Azərbaycan nümayəndə heyəti Türkiyənin zəlzələdən zərər çəkmiş Qəhrəmanmaraş bölgəsinə səfər edib. Raport.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov sosial şəbəkədə məlumat verib.
Məmmədov bildirib ki, Azərbaycan ötən müddət ərzində zərərçəkmişlərə yardım edib və bu yardım davam etdiriləcək. Həmçinin qeyd olunub ki, Azərbaycan tərəfinin dəstəyi ilə zəlzələdən zərər çəkənlər üçün evlərin tikintisinə başlanacaq. Nümayəndə heyətinin üzvləri tikinti üçün ayrılmış ərazidə olublar.