25:09 - 4:37
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Azərbaycan Dubay üçün yüksək perspektivli bir bazar kimi formalaşır

02.09.2024 - 18:57
A A

Azərbaycan Dubay üçün yüksək perspektivli bir bazar kimi formalaşır.  Platforma.az xəbər verir ki, bu sözləri Dubayın İqtisadiyyat və Turizm Departamentinin (DET) Asiya-Sakit Okean bölgəsində Beynəlxalq Əməliyyatlar üzrə Bölgə Direktoru Şahab Şayan media nümayəndələri ilə görüş zamanı bildirib.

2023-cü ildə azərbaycanlı turistlərin sayında nəzərəçarpacaq dərəcədə artımın (69%) olması və bu rəqəmin davamlı şəkildə artmasının onları məmnun etdiyini deyən Şahab Şayan bu irəliləyişin bölgələrimiz arasında əlaqələrin dərinləşməsini göstərdiyini deyərək qeyd edib ki, bu göstərici həm də Dubayın ümumdünya turizm məkanı kimi mövqeyini bir daha təsdiqləyir: “Turizm infrastrukturunun inkişafı və unikal təcrübələr təqdim etmək üzrə göstərdiyimiz səylər nəticəsində Azərbaycandan olan ziyarətçilərimiz Dubayda öz vaxtlarını unudulmaz, rahat və təhlükəsiz şəkildə keçirə bilir”.
Dubay İqtisadiyyat və Turizm Departamenti (DET) rəsmisi qeyd edib ki, Azərbaycanlıların Dubaya səyahətindəki artım tempi 2024-cü ildə də davam edir, ilin birinci yarısında 2023-cü ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan gələn ziyarətçilərin sayında 62% artım müşahidə olunub. Bu isə ölkə əhalisi üçün Dubayın cəlbediciliyinin artdığını göstərir. Dubay və Bakı arasında birbaşa hava əlaqəsinin gücləndirilməsi iki şəhər arasında əlaqələri daha da möhkəmləndirir.
Ümumiyyətlə, Dubaya beynəlxalq turist axını artmaqda davam edir. 2023-cü ildə Dubay 17,15 milyon əcnəbi ziyarətçini qəbul edərək yeni rekorda imza atmışdır. Bu yüksəliş meyli 2024-cü ildə də davam etmişdir — yanvar-iyun ayları arasında şəhəri ziyarət edən beynəlxalq turist sayı 9,31 milyon təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% çoxdur.

Dubayın görkəmli nailiyyətləri beynəlxalq səviyyədə də məşhurdur. Belə ki, 2024-cü ilin əvvəlində şəhər Tripadvisor Travellers’ Choice Awards tərəfindən ən yaxşı turizm istiqamətləri siyahısında ardıcıl üçüncü dəfə birinci yerə layiq görülmüşdür.
Dubay yeni attraksionlar açmaqla və dünyanın hər yerindən turistləri cəlb edən müxtəlif tədbirlərə ev sahibliyi etməklə, ümumdünya istirahət və əyləncə mərkəzi kimi nüfuzunu artırmağa davam edir. Ən son mühüm hadisələrdən biri Dubai Parks and Resorts-da dünyaca məşhur Real Madrid futbol klubunun dəstəyi ilə fəaliyyət göstərən “Real Madrid World” tematik parkının açılışı olmuşdur. Bu, ötən ilin oktyabrında DET və Real Madrid futbol klubunun arasında imzalanmaqla hər iki təşkilatın inkişafı üçün yeni perspektivlər vəd edən və Dubayın “D33” iqtisadi inkişaf proqramının məqsədlərinə cavab verən uzunmüddətli saziş sayəsində mümkün olmuşdur.
Dubayın kulinariya ənənələri şəhərin turizm strategiyasında həmçinin həlledici rol oynayır. Şəhər “Yaxın Şərq və Şimali Afrikanın 50 ən yaxşı restoranı” kimi nüfuzlu reytinqlərdə tez-tez yer alan restoranları ilə ümumdünya kulinariya mərkəzi kimi tanınır. 2022-ci ildən başlayaraq Dubayın artıq öz “Mişlen Bələdçisi” var. Nəşrin üçüncü buraxılışı iyul ayında işıq üzü görmüşdür. Bu yay mövsümündə şəhər hər il keçirilən ənənəvi Dubai Summer Surprises alış-veriş festivalına ev sahibliyi etmişdir (28 iyun – 1 sentyabr). Tədbir çərçivəsində 100-dən çox mehmanxana 12 yaşdan kiçik uşaqlara pulsuz qalmaq, yemək yemək və attraksionlardan istifadə etmək imkanı verən “Kids Go Free” kampaniyasında iştirak etmişdir. Dubai Shopping Festival (13 dekabr – 19 yanvar) daxil olmaqla, Dubai Summer Surprises və il boyu keçirilən digər tədbir və festivallarla yanaşı şəhərin müxtəlif ticarət mərkəzlərində və digər alış-veriş məkanlarında pərakəndə satış və təklif kampaniyaları təqdim olunur.

2024-cü ilin BƏƏ-də Davamlılıq İli elan olduğunu nəzərə alaraq, Dubay davamlı inkişafa sadiq qalır. Bu məzmunda turizm sektoru və mehmanxana təsərrüfatı müxtəlif proqram və layihələr vasitəsilə mühüm rol oynayır. Diqqətçəkən təşəbbüslərdən biri “Dubai Can” layihəsi çərçivəsində həyata keçirilən “Refill for Life” kampaniyasıdır. 2022-ci ildən icrasına başlanılmış bu layihə nəticəsində 23 milyon ədəddən çox 500 ml-lik plastik qabın istifadəsinə qənaət olunmuşdur. “Dubay Reef” layihəsinin məqsədi isə bölgədə balıq ehtiyatları və dəniz biomüxtəlifliyinin həcmini artırmaqla dünyanın ən böyük dəniz rifi yaratmaqdır.
Elnurə Abuşova












 

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Seçki Məcəlləsinin bu maddəsi pozulur

Növbəti Yazı

Hicran Hüseynovanın çantasının qiyməti dodaq uçuqlatdı

XƏBƏR LENTİ

Gündəm

Türkiyədə “Sakit şəhərlər”in sayı artdı – Çameli də siyahıya qoşuldu – FOTOLAR

2025/09/18 - 11:23
Gündəm

İstanbulda TEKNOFEST başlayıb

2025/09/18 - 11:18
Gündəm

“Zülfi Hacıyev” kran gəmisinin əsaslı təmiri başa çatıb 

2025/09/17 - 10:33
Gündəm

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18
Gündəm

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13
Gündəm

Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür — ŞİKAYƏT

2025/09/11 - 12:52
Gündəm

“Sağlam Vərdişlər – Gənclər üçün sağlam həyat tərzi çat-bot” layihəsi həyata keçirildi 

2025/09/09 - 22:20
Gündəm

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edi Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/09 - 16:40
Gündəm

Texnologiyanın ürəyi yenidən İstanbulda atacaq- TEKNOFEST-ə qeydiyyat BAŞLADI

2025/09/06 - 18:39
Gündəm

Türkiyənin ən gözəl turizm şəhərləri – FOTOLAR

2025/09/05 - 13:46
Gündəm

Gecə muzeylərindən sualtı macəralara : Türkiyənin ən yaxşı “Noctourism” təcrübələri – FOTOLAR

2025/09/04 - 11:16
Gündəm

“Dədə Qorqud” tankeri Xəzərdə yenidən yükdaşımalara cəlb olunub 

2025/09/02 - 11:40
Gündəm

Qallipoli Wreck Fest 2025: Çanaqqalanın sualtı irsi dünya gündəmində

2025/09/01 - 12:45
Gündəm

Bosfor Kuboku 24-cü dəfə İstanbulda keçiriləcək –FOTOLAR

2025/08/29 - 11:34
Gündəm

ADDA-da Azərbaycan və ingilis dilində tədris üçün nəzərdə tutulan plan yerləri tam dolub

2025/08/26 - 17:12
Gündəm

Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”

2025/08/26 - 12:36
Gündəm

Rəqəmsal dünyada Türkiyə imzası – GoTürkiye sosial şəbəkələrdə aparıcı turizm platformasına çevrilib – FOTOLAR

2025/08/20 - 11:37
Gündəm

Türkiyənin cənnəti Tekirdağ –  FOTOLAR

2025/08/14 - 10:43
Gündəm

Sabiha Gökçen Hava Limanında keçid sürətləndirilib

2025/08/14 - 9:55
Gündəm

Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir – FOTOLAR

2025/08/12 - 16:36

SEÇMƏ

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18

Türkiyə coğrafiyası və təbiət quruluşu baxımından dünyanın ən unikal turizm bölgələrindən biri hesab olunur. İqlim şərtlərinin müxtəlifliyi, dəniz, dağ və...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13

Platforma.az - Son illərdə Avropada yay tətilini uzatmaq meyli güclənir. Avropa Turizm Komissiyasının (ETC) “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi” hesabatının 22-ci...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edi Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/09 - 16:40

Avropada yay tətilini uzatmaq meyli son illər getdikcə güclənir. Avropa Turizm Komissiyasının (ETC) dərc etdiyi “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi”...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.