Qondarma Qarabağ vilayətinin Ombudsmanı Geqam Stepanyan bəyanatında bildirib ki, Azərbaycanın simasında beynəlxalq ictimaiyyət həyasızcasına beynəlxalq hüquqa məhəl qoymayan və nüfuzdan salan cinayətkar rejimlə qarşılaşır və onu inandırmağın yeganə yolu məhdudlaşdırıcı və cəza tədbirləri tətbiq etməkdir.
Azərbaycanın beynəlxalq aləmdə uğurunu həzm edə bilmıyən qarşı tərəf qərəzli şəkildə bildirib ki, Azərbaycan tərəfi humanitar və texniki məsələlərin müzakirəsini dialoq kimi təqdim etməklə beynəlxalq ictimaiyyəti çaşdırır, bəzi beynəlxalq məmurlar Azərbaycanın yalançı sülhsevər manipulyasiyalarına uyaraq nikbinlik nümayiş etdirirlər.