25:12 - 9:02
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Sosial

“ASCO istiqrazları”na abunə yazılışı uğurla başa çatıb

01.03.2023 - 21:03
A A
Raport.az xəbər verir ki, Milli iqtisadiyyatımızın inkişafında önəmli yerə sahib olan, Azərbaycanın hazırda fəaliyyətdə olan ən qədim şirkətlərindən biri – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dövriyyəyə buraxdığı “ASCO istiqrazları” üzrə abunə yazılışı uğurla başa çatıb.

ASCO tərəfindən emissiya edilən hər birinin nominal dəyəri 1 000 (min) ABŞ dolları, ümumi məbləği isə 100 000 000 (yüz milyon) ABŞ dolları həcmində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlara abunə yazılışı müddəti 28 fevral 2023-cü il tarixində bitib. İlkin bazarda ASCO istiqrazlarını əldə etmək istəyən investorlar istiqrazın Anderrayteri – “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-yə müraciət edərək abunə yazılıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2013-cü ildə ölkədə mövcud olan iki böyük donanmanın birləşdirilməsi yolu ilə yaradılan ASCO fəaliyyətinin ilk günlərindən müəyyən edilmiş qısa, orta və uzunmüddətli perspektivə yönəlmiş hədəflərinə çatmaq üçün korporativ idarəetmə sisteminin tətbiqi, xərclərin optimizasiyası, fəaliyyətində şəffaflığın təmin edilməsi, gəlir mənbəyinin şaxələndirilməsi, donanmasının yenilənməsi və digər sahələrdə genişmiqyaslı işlər həyata keçirib. Yerinə yetirilən işlərin və həyata keçirilən layihələrin müsbət nəticəsi və davamı olaraq, İdarə heyətinin təklifi, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) və ASCO-nun Müşahidə Şurasının müvafiq razılığı ilə ASCO-nun Ümumi Yığıncağı tərəfindən milli gəmiçilik şirkətinin daxili bazarda qiymətli kağızlar buraxması barədə qərar qəbul edilib. Səhmdar cəmiyyəti kimi fəaliyyətə başladığı ilk ildən kommersiya təşkilatı olaraq hər il fəaliyyətini mənfəətlə başa vurması, beynəlxalq auditdən keçərək hesabatların əlçatanlığının və şəffaflığının təmin olunması, ASCO-nun yerli investorlar qarşısında etibarlı emitent kimi qəbul edilməsinə və tarixində ilk dəfə dövriyyəyə buraxdığı istiqrazların uğurlu nəticələnməsinə əvəzsiz töhfə verib. Məhz abunə yazılışının nəticələrinə əsasən, istiqrazlara həm fiziki, həm də hüquqi şəxslər tərəfindən böyük maraq göstərilib. Emitent olaraq ASCO-nun yerli bazarda satışa çıxardığı istiqrazlara investorların tələbi Gəmiçiliyin yerləşdirdiyi təklifdən daha çox olub. Belə ki, 29 dekabr 2022-ci il tarixindən 28 fevral 2023-cü il tarixinə qədər davam edən abunə yazılışı dövründə istiqrazların alınması üzrə 125 sifariş verilib. Hüquqi şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi 89,1 faiz, fiziki şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi isə 10,9 faiz təşkil edib.

Bu istiqrazların abunə yazılmış investorlar arasında yerləşdirilməsi 3 mart 2023-cü il tarixində “Bakı Fond Birjası” QSC-nin ticarət platforması vasitəsi ilə həyata keçiriləcək.

Yerləşdirmə başa çatdıqdan sonra, bu istiqrazlar “Bakı Fond Birjası” QSC-nin “Premium” listinqində təkrar bazarda tədavül ediləcək.

Qeyd edək ki, istiqrazlardan əldə olunan gəlir ASCO-nun Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsinə, eləcə də beynəlxalq hövzələrdə yükdaşımalar üçün yeni tipli daha böyük gəmilərin alınmasına yönəldiləcək. Eyni zamanda, istiqrazlar ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə verməklə yanaşı, vətəndaşlarımız üçün mənfəətli və etibarlı investisiya imkanları da yaratmış olur.

 

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Heydər Əliyev adına Hərbi İnstitutun 105 illiyi qeyd olunub – VİDEO

Növbəti Yazı

Rusiyada 22 mindən çox Toyota Avensis geri çağırılacaq – SƏBƏB 

XƏBƏR LENTİ

Gündəm

ADDA və GIZ rəqəmsal əməkdaşlıq imkanlarını müzakirə edib

2025/12/04 - 13:02
Gündəm

Mənəvi Səyahət: Konyada Şəb-i Arus mərasimləri – FOTOLAR

2025/11/29 - 13:40
Gündəm

Ordubadda ilkin səhiyyə xidməti gücləndirilir 

2025/11/26 - 18:55
Gündəm

Şərur Rayon Mərkəzi Xəstəxanasına yeni tibbi avadanlıqlar təhvil verildi 

2025/11/24 - 21:08
Gündəm

Türkiyənin məşhur zeytun yığımına qoşulun – bu mövsümi təcrübəni qaçırmayın! – FOTOLAR

2025/11/24 - 12:11
Gündəm

Türkiyədə Magistr Təhsilinin üstünlükləri…

2025/11/20 - 14:29
Gündəm

Türkiyənin qədim marşrutlar və təbiət möcüzələri ilə dolu gizli dünyasını kəşf edin

2025/11/19 - 19:20
Gündəm

“Xocalı” gəmisi Avstraliyadan ABŞ-yə doğru səfərə çıxıb 

2025/11/14 - 11:42
Gündəm

“Suraxanı” gəmi-muzeyi “ICOM 2025” Beynəlxalq Konfransında təmsil olunur 

2025/11/13 - 13:00
Gündəm

ASCO gəmiləri ilə maye və quru yük daşımalarında 17 faiz artım qeydə alınıb 

2025/11/13 - 12:53
Gündəm

Azərbaycan və Türkiyədən olan şəhid övladları “Türk övladı” marşını səsləndiriblər – VİDEO

2025/11/07 - 15:24
Gündəm

ASCO-da “SAP Ariba” sistemi uğurla tətbiq olunub

2025/11/05 - 11:37
Gündəm

Türkiyənin turizm gəlirləri 50 milyard dollara çatdı – Fotolar 

2025/11/05 - 11:34
Gündəm

Abşeron Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb

2025/10/26 - 19:54
Gündəm

Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunmuş “Şövkət” filmi təqdim edilib

2025/10/23 - 12:44
Gündəm

Gəncədə TİKA-nın dəstəyi ilə 5-ci Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransı keçirilib

2025/10/21 - 11:14
Gündəm

Bu payız Şanlıurfada dünyanın ən qədim Neolit irsini kəşf edin – FOTOLAR

2025/10/18 - 12:57
Gündəm

Dünya idmançıları yenidən Kapadokyada toplanır -FOTOLAR

2025/10/15 - 12:41
Gündəm

Tikintisi davam edən sayca üçüncü RoPax tipli gəmi-bərədə yeniliklər tətbiq olunacaq 

2025/10/10 - 12:16
Gündəm

Türkiyənin kruiz turizmi son 12 ilin zirvəsinə çatdı, 18 limanda 1,5 milyon sərnişin qəbul edildi – FOTOLAR

2025/10/09 - 13:53

SEÇMƏ

Türkiyənin qədim marşrutlar və təbiət möcüzələri ilə dolu gizli dünyasını kəşf edin

2025/11/19 - 19:20

Tarixi zənginliyi, təbiət gözəllikləri və qonaqlara fərqli səyahət təcrübələri təqdim edən çoxsaylı istiqamətləri ilə Türkiyə, nüfuzlu səyahət siyahılarında yerini möhkəmləndirməyə...

Daha çox oxu

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18

Türkiyə coğrafiyası və təbiət quruluşu baxımından dünyanın ən unikal turizm bölgələrindən biri hesab olunur. İqlim şərtlərinin müxtəlifliyi, dəniz, dağ və...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13

Platforma.az - Son illərdə Avropada yay tətilini uzatmaq meyli güclənir. Avropa Turizm Komissiyasının (ETC) “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi” hesabatının 22-ci...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.