2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yükdaşımaların həcmi 54,6 milyon ton təşkil edib ki, bu da 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 4,7 faiz çoxdur.
Dövlət Komitəsindən bildirilib ki, dəniz nəqliyyatı ilə 1,936 milyon ton (artım 6,1 faiz), avtomobil nəqliyyatı ilə 30,418 milyon ton (artım 7,2 faiz), hava nəqliyyatı ilə 94,5 min ton (artım 13 faiz)
dəmir yolu – 4,47 milyon ton (artım 0,3 faiz) müxtəlif yüklər daşınıb.