Bosfor boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb.
Platforma.az xəbər verir ki, buna səbəb Liberiya bayrağı altında üzən “Peria” neft tankerində yaranan nasazlıqdır.
Türkiyə Sahil Mühafizəsi tanker təhlükəsiz yerə çəkilənə qədər boğazdan keçən nəqliyyatın hər iki istiqamətdə dayandırıldığını bildirib.