25:05 - 8:03
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Astarada “Ürək-damar xəstəliklərinin müalicəsində beynəlxalq təcrübənin tətbiqi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

29.09.2024 - 12:12
A A

28 sentyabr tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin, Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı və Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun dəstəyi ilə “Ümumdünya Ürək Günü”nə həsr edilmiş Astara Sağlamlıq Günləri çərçivəsində “Ümumdünya Ürək Günü”nə həsr edilmiş “Ürək-damar xəstəliklərinin müalicəsində beynəlxalq təcrübənin tətbiqi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
İlk öncə tədbirin nümayəndə heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyublar və sonra Heydər Əliyev muzeyi ilə tanış olublar.
“Ürək-damar xəstəliklərinin müalicəsində beynəlxalq təcrübənin tətbiqi” mövzusunda beynəlxalq elmi konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., Əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov,
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor, t.e.d., Gülnaz Dadaşova qonaqları salamlayaraq, konfransın gedişatına uğurlar arzu ediblər. Onlar bildiriblər ki, Astara Sağlamlıq Günləri çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün həyata keçirilmiş tibbi sosial aksiya və təşkil olunan elmi tədbir ən son nailiyyətləri bölüşməyə imkan yaradacaq.
Daha sonra Astara Sağlamlıq Günü çərçivəsində təşkil olunan tədbirlərə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin, Mərkəzi Gömrük Hospitalının, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun, TƏBİB-in rəhbərliklərinə və həkimlərinə minnətdarlıq bildirilib.
Çıxışçılar qeyd edib ki, hazırda bütün dünyada ürək-damar xəstəlikləri səbəbindən ölüm halları birinci yerdədir və buna görə də, dövlətlər tərəfindən sosial qayğıların artması, insanların əmək qabiliyyətini itirməsinin qarşısının alınması hər bir ölkə üçün vacib məsələdir. Buna görə də, bu məsələdə istər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, istər TƏBİB, istərsə də digər qurumlar kimi, dövlət və özəl tibb müəssisələrinin üzərinə böyük məsuliyyət düşür. Konfransın açılış hissəsində TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov və Florence Healthcare Qrupunun icraçı direktoru Sinan Nazif Aran çıxış ediblər.
Üç sessiyadan ibarət olan elmi konfransın birinci sessiyasında C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor, t.e.d Dr. Gülnaz Dadaşova “ESC 2024 London: mühüm nəticələr və qərarlar”, İstanbul Hipokrat Laboratoriyalarının icraçı direktoru Oktay Öztürk “Kardiopimopatiyanın diaqnostikasında əhəmiyyətli parametrlər”, Mərkəzi Gömrük Hospitalının həkim-kardioloqu Dr.Günay Hətəmova “Ürək çatmazlığı xəstələrində möhtəşəm dördlü: nə, kimə və nə zaman başlamaq lazımdır?”, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d., əməkdar həkim Dr.Rəşad Mahmudov “İşemik kardiomiopatiyanın menecmenti” mövzusunda təqdimatlarla çıxış ediblər.
Elmi konfrans cənub regionunun – Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan və Əlibayramlı rayonlarının tibb işçiləri üçün nəzərdə tutulub. Konfransda Azərbaycanın, Türkiyənin və Almaniyanın yüksəkixtisaslı mütəxəssisləri iştirak ediblər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları” əsasında akkreditasiya olunaraq 7 DTT balı ilə qiymətləndirilib.





ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub 

Növbəti Yazı

Uşaqlar seksual aclığa qurban gedir… 

XƏBƏR LENTİ

Gündəm

Antalyanın möcüzəli təbiəti və mədəniyyət xəzinələri – FOTOLAR

2025/05/06 - 16:02
Gündəm

Əlilliyi olan şəxslərə dəstək, dövlət qayğısı və həllini gözləyən məsələlər

2025/05/05 - 12:03
Gündəm

Qumar oyunlarının qurbanları artır – Cəmiyyət niyə susur? 

2025/05/05 - 11:59
Gündəm

Qlobal Cənub və Qlobal Şimal arasında bərabərlik və etimadın təməli qoyulur

2025/04/28 - 16:14
Gündəm

Turizmin beşiyi olan tarixi kəndlər

2025/04/28 - 16:11
Gündəm

Prezident Velosiped Turunun 60-cı buraxılışı keçiriləcək – FOTOLAR

2025/04/24 - 16:35
Gündəm

Deputat Ülvi Quliyevin oğlundan Prezidentə şikayət – Nə baş verib?

2025/04/22 - 12:25
Gündəm

Analar gününü İzmirin Urla bölgəsində qeyd edin – Fotolar 

2025/04/22 - 11:18
Gündəm

Mersin–Tartus Ro-Ro xətti yenidən istifadəyə verilib 

2025/04/22 - 10:57
Gündəm

Nazirlik plastik cərrahiyyə apara biləcək həkimlərin siyahısını yaydı

2025/04/17 - 12:00
Gündəm

ASCO-nun “Xocalı” gəmisi ilk dəfə Hind okeanına daxil olub

2025/04/17 - 11:10
Gündəm

Ağdamın Sarıcalı kəndinin bərpası dövlət büdcəsinə 35 milyona başa gəlib

2025/04/17 - 8:52
Gündəm

Ayasofya Məscidinin günbəzində əhatəli bərpa işləri başlanılıb – FOTOLAR

2025/04/16 - 13:08
Gündəm

“Suraxanı” tanker-muzeyi Beynəlxalq Dəniz Muzeyləri Konqresinə üzv seçilib 

2025/04/14 - 11:15
Gündəm

Türkiyənin hər guşəsi, hər bölgəsi canlı tarix, möcüzə və əsrarəngiz gözəllik mənbəyidir

2025/04/12 - 14:22
Gündəm

Xırdalanda məktəb direktoru tərəfindən zorakılığa məruz qalan şagirdin valideyni ölümlə təhdid edilib 

2025/04/10 - 11:35
Gündəm

Natəvan Bayramova vəzifədən getdi

2025/04/10 - 11:08
Gündəm

Türkiyənin daha bir təcrübəsi Azərbaycanda

2025/04/10 - 8:19
Gündəm

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 600-ü keçib – YENİLƏNİB

2025/04/09 - 19:22
Gündəm

Antalya mavi bayraqlı çimərliklərlə liderliyini qoruyur

2025/04/09 - 16:13

SEÇMƏ

Turizmin beşiyi olan tarixi kəndlər

2025/04/28 - 16:11

Hər il Türkiyəyə səfər edən turistlərin sayı durmadan artır. Son iki ilin statistikasına görə Türkiyəyə səfər edən turistlərin 30-40 faiz...

Daha çox oxu

Prezident Velosiped Turunun 60-cı buraxılışı keçiriləcək – FOTOLAR

2025/04/24 - 16:35

Türkiyənin ən mötəbər idman tədbirlərindən biri olan Prezident Velosiped Turu (TUR 2025) bu il 60-cı dəfə təşkil olunacaq. “Cebheinfo.az" xəbər verir...

Daha çox oxu

Bizans, Roma və Osmanlı sivilizasiyalarını özündə yaşadan qədim Göynük – FOTOLAR

2025/01/15 - 16:41

Türkiyənin hər daşı bir tarixdir. Öz qədimliyi və mədəniyyət ənənələri ilə dünyaya səs salan Türkiyədə öz memarlıq abidələrinin zənginliyi ilə...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.