sarıcalı kəndinin bərpası dövlət büdcəsinə 35 milyona başa gəlib

2025/04/17 - 8:52
Gündəm

Ayasofya Məscidinin günbəzində əhatəli bərpa işləri başlanılıb – FOTOLAR

2025/04/16 - 13:08
Gündəm

“Suraxanı” tanker-muzeyi Beynəlxalq Dəniz Muzeyləri Konqresinə üzv seçilib 

2025/04/14 - 11:15
Gündəm

Türkiyənin hər guşəsi, hər bölgəsi canlı tarix, möcüzə və əsrarəngiz gözəllik mənbəyidir

2025/04/12 - 14:22
Gündəm

Xırdalanda məktəb direktoru tərəfindən zorakılığa məruz qalan şagirdin valideyni ölümlə təhdid edilib 

2025/04/10 - 11:35
Gündəm

Natəvan Bayramova vəzifədən getdi

2025/04/10 - 11:08
Gündəm

Türkiyənin daha bir təcrübəsi Azərbaycanda

2025/04/10 - 8:19
Gündəm

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 600-ü keçib – YENİLƏNİB

2025/04/09 - 19:22
Gündəm

Antalya mavi bayraqlı çimərliklərlə liderliyini qoruyur

2025/04/09 - 16:13

SEÇMƏ

Turizmin beşiyi olan tarixi kəndlər

2025/04/28 - 16:11

Hər il Türkiyəyə səfər edən turistlərin sayı durmadan artır. Son iki ilin statistikasına görə Türkiyəyə səfər edən turistlərin 30-40 faiz...

Daha çox oxu

Prezident Velosiped Turunun 60-cı buraxılışı keçiriləcək – FOTOLAR

2025/04/24 - 16:35

Türkiyənin ən mötəbər idman tədbirlərindən biri olan Prezident Velosiped Turu (TUR 2025) bu il 60-cı dəfə təşkil olunacaq. “Cebheinfo.az" xəbər verir...

Daha çox oxu

Bizans, Roma və Osmanlı sivilizasiyalarını özündə yaşadan qədim Göynük – FOTOLAR

2025/01/15 - 16:41

Türkiyənin hər daşı bir tarixdir. Öz qədimliyi və mədəniyyət ənənələri ilə dünyaya səs salan Türkiyədə öz memarlıq abidələrinin zənginliyi ilə...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.