25:08 - 11:32
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hadisə

Azərbaycanlı Elçin Ağayev Almaniyadakı məhkəmədə qətl törətdiyini etiraf edib

10.01.2023 - 1:05
A A

Almaniyada qətl törətməkdə şübhəli bilinən azərbaycanlı Elçin Ağayevin ilk məhkəmə prosesi keçirilib.

“Report”un Avropa bürosunun məlumatına görə, Detmol şəhər Məhkəməsində keçirilən hazırlıq iclasında E.Ağayev cinayəti qısqanclıq zəmində törətdiyini etiraf edib.

O, keçən ilin iyunun 18-də baş verən cinayət hadisəsinin təfərrüatları barədə danışıb. E.Ağayev bildirib ki, müharibə başlayandan sonra Ukraynanın şərqindən sevgilisi Olqa və iki uşağı ilə Almaniyaya gəlib.

“Biz Kalletal şəhərində yaşayan, Qazaxıstanda anadan olan və sonradan Almaniyaya köçən Andreyin qonağı olduq. O və xanımı Nadine müvəqqəti onlarda qala biləcəyimizi dedilər. Bizim bu ailə ilə münasibətlərimiz çox yaxşı idi. Aramızda heç bir söz-söhbət olmamışdı. Bir dəfə Olqa ilə Andreyin yaxınlığından şübhələndim. Uşaqların otağında gizlənib, onları izlədim. Aralarında münasibətin olduğunu görəndən sonra Andreydən bunun açıqlamasını tələb etdim. O, açıqlama vermək əvəzinə məni evdən qovdu. Bir müddət küçədə gecələdim və həmin vaxt Andreyi öldürməyə qərar verdim”, – E.Ağayev ifadəsində qeyd edib.

Onun sözlərinə görə, cinayət günü narkotik maddənin təsiri altında olub. Andreyi balta ilə qətlə yetirəndən sonra Olqa və iki uşağı ilə avtomobilinə əyləşərək, Almaniyanı tərk etməyə qərar verib. Ancaq həmin gün polis yoxlaması olduğundan avtomobili tərk edib və naməlum istiqamətdə qaçıb. Axtarışda olduğunu isə feybuka girdikdən sonra öyrənib və bir müddət meşədə gizlənməli olub.

E. Ağayev bildirib ki, Polşa sərhədindəki bir qəsəbəyə gəldikdən sonra məqsədi bu ölkəyə keçmək olub. Lakin polis xüsusi təyinatlıları onu bu qəsəbədə saxlayıb.

Hazırlıq iclasında bildirilib ki, E.Ağayev 2012-ci ildə Ukraynada bənzər cinayət törədib. Belə ki, o, ukraynalı sevgilisini bıçaqla öldürdükdən sonra balta ilə başını bədənindən ayırıb. O, Ukrayna məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib və 2019-cu ildə şərti azadlığa buraxılıb.

Detmol şəhər məhkəməsindən “Report”a bildirilib ki, proses yanvarın 24-də davam etdiriləcək. Hökmün fevralın 6-da elan ediləcəyi gözlənilir.

Xatırladaq ki, hadisə bu il iyunun 18-də, Şimali Reyn Vestfaliya əyalətinin Kalettal şəhərində baş verib. Belə ki, 39 yaşlı Andrey F.Rintelner balta ilə qətlə yetirilib.

Almaniyada bir aydan çoxdur axtarışda olan Elçin Ağayev Almaniya-Polşa sərhədinə yaxın qəsəbədə polisin keçirdiyi xüsusi əməliyyatla saxlanılıb.

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

BMT İran rəhbərliyini ölüm hökmünə son qoymağa çağırıb

Növbəti Yazı

BDYPİ qarlı hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

XƏBƏR LENTİ

Gündəm

ASCO-nun gəmiləri ilə Bakı Gəmiqayırma Zavodunun akvatoriyasında dibdərinləşdirmə işləri aparılıb 

2025/07/29 - 11:25
Gündəm

2025/2026-cı tədris ili üzrə qəbul çərçivəsində nəticələrin ilkin siyahısı müəyyən olunub 

2025/07/29 - 11:23
Gündəm

Zaur Mikayılovun “qohumbaz idarəçiliyi” su sektorunu uçuruma aparır 

2025/07/27 - 8:56
Gündəm

Türkiyənin 22-ci UNESCO İrsi: Sardis və Bintepə – FOTOLAR  

2025/07/25 - 11:39
Gündəm

Bakı metrosunda 35 milyonluq müqavilə kimə qazandıracaq? 

2025/07/24 - 11:48
Gündəm

Azərbaycanın ilk qadın gəmi kapitanı haqqında bədii film çəkilir 

2025/07/24 - 11:27
Gündəm

Deputatın “Çovdar çörəyi” – biznes imperiyasına qısa baxış 

2025/07/23 - 9:21
Gündəm

Likiyanın incisi: Qədim Myra şəhərinin sirləri

2025/07/16 - 13:47
Gündəm

DNA Tədqiqatı Türkiyənin Neolitik Çatalhöyük şəhərində qadın mərkəzli cəmiyyətin olduğunu ortaya aşkarladı – FOTOLAR

2025/07/16 - 8:22
Gündəm

ADDA-nın yaradılmasından 29 il ötür 

2025/07/15 - 11:51
Gündəm

2025-ci ilin ilk 6 ayında gəmilərlə daşıma göstəriciləri açıqlanıb 

2025/07/14 - 15:00
Gündəm

Türkiyənin turizm mərkəzi : “Akdeniz’in İncisi” -FOTOLAR

2025/07/09 - 10:44
Gündəm

Türkiyə Antalyada tarixi sualtı kəşfini açıqladı

2025/07/07 - 11:44
Gündəm

Bir il əvvəl istismara verilən “Zəngilan” tankeri ilə indiyədək 266 min tondan çox yük daşınıb 

2025/07/02 - 11:21
Gündəm

ASCO-da maraqların toqquşmasının qarşısının alınmasına dair təlim keçirilib 

2025/07/01 - 14:45
Gündəm

DİN “Sputnik-Azərbaycan”da əməliyyat keçirir 

2025/06/30 - 13:12
Gündəm

Əfsanəvi çex və yapon avtomobillərindən ibarət karvan “Azərbaycan” gəmi-bərəsi ilə Qazaxıstana çatdırılıb 

2025/06/30 - 13:10
Gündəm

“Rəsul Rza” gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb 

2025/06/24 - 16:01
Gündəm

Tarixlə təbiətin qovuşduğu anadolu incisi Bitlis

2025/06/24 - 12:58
Gündəm

“Gənc Turizm Liderləri–2” adlı düşərgə təşkil olunub 

2025/06/23 - 16:39

SEÇMƏ

Antalyadan Sivasadək: Türkiyədə hələ kəşf edilməmiş təbii möcüzələr – FOTOLAR

2025/05/20 - 11:48

Türkiyəni ilk dəfə ziyarət edən turistlər buranı yer üzündəki cənnət adlandırır. Bu da səbəbsiz deyil. Türkiyənin dörd bir yanı əsl...

Daha çox oxu

Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq – FOTOLAR

2025/05/12 - 11:15

Türkiyənin zəngin kulinariya irsini qeyd edən ənənəvi Türk Mətbəxi Həftəsi artıq dördüncü dəfədir ki, keçiriləcək. Bu dəfə ənənəvi tədbir  mayın...

Daha çox oxu

Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi

2025/05/12 - 10:16

Türkiyənin 2025-ci ilin birinci rübü üzrə turizm gəlirləri açıqlanıb. Türkiyəyə bu ilin ilk üç ayında 8.844 milyon turist qəbul edib ...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.