Kubanın aparıcı mətbu orqanları “Prensa Latina”, “Granma”, “Trabajadores” qəzetlərində, eləcə də “Cubavision Internacional” və “Canal Caribe” televiziya kanallarında 7 fevral tarixində Azərbaycanda keçirilən növbədənkənar prezidenti seçkiləri geniş işıqlandırılıb.
Məqalələrdə Azərbaycan tarixində ilk dəfə seçkilərin ölkənin bütün ərazisində keçirildiyi, Azərbaycan mədəniyyətinin beşiyi, Şuşa şəhərinin seçki günü tarixi anlar yaşadığı, şəhər sakinlərinin uzun müddətdən sonra ilk dəfə olaraq öz şəhərlərində səs verdiyi bildirilib. Həmçinin, yazılarda müharibə yaralarının sağalması və dağıntıların bərpasının müəyyən vaxt almasına baxmayaraq, Şuşa, Fizuli, Xankəndi, Laçın və Qarabağın digər şəhərlərinin sakinləri seçkilərdə fəal iştirakları ilə dünyaya demokratiya nümunəsi nümayiş etdirdiyi vurğulanıb.
Məlumatlarda habelə, seçkiləri işıqlandırmaq məqsədilə Latın Amerikası regionundan Argentina, Braziliya, Çili, Kolumbiya, Kuba, Meksika və Uruqvaydan olan jurnalistlərlə yanaşı, ümumilikdə 120 xarici media mənsubunun akkreditasiya olunduğu bildirilib.
Dərc olunmuş məqalələrlə aşağıdakı keçidlərdə tanış olmaq olar:
– https://youtu.be/lyxZpGSJrV4?si=KjyQQcz5XlAd1ddn
– https://www.granma.cu/mundo/2024-01-28/azerbaiyan-de-cara-a-elecciones-historicas-28-01-2024-22-01-25
– https://www.trabajadores.cu/20240207/azeries-celebran-elecciones-adelantadas/?amp=1
– https://www.prensa-latina.cu/2024/02/07/karabaj-vota-por-su-futuro
– https://www.prensa-latina.cu/2024/02/08/amplia-victoria-de-actual-mandatario-azerbaiyano-en-comicios
– https://www.prensa-latina.cu/2024/02/08/presidente-de-cuba-felicita-a-su-par-de-azerbaiyan-por-reeleccion
– https://www.prensa-latina.cu/2024/02/09/confirman-victoria-de-aliyev-en-presidenciales-azerbaiyanas
– https://www.prensa-latina.cu/2024/02/07/califica-azerbaiyan-de-historicas-las-actuales-elecciones
– https://www.prensa-latina.cu/2024/02/06/todo-listo-para-los-comicios-presidenciales-en-azerbaiyan
– https://www.prensa-latina.cu/2024/02/05/crecen-expectativas-por-comicios-presidenciales-en-azerbaiyan