25:05 - 12:21
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

ATV təkcə Baxşəliyevlərdən ibarətdir?

03.04.2024 - 3:38
A A

Azər Qismət yazır:

“Bir müddət əvvəl Prezident Administrasiyası bəzi telekanalların rəhbərləri ilə görüş keçirdi. Görüş zamanı tamaşaçıların əksər hissəsinin narazılığına səbəb olan verilişlər barədə xəbərdarlıq edildi. Xəbərdarlıqdan sonra bəzi kanalların rəhbərləri irad və tövsiyyələrdən nəticə çıxarıb verilişlərin yayım saatında dəyişiklik edib azaltdılar. Əlbəttə, bu xəbər sevinclə qarşılandı.
Lakin bu tövsiyyəyə təkcə ATV kanalı əməl etmədi. Etdi, lakin dolayı yolla. Əvvəlcə Zaur Baxşəliyev dedi ki, “rəhbərlikdən xahiş etmişəm ki, efir vaxtımı azaltsın, ailəmlə çoxlu vaxt keçirmək istəyirəm”. Halbuki, belə xahiş etməmişdi. Ümumi tövsiyyə bundan ibarət idi ki, efir saatı azaldılsın. Bir azdan məlum oldu ki, Zaur Baxşəliyev efir saatını yenidən bərpa edib. Kəsilən hissəni həyat yoldaşına həvalə etdi, bununla da efir saatı yenidən bərpa olundu. Bununla da ümumi tövsiyyəyə təkcə ATV kanalı əməl etmədi.
Artıq bir həftədən çoxdur ki, sosial şəbəkələrdə Zaur Baxşəliyevin belə etməsi ilə bağlı statuslar paylaşılır ki, televiziya kanalları yenə öz bildiyini etdi. Yəni, heç bir tövsiyyə, yaxud qərar eyinlərinə də gəlmədi. Təbii ki, Baxşəliyev ailəsi bunu kanal rəhbərliyinin icazəsi olmadan edə bilməzdi. Deməli, ümumi irad həm də ATV rəhbərliyinə yönəldilməlidir ki, hansı əsasla heç bir tövsiyyə və qərara baxılmadan qərar qəbul olunur. Halbuki Prezident Administrasiyası nörmal şəkildə toplantı keçirib iradlarını bildirmişdi. Bunu tamaşaçıların şikayət məktublarına görə əsaslandırmışdı. O şikayət məktublarını yazanlar arasında ziyalıdan tutmuş sadə vətəndaşa qədər var. Rəsmi məktublardan əlavə xalqın nümayəndələri sosial şəbəkələrdə də bu barədə narazılığını ifadə edir. Administrasiyanın radikal qərarı onda olardı ki, adıçəkilən verilişlər tamamilə bağlansın. Lakin demokratik ab-havanı qorumaq məqdəsilə sadəcə irad bildirdi və efir saatı azaldıldı. Belə humanist qərarın üzərindən yenidən efir saatını həyat yoldaşına verməklə bərpa etmək, heç bir məntiqə sığmır.
Əksər kanal rəhbərləri söyləyir ki, tamaşaçıların zövqünə uyğun verilişlər hazırlayırıq. Tamaşaçının da ağlı başında olan kəsimi bu verilişlərin nümayişini istəmir. Çünki nəticənin mənəviyyata nezə zərbə vurduğunu gözəl anlayır. Dərin düşüncəli adamlar nə Zaur Baxşəliyevə, nə digərlərinə paxıllıq edir. Başqa kanallara çevirər, heç onlara baxmaz ki, nə gözləri görsün, nə könülləri bulansın. Axı dözə bilmir ki, mənsub olduğu xalq efirdə bu şəkildə işıqlandırılır: əlaçan dilənçilik qismində, ailə xəyanətkarlığı, məişət özbaşınalığı timsalında.
Böyük Britanlıyanın baş naziri Marqaret Tetçer hökumətin hesabatı zamanı nazirlərə çıxış üçün 5 dəqiqə vaxt ayırardı. Bunu belə əsaslandırardı ki, 5 dəqiqə ərzində bütün deyiləcəkləri yerləşdirmək mümkündür. Zaur Baxşəliyev verilişindəki məsələləri qərarda bildirilən vaxta da yerləşdirə bilər. Yəni, ara söhbətləri, lətifələr, mərsiyə mahnılarının uzadılması olmasa, yerləşdirmək olar. Kiçik plan hazırlanır ki, hansı məsələyə, hansı şikayətə neçə dəqiqə vaxt ayrılacaq, o üzrə də hərəkət edilir. Belə planlaşdırmanı televiziya işçiləri gözəl bilir. Əgər yenə də belə davam etsə, deməli alt qatda başqa məsələlər var. Doğrudanmı, ATV kanalı Baxşəliyevlər ailəsindən ibarətdir? Əgər reklam müqaviləsinə görə belə edirlərsə, sifarişlçilərlə danışıb bunu başqa verilişlərə də yönləndirmək olar. Yaxud, həkim və ekspertlərdən efir vaxtına görə alınan pula görədirsə, azaldılmış verilişdə məbləğlər başqa cür tənzimlənər. Hər şeyi nizama salmaq mümkündür, yetər ki, verilən qərara hörmətlə yanaşılsın. Lakin hələ ki qərara hörmət bəslənilmir. Söhbət təkcə dövlət qurumunun verdiyi qərarın dolayı yolla pozulmasından getmir. Həm də cəmiyyət arasında dövlət qurumuna etimadsızlıq faktorunun formalaşdırılmasından gedir. Bu, çox təhlükəli tendensiyadır”.

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Tərtərdə mina hadisəsi baş verib

Növbəti Yazı

Gürcüstan ABŞ-dan gürcü hakimlərə qarşı sanksiyaları ləğv etməyi xahiş edib 

XƏBƏR LENTİ

Gündəm

Antalyanın möcüzəli təbiəti və mədəniyyət xəzinələri – FOTOLAR

2025/05/06 - 16:02
Gündəm

Əlilliyi olan şəxslərə dəstək, dövlət qayğısı və həllini gözləyən məsələlər

2025/05/05 - 12:03
Gündəm

Qumar oyunlarının qurbanları artır – Cəmiyyət niyə susur? 

2025/05/05 - 11:59
Gündəm

Qlobal Cənub və Qlobal Şimal arasında bərabərlik və etimadın təməli qoyulur

2025/04/28 - 16:14
Gündəm

Turizmin beşiyi olan tarixi kəndlər

2025/04/28 - 16:11
Gündəm

Prezident Velosiped Turunun 60-cı buraxılışı keçiriləcək – FOTOLAR

2025/04/24 - 16:35
Gündəm

Deputat Ülvi Quliyevin oğlundan Prezidentə şikayət – Nə baş verib?

2025/04/22 - 12:25
Gündəm

Analar gününü İzmirin Urla bölgəsində qeyd edin – Fotolar 

2025/04/22 - 11:18
Gündəm

Mersin–Tartus Ro-Ro xətti yenidən istifadəyə verilib 

2025/04/22 - 10:57
Gündəm

Nazirlik plastik cərrahiyyə apara biləcək həkimlərin siyahısını yaydı

2025/04/17 - 12:00
Gündəm

ASCO-nun “Xocalı” gəmisi ilk dəfə Hind okeanına daxil olub

2025/04/17 - 11:10
Gündəm

Ağdamın Sarıcalı kəndinin bərpası dövlət büdcəsinə 35 milyona başa gəlib

2025/04/17 - 8:52
Gündəm

Ayasofya Məscidinin günbəzində əhatəli bərpa işləri başlanılıb – FOTOLAR

2025/04/16 - 13:08
Gündəm

“Suraxanı” tanker-muzeyi Beynəlxalq Dəniz Muzeyləri Konqresinə üzv seçilib 

2025/04/14 - 11:15
Gündəm

Türkiyənin hər guşəsi, hər bölgəsi canlı tarix, möcüzə və əsrarəngiz gözəllik mənbəyidir

2025/04/12 - 14:22
Gündəm

Xırdalanda məktəb direktoru tərəfindən zorakılığa məruz qalan şagirdin valideyni ölümlə təhdid edilib 

2025/04/10 - 11:35
Gündəm

Natəvan Bayramova vəzifədən getdi

2025/04/10 - 11:08
Gündəm

Türkiyənin daha bir təcrübəsi Azərbaycanda

2025/04/10 - 8:19
Gündəm

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 600-ü keçib – YENİLƏNİB

2025/04/09 - 19:22
Gündəm

Antalya mavi bayraqlı çimərliklərlə liderliyini qoruyur

2025/04/09 - 16:13

SEÇMƏ

Turizmin beşiyi olan tarixi kəndlər

2025/04/28 - 16:11

Hər il Türkiyəyə səfər edən turistlərin sayı durmadan artır. Son iki ilin statistikasına görə Türkiyəyə səfər edən turistlərin 30-40 faiz...

Daha çox oxu

Prezident Velosiped Turunun 60-cı buraxılışı keçiriləcək – FOTOLAR

2025/04/24 - 16:35

Türkiyənin ən mötəbər idman tədbirlərindən biri olan Prezident Velosiped Turu (TUR 2025) bu il 60-cı dəfə təşkil olunacaq. “Cebheinfo.az" xəbər verir...

Daha çox oxu

Bizans, Roma və Osmanlı sivilizasiyalarını özündə yaşadan qədim Göynük – FOTOLAR

2025/01/15 - 16:41

Türkiyənin hər daşı bir tarixdir. Öz qədimliyi və mədəniyyət ənənələri ilə dünyaya səs salan Türkiyədə öz memarlıq abidələrinin zənginliyi ilə...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.