25:05 - 6:58
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Bir rəsmin tarixçəsi – Zərifə xanım Əliyevanın anım gününə 

15.04.2024 - 3:00
A A

Dövlət Turizm Agentliyinin təşkil etdiyi media-turla Naxçıvana səfər zamanı baş çəkdiyimiz yerlərdən biri Bəhruz Kəngərli Muzeyi idi. Muzey Azərbaycan realist rəssamlıq məktəbinin banisi Bəhruz Kəngərlinin əziz xatirəsinə yaradılıb. Binanın daha bir özəlliyi o idi ki, 1938-1939-cu illərdə Ümummilli Lider Heydər Əliyev bu binada (o zamankı Naxçıvan Pedaqoji Texnikumunda) təhsil almışdır. 2002-ci ilin 18 iyun tarixində Ulu Öndər bu muzeyin açılışında iştirak edib.

İkimərtəbəli binanın birinci mərtəbəsində 7, ikinci mərtəbəsində isə 5 otaq yerləşir. Muzeydə 63-ü rəssamın əsərlərinin orijinalı olmaqla 1300-dən artıq eksponat nümayiş etdirilir.

Muzeydə Ümummilli lider Heydər Əliyevin xatirə otağı var. Orda onun şəxsi əşyaları, bir çox sənədlər saxlanır.

Mənimsə diqqətimi orda bir rəsm cəlb etdi. Rəsmdən qayğısız məktəbli qız gülümsəyirdi. O qədər təbii alınmışdı ki, məsum üzlü bu qız sanki qarşımızda gülümsəyirdi.
Rəsmin çəkilməsi tarixindən bizi qərinələr ayırır. Bizə təbəssümlə baxan qayğısız məktəbli qız Zərifə xanım Əliyevadır. Rəsm 1942-ci il aprelin 27-də çəkilib. Muzey əməkdaşlarının məlumatına görə Zərifə xanım görkəmli alim Həsən Əliyevgilə qonaq gələndə bu rəsm ərsəyə gəlib.

Ulu öndər Heydər Əliyev müsahibələrində də qeyd edir ki, Zərifə xanım çox gənc olanda onun diqqətini cəlb edib. Zərifə xanımı qardaşı Həsən Əliyev vasitəsilə tanıyıb. Zaman keçdikcə bu məhəbbət illərin çətin sınaqlarına sinə gərib möhkəm ailə təməlini yaradıb. İşğalda qalan torpaqları geri alması ilə adını tarixə qızıl hərflərlə yazdıran sərkərdəmiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevi yalnız təməli möhkəm, saf, sınaqlardan üzüağ çıxan sevgi dolu ailə bəxş edə bilərdi Azərbaycana.

Tibb elminə həsr olunmuş şərəfli ömür kitabında ailəsinə də ön səhifələrdə yer ayıran Zərifə xanımı sədaqətli ömür-gün yoldaşı Heydər Əliyev belə xarakterizə edirdi:
“Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. Mənim övladlarım da bu əhvalı-ruhiyyədədirlər. Onlar bu əhvalı-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar”.

Cənab Prezident İlham Əliyevin rus dilində bir video-müsahibəsi vardı. Müxbir sual verir, zamanı geri qaytarmaq olsa, nə edərsiz? Düşünmədən deyir anamı qaytarardım… Təəssüf ki, milli kadr hazırlığı prosesində fəal iştirak edən, M.İ.Averbax adına mükafata layiq görülmüş ilk azərbaycanlı qadın, yaşadığı dövrdə geniş yayılan traxomanın sosial xəstəlik kimi ləğv olunmasının səbəbkarı Zərifə xanım həyatdan tez köçüb.

Onun ömrünün son aylarını oğlu, möhtərəm prezidentimiz belə xatırlayır:
“Bizimlə keçirdiyi son günlərdə Zərifə xanım bilirdi ki, ömrü sona çatır, özü də, bütün həkimlər də tam açıq danışırdılar, üstüörtülü danışıqlardan uzaq idilər. Onun ürəyi elə işıqlı qalırdı. Ölüm fikri onu qorxutmurdu. Onu narahat edən, onsuz qalacaq adamlar idi. Gücdən, qüvvədən düşmüşdü. Bütün ömrü boyu olduğu kimi, səssiz bir məğrurluqla əriyirdi. Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən məhz bu idi.
Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir”.

Dövlət və xalq qarşısında əvəzsiz xidmətləri ilə yanaşı, bizə torpaqlarımızı işğaldan azad edib qürurumuzu özümüzə qaytaran dövlət başçısı bəxş edən Akademik Zərifə xanım Əliyevanın xatirəsi hər zaman qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin!
Elnurə Abuşova

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Həftəlik icmal (07.04.2024 – 14.04.2024) – VİDEO

Növbəti Yazı

İcra başçısının keçirdiyi tenderlərin bir qismini oğlu udub 

XƏBƏR LENTİ

Gündəm

Antalyanın möcüzəli təbiəti və mədəniyyət xəzinələri – FOTOLAR

2025/05/06 - 16:02
Gündəm

Əlilliyi olan şəxslərə dəstək, dövlət qayğısı və həllini gözləyən məsələlər

2025/05/05 - 12:03
Gündəm

Qumar oyunlarının qurbanları artır – Cəmiyyət niyə susur? 

2025/05/05 - 11:59
Gündəm

Qlobal Cənub və Qlobal Şimal arasında bərabərlik və etimadın təməli qoyulur

2025/04/28 - 16:14
Gündəm

Turizmin beşiyi olan tarixi kəndlər

2025/04/28 - 16:11
Gündəm

Prezident Velosiped Turunun 60-cı buraxılışı keçiriləcək – FOTOLAR

2025/04/24 - 16:35
Gündəm

Deputat Ülvi Quliyevin oğlundan Prezidentə şikayət – Nə baş verib?

2025/04/22 - 12:25
Gündəm

Analar gününü İzmirin Urla bölgəsində qeyd edin – Fotolar 

2025/04/22 - 11:18
Gündəm

Mersin–Tartus Ro-Ro xətti yenidən istifadəyə verilib 

2025/04/22 - 10:57
Gündəm

Nazirlik plastik cərrahiyyə apara biləcək həkimlərin siyahısını yaydı

2025/04/17 - 12:00
Gündəm

ASCO-nun “Xocalı” gəmisi ilk dəfə Hind okeanına daxil olub

2025/04/17 - 11:10
Gündəm

Ağdamın Sarıcalı kəndinin bərpası dövlət büdcəsinə 35 milyona başa gəlib

2025/04/17 - 8:52
Gündəm

Ayasofya Məscidinin günbəzində əhatəli bərpa işləri başlanılıb – FOTOLAR

2025/04/16 - 13:08
Gündəm

“Suraxanı” tanker-muzeyi Beynəlxalq Dəniz Muzeyləri Konqresinə üzv seçilib 

2025/04/14 - 11:15
Gündəm

Türkiyənin hər guşəsi, hər bölgəsi canlı tarix, möcüzə və əsrarəngiz gözəllik mənbəyidir

2025/04/12 - 14:22
Gündəm

Xırdalanda məktəb direktoru tərəfindən zorakılığa məruz qalan şagirdin valideyni ölümlə təhdid edilib 

2025/04/10 - 11:35
Gündəm

Natəvan Bayramova vəzifədən getdi

2025/04/10 - 11:08
Gündəm

Türkiyənin daha bir təcrübəsi Azərbaycanda

2025/04/10 - 8:19
Gündəm

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 600-ü keçib – YENİLƏNİB

2025/04/09 - 19:22
Gündəm

Antalya mavi bayraqlı çimərliklərlə liderliyini qoruyur

2025/04/09 - 16:13

SEÇMƏ

Turizmin beşiyi olan tarixi kəndlər

2025/04/28 - 16:11

Hər il Türkiyəyə səfər edən turistlərin sayı durmadan artır. Son iki ilin statistikasına görə Türkiyəyə səfər edən turistlərin 30-40 faiz...

Daha çox oxu

Prezident Velosiped Turunun 60-cı buraxılışı keçiriləcək – FOTOLAR

2025/04/24 - 16:35

Türkiyənin ən mötəbər idman tədbirlərindən biri olan Prezident Velosiped Turu (TUR 2025) bu il 60-cı dəfə təşkil olunacaq. “Cebheinfo.az" xəbər verir...

Daha çox oxu

Bizans, Roma və Osmanlı sivilizasiyalarını özündə yaşadan qədim Göynük – FOTOLAR

2025/01/15 - 16:41

Türkiyənin hər daşı bir tarixdir. Öz qədimliyi və mədəniyyət ənənələri ilə dünyaya səs salan Türkiyədə öz memarlıq abidələrinin zənginliyi ilə...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.