Azərbaycanda son sutka ərzində 29 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Koronavirusla Mübarizə üzrə Operativ Qərargahdan verilən məlumata görə, COVID-19-dan 77 nəfər müalicə olunaraq sağalıb. Ötən sutka ərzində ölüm faktı qeydə alınmayıb.
2020-ci ilin fevral ayının sonundan indiyədək Azərbaycanda 827 667 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı müəyyən edilib, onlardan 817 314 nəfərin müalicəsi uğurla başa çatıb, 10 068 nəfər vəfat edib.
Xəstəliyin aktiv mərhələsində olan 285 nəfərdə COVID-19 var.
Göstərilən müddət ərzində ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə bağlı 7 471 631, o cümlədən ötən sutka ərzində 2 129 test aparılıb.