Azərbaycan Xarici İşlər Nazirliyi: Quranın təhqir edilməsi nifrət cinayətidir
Azərbaycan Xarici İşlər Nazirliyi Stokholmda keçirilən mitinqdə Quranın təhqir olunması aktını pisləyib.
Raport.az xəbər verir ki, müvafiq bəyanat XİN-in “Twitter” səhifəsində yerləşdirilib.
Qeyd edib ki, açıq-aşkar nifrət cinayətləri kimi islamofob hərəkətlər söz azadlığının ifadəsi deyil: “İsveç hökumətini bu nifrət cinayətinə görə məsuliyyət daşıyanların ən qısa zamanda ədalət qarşısında cavab verməsini təmin etməyə çağırırıq”.