25:11 - 8:44
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Azərbaycan Dillər Universitetinin keçdiyi inkişaf yolu - 75

19.06.2023 - 19:22
A A
Zəngin tarixi keçmişə malik olan Azərbaycan Dillər Universiteti tədris, elm, humanitar və beynəlxalq sahələrdə qazandığı böyük nailiyyətlərilə respublikanın təhsil sistemində özünəməxsus yer tutmuş, respublikanın ali məktəbləri arasında aparıcı təhsil ocaqlarından birinə çevrilmişdir. Bünövrəsi 75 il bundan əvvəl qoyulmuş universitetin keçdiyi inkişaf yolu kollektivin hər bir üzvü üçün əsl qürur mənbəidir. Keçən əsrin otuzuncu illərinə qədər bir nəfər də azərbaycanlı xarici dil mütəxəssisi olmayan respublikada hazırda məhz bu universitetin yetişdirməsi olan minlərlə ali təhsilli müəllim, tərcüməçi fəaliyyət göstərir.Onun məzunları müstəqil Azərbaycanın daha da inkişaf etməsi, dünya ölkələri arasında nüfuzunun artması, dövlətçiliyinin möhkəmləndirilməsi naminə xalq təssərrüfatının müxtəlif sahələrində uğurla çalışır, əllərindən gələn köməyi əsirgəmirlər.

 

Respublikanın təhsil sistemində aparılan islahatlara çevik reaksiya verən ADU dövlət ali məktəbləri arasında ilk dəfə bütünlüklə kredit sistemli təhsilə keçmiş və hal hazırda bu iş böyük uğurla davam etdirilir. Dünyanın aparıcı ali məktəbləri ilə sıx əlaqə yaradılmışdır və hazırda qarşılıqlı əməkdaşlıq yolu ilə həmin təhsil ocaqlarının qabaqcıl iş təcrübəsi elm və tədris prosesində uğurla tətbiq olunur.Universitet bu illər ərzində öz dəsti-xətti ilə seçilən, roman-german dilləri, habelə Qərb xalqları ədəbiyyatının nəzəri və təcrübi problemlərinin fundamental tədqiqi sahəsində misilsiz xidmətləri olmuş görkəmli alimlər yetişdirmişdir. Respublikamızda ingilis, alman və fransız dillərinin müxtəlif aspektləri üzrə nəşr olunmuş dərslik, dərs vəsaiti, proqram, metodiki işləmə və ikidilli, üçdilli, eləcə də çoxsaylı izahlı lüğətlər universitetimizin alimləri tərəfindən hazırlanmışdır.

Ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci ildə “ Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” imzaladığı fərman respublikada ali təhsil müəssisələrinin işinin yenidən qurulması sahəsində mühüm rol oynadı. Fərman əslində respublikada təhsilə yeni konseptual yanaşma nəzərdə tuturdu və bütün ali təhsil müəsissələrinin, o cümlədən ali məktəblərin həyatında yeni mərhələnin başlanğıcını qoydu. Həmin fərmanla Azərbaycan Dövlət Dillər İnstitutunun bazasında Azərbaycan Dillər Universiteti yaradıldı. Zəngin ənənələri olan Xarici Dillər İnstitutunun bazasında universitet yaradılması əslində bu ali məktəbin həyatında yeni mərhələnin, Avropa təhsil məkanına inteqrasiyasının başlanğıcı idi.

Son illər tərcümə prosesinə, didaktikaya, Azərbaycan ədəbiyyatına, xarici ölkə ədəbiyyatına dilçiliyə həsr olunmuş konfransların əhəmiyyəti nəinki Respublikamızdakı ali məktəblərin alimləri üçün, eləcə də konfransları müştərək keçirdiyimiz xarici ölkələrdən gəlmiş həmkarlarımız üçün də çox faydalı olmuşdur.

Universitetimiz tədrisin Avropa təhsil məkanına inteqrasiyası istiqamətində daim axtarışlar aparır, cəsarətli eksperimentlər qoyur, aparılan islahatların səmərəliliyini artırmaq məqsədilə qəti addımlar atır.

Universitetdə ali təhsil səviyyəsinin ikinci pilləsi olan magistratura ixtisaslaşma prosesində önəmli yer tutur. Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi-tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. “Bu gün elm sahəsində çalışanların əksəriyyəti, gənc nəslin nümayəndələridir. 30-32 yaşında olan bir şəxs demək olar ki, elmə çox ciddi maraq göstərir. Hesab edirəm ki, universitetimizdə gənclərin elmə maraq göstərməsi üçün stimullasdırıcı tədbirlər kifayət qədərdir. Tələbələrin magistr təhsili almaları üçün uğurlu addımlar atılıb: Universitetdə magistatura dərslərinin axşam saatlarında təşkil olunması əmək fəaliyyəti ilə məşgul olmaq istəyənlərə dəstəkdir. Magistratura proqramları, tələbələrə akademik məhsulları artırmaq, tədqiqat yetərliklərini inkişaf etdirmək və peşəkar sahələrdə müvəffəqiyyət qazanmaq üçün geniş perspektivlər açır. Universitetdə magistraturanı bitirən tələbələr əmək bazarında peşəkar perspektivlərə malik olurlar.

ADU gənclərə dəstək verən bir universitetdir. Gənclər, təhsil, təcrübə və sosial imkanlarla peşəkar inkişaf və sosial əlaqələr qurma imkanına malik olurlar. Qısa tarixi dövr ərzində universitetimiz çox az təhsil müəssisəsinə müyəssər olan nailiyyətlər qazanmışdır.Təsadüfü deyildir ki, indi buraya dünyanın bir çox ölkələrindən təhsil almağa gələnlərin sayı ilbəil artır.

Universitetimizdə müasir tələblər səviyyəsində həyata keçirilən layihələr və tədbirlər hörmətli rektor, akademik Kamal Abdullanın göstərdiyi qayğı nəticəsində tələbə qəbulunun sayı ildən-ilə artır, məzunların ümumi dünyagörünüşü zənginləşir, bilik səviyyəsi yüksəlir. Hazırda onların çoxu respublikanın dövlət strukturlarında, səfirliklərdə,müxtəlif şirkət və assosiyalarda, idarə və təşkilatlarda uğurla fəaliyyət göstərir. Çalışırıq ki, xidməti vəzifəmizi layiqincə yerinə yetirək, təhsilimizin qorunması və nümayiş etdirilməsində səy və bacarığımızı əsirgəməyək. Ümummilli liderimiz Heydər Əliyevin söylədiyi kimi: “Hər bir gənc əsaslı təhsil almalıdır. Hər bir gənc müasir həyatın tələblərini mənimsəməlidir. Hər bir gənc müasir həyatda iqtisadiyyat, siyasət sahələrində, sosial sahədə bütün yenilikləri, dünyada gedən prosesləri bilməlidir.“

Dosent Firuzə Ədalət qızı Rzayeva,

Azərbaycan Dillər Universitetinin Magistratura şöbəsinin müdiri

 

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Neft kəmərində sızma baş verib – Video

Növbəti Yazı

Rus döyüşçü: Mən Həbib kimi olmaq istəmirəm

XƏBƏR LENTİ

Gündəm

Abşeron Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb

2025/10/26 - 19:54
Gündəm

Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunmuş “Şövkət” filmi təqdim edilib

2025/10/23 - 12:44
Gündəm

Gəncədə TİKA-nın dəstəyi ilə 5-ci Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransı keçirilib

2025/10/21 - 11:14
Gündəm

Bu payız Şanlıurfada dünyanın ən qədim Neolit irsini kəşf edin – FOTOLAR

2025/10/18 - 12:57
Gündəm

Dünya idmançıları yenidən Kapadokyada toplanır -FOTOLAR

2025/10/15 - 12:41
Gündəm

Tikintisi davam edən sayca üçüncü RoPax tipli gəmi-bərədə yeniliklər tətbiq olunacaq 

2025/10/10 - 12:16
Gündəm

Türkiyənin kruiz turizmi son 12 ilin zirvəsinə çatdı, 18 limanda 1,5 milyon sərnişin qəbul edildi – FOTOLAR

2025/10/09 - 13:53
Gündəm

Dünyanın məşhur idmançıları Türkiyənin Qara dəniz bölgəsinə toplaşdı

2025/10/07 - 23:18
Gündəm

Yusif Eyvazovun Üzeyir Hacıbəylinin “Koroğlu” operasındakı əsrarəngiz ifası milli opera üçün yeni dövrün başlanğıcıdır

2025/10/06 - 16:51
Gündəm

Kapadokyanın Ortahisar kəndi 2025-ci ildə dünyanın ən gözəl kəndləri siyahısına daxil edildi – FOTOLAR

2025/10/03 - 11:03
Gündəm

TİKA Azərbaycanda həkim və tibb işçiləri üçün “Böyrək daşı müalicəsi” mövzusunda təlim proqramı təşkil etdi

2025/09/26 - 0:24
Gündəm

Türkiyənin payız möcüzələri: Bu əraziləri mütləq ziyarət edin -FOTOLAR

2025/09/22 - 13:45
Gündəm

Türkiyədə “Sakit şəhərlər”in sayı artdı – Çameli də siyahıya qoşuldu – FOTOLAR

2025/09/18 - 11:23
Gündəm

İstanbulda TEKNOFEST başlayıb

2025/09/18 - 11:18
Gündəm

“Zülfi Hacıyev” kran gəmisinin əsaslı təmiri başa çatıb 

2025/09/17 - 10:33
Gündəm

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18
Gündəm

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13
Gündəm

Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür — ŞİKAYƏT

2025/09/11 - 12:52
Gündəm

“Sağlam Vərdişlər – Gənclər üçün sağlam həyat tərzi çat-bot” layihəsi həyata keçirildi 

2025/09/09 - 22:20
Gündəm

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edi Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/09 - 16:40

SEÇMƏ

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18

Türkiyə coğrafiyası və təbiət quruluşu baxımından dünyanın ən unikal turizm bölgələrindən biri hesab olunur. İqlim şərtlərinin müxtəlifliyi, dəniz, dağ və...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13

Platforma.az - Son illərdə Avropada yay tətilini uzatmaq meyli güclənir. Avropa Turizm Komissiyasının (ETC) “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi” hesabatının 22-ci...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edi Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/09 - 16:40

Avropada yay tətilini uzatmaq meyli son illər getdikcə güclənir. Avropa Turizm Komissiyasının (ETC) dərc etdiyi “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi”...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.