Sərgi çərçivəsində “Azərbaycanda investisiya imkanları” mövzusunda seminar keçirilib.

Sərgi çərçivəsində keçirilən “Azərbaycanda investisiya imkanları” mövzusunda seminarda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayevin iştirakçılara videomüraciəti ünvanlanıb. Tədbirdə həmçinin Agentliyin icraçı direktorunun müavini Tural Hacılı çıxış edərək Azərbaycanın biznes mühiti, ölkəmizin ticarət və investisiya imkanları, ixracatçılara göstərilən dəstək mexanizmləri haqqında məlumat verib.
Seminara sual-cavab sessiyası ilə yekun vurulub.