25:10 - 11:52
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

“Azərbaycan Dəmir Yolları” QSC-nin qanunsuz əldə edilmiş mənfəəti AŞKARLANDI

12.07.2024 - 1:19
A A
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinhisar qanunvericiliyinin pozulması barədə qərar qəbul edib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC qanunsuz əldə edilmiş mənfəəti dövlət büdcəsinə qaytarmalıdır.
“Alliance Logistics” MMC və “Caspian Rail” MMC “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən dəmir yolu nəqliyyatı sahəsində fəaliyyət göstərən ekspeditor şirkətlərinə qarşı haqsız rəqabətə və ayrı seçkiliyə yol verilməsi, habelə əməkdaşlıqdan əsassız olaraq imtina edilməsi ilə əlaqədar olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət ediblər.
Konteyner daşımaları bazarında özəl şirkətlərlə yanaşı “Azərbaycan Dəmir Yolları” QSC özünün törəmə şirkətləri olan “ADY Ekspress” MMC və “ADY Konteyner” MMC fəaliyyət göstərir və “Azərbaycan Dəmir Yolları” QSC bu törəmə şirkətlərə tətbiq olunan güzəştli və xüsusi tarifləri digər özəl ekspeditorlara tətbiq etməkdən imtina edir.
“Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1.4-cü bəndin əsasən magistral və yerli dəmiryol xətlərinin, yol qurğu və tikililərinin istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmiryol stansiyaları və sərnişin vağzallarının xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahələrinə aid edilir.
Buna görə də, “Azərbaycan Dəmir Yolları” magistral və yerli dəmiryol xətlərinin, yol qurğu və tikililərinin istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmiryol stansiyaları və sərnişin vağzallarının xidmətləri üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.07.2013-cü il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”na daxil edilib.
“Azərbaycan Dəmir Yolları” QSC təbii inhisar subyekti olaraq təbii inhisar fəaliyyətinə aid olan xidmətlərdən istifadə etmək istəyən bütün subyektlərə bərabər şərait yaratmalı və bazarda bütün iştirakçılara bərabər təminatlar verməlidir. Ancaq “Azərbaycan Dəmir Yolları” QSC-nin əsas öhdəliyi magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərin istismarı ilə əlaqədar özəl sahibkarlıq subyektlərinin bu obyektlərdən istifadə etməsinə rahat şərait yaratmaq, habelə beynəlxalq daşımaların artırılmasına ehtiyac olduğu zamanda fəaliyyəti beynəlxalq daşımalarla bağlı olan sahibkarlıq subyektlərinə mümkün ola biləcək hər bir dəstək verməkdən ibarət olduğu halda, “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən özəl sahibkarlıq subyektlərinin fəaliyyətinə müxtəlif maneələr yaradır, “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən “ADY Konteyner” MMC-yə güzəştli və xüsusi tariflər tətbiq edir. Nəticədə, “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisələrinin bazar payı və dövriyyəsi artır.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində bəzi qərarlar qəbul edilib.
Qərara əsasən, “Azərbaycan Dəmir Yolları” QSC sahə inhisarçılığına yol verilərək təsərrüfat subyektlərinin müstəqilliyi əsassız olaraq məhdudlaşdırıldığına və bununla da “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə qanun pozuntusu ilə əldə edilmiş küllü miqdarda gəliri “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən qanunsuz əldə edilmiş mənfəət kimi dövlət büdcəsinə ödəməlidir.
Bu yeganə qanunsuz əldə edilmiş mənfəət deyil. Eləcə də “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən sahə inhisarçılığına yol verilərək rəqabəti məhdudlaşdırmaq, yaxud aradan qaldırmaq məqsədilə tabeliyində olan təsərrüfat subyektlərinə dempinqin tətbiqi üçün şərait yaradıldığına və bununla da “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 11-ci bəndinin tələbləri pozulduğuna görə qanun pozuntusu ilə əldə edilmiş küllü miqdarda gəlir “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən qanunsuz əldə edilmiş mənfəət kimi dövlət büdcəsinə ödənilməsi də nəzərdə tutulub.
“Azərbaycan Dəmir Yolları” QSC-yə işə baxılmasının nəticələri üzrə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü və 11-ci bəndlərinin pozulması hallarının aradan qaldırılması, subyektiv əsaslara söykənən səbəblərə görə imtinaların verilməsi hallarının dayandırılması, imtina edilməsi zamanı səbəblərin açıq-aydın göstərilməsi, güzəştlərin subyektlərə deyil, daşınan yüklərə şamil edilməsi, güzəştlər tətbiq olunan zaman ekspeditorlar arasında rəqabət prinsipləri qorunmaq şərti ilə bütün təsərrüfat subyektlərinə şamil edilməsi, ekspeditorlar arasında bərabər, şəffaf, ədalətli və rəqabətə əsaslanan münasibətlərin təmin edilməsi, habelə ekspeditor fəaliyyəti göstərən şirkətlər arasında ayrı-seçkiliyə yol verilməməsi və bütün sadalananlar sayəsində qanunsuz əldə edilmiş mənfəətin dövlət büdcəsinə ödənilməsi diqqətə çatdırılıb.
ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

BDU QS reytinq təşkilatı tərəfindən “Performansın yüksəlməsi mükafatı” ilə təltif olundu 

Növbəti Yazı

Tünzalə Ağayeva “İnklüziv ayı” layihəsinin bağlanış mərasimində – VİDEO 

XƏBƏR LENTİ

Gündəm

Abşeron Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb

2025/10/26 - 19:54
Gündəm

Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunmuş “Şövkət” filmi təqdim edilib

2025/10/23 - 12:44
Gündəm

Gəncədə TİKA-nın dəstəyi ilə 5-ci Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransı keçirilib

2025/10/21 - 11:14
Gündəm

Bu payız Şanlıurfada dünyanın ən qədim Neolit irsini kəşf edin – FOTOLAR

2025/10/18 - 12:57
Gündəm

Dünya idmançıları yenidən Kapadokyada toplanır -FOTOLAR

2025/10/15 - 12:41
Gündəm

Tikintisi davam edən sayca üçüncü RoPax tipli gəmi-bərədə yeniliklər tətbiq olunacaq 

2025/10/10 - 12:16
Gündəm

Türkiyənin kruiz turizmi son 12 ilin zirvəsinə çatdı, 18 limanda 1,5 milyon sərnişin qəbul edildi – FOTOLAR

2025/10/09 - 13:53
Gündəm

Dünyanın məşhur idmançıları Türkiyənin Qara dəniz bölgəsinə toplaşdı

2025/10/07 - 23:18
Gündəm

Yusif Eyvazovun Üzeyir Hacıbəylinin “Koroğlu” operasındakı əsrarəngiz ifası milli opera üçün yeni dövrün başlanğıcıdır

2025/10/06 - 16:51
Gündəm

Kapadokyanın Ortahisar kəndi 2025-ci ildə dünyanın ən gözəl kəndləri siyahısına daxil edildi – FOTOLAR

2025/10/03 - 11:03
Gündəm

TİKA Azərbaycanda həkim və tibb işçiləri üçün “Böyrək daşı müalicəsi” mövzusunda təlim proqramı təşkil etdi

2025/09/26 - 0:24
Gündəm

Türkiyənin payız möcüzələri: Bu əraziləri mütləq ziyarət edin -FOTOLAR

2025/09/22 - 13:45
Gündəm

Türkiyədə “Sakit şəhərlər”in sayı artdı – Çameli də siyahıya qoşuldu – FOTOLAR

2025/09/18 - 11:23
Gündəm

İstanbulda TEKNOFEST başlayıb

2025/09/18 - 11:18
Gündəm

“Zülfi Hacıyev” kran gəmisinin əsaslı təmiri başa çatıb 

2025/09/17 - 10:33
Gündəm

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18
Gündəm

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13
Gündəm

Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür — ŞİKAYƏT

2025/09/11 - 12:52
Gündəm

“Sağlam Vərdişlər – Gənclər üçün sağlam həyat tərzi çat-bot” layihəsi həyata keçirildi 

2025/09/09 - 22:20
Gündəm

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edi Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/09 - 16:40

SEÇMƏ

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18

Türkiyə coğrafiyası və təbiət quruluşu baxımından dünyanın ən unikal turizm bölgələrindən biri hesab olunur. İqlim şərtlərinin müxtəlifliyi, dəniz, dağ və...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13

Platforma.az - Son illərdə Avropada yay tətilini uzatmaq meyli güclənir. Avropa Turizm Komissiyasının (ETC) “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi” hesabatının 22-ci...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edi Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/09 - 16:40

Avropada yay tətilini uzatmaq meyli son illər getdikcə güclənir. Avropa Turizm Komissiyasının (ETC) dərc etdiyi “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi”...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.