25:07 - 11:46
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Apatiya – zəmanəmizin bədbəxt ailələr modeli 

11.02.2024 - 21:15
A A

Apatiya filminin qala gecəsinə qatıldım. Sözün düzü, adından təxmin etmişdim ki, əhvalımı fərah tuta bilməyəcəm. Məlumat üçün bildirim ki, Apatiya ehtirassızlıq, ruhi soyuqqanlıq, hisslərin zəkanın fəaliyyətinə maneə olmadığı vəziyyət kimi başa düşülür.

Film Bakının əyri nərdivanları ilə qalxıb-düşülən köhnə evlərdən birnin birotaqlı təmirsiz, loru dildə desək, itin itliyi ilə başını içəri salmaq istəmədiyi otaqda baş verir. Elə ilk dəqiqələrdən monotonluq, rəngsizlik adamı sıxır. Təmirsiz otaq həm də çox pinti ailənin məskənidir. Bura bakılı ata, rayonlu pəzvəng, baxımsız arvadı, (qadın, xanım yazmağa əlim gəımir- müəl) dünyanın bütün gözəlliklərindən məhrum, günahı təkcə bu miskin ailədə doğulmaq olan oğul övladı ilə yanaşı, azyaşlı qızını Rusiyada yaxşı güzaranı olan yaşlı həmkəndlisinə nişanlayan, nişanlı qızın toyu üçün pul qazanmağa gələn fəhlə qardaşı da sığınıb.
Evin kişisi bütün günü siqaret çəkir, son dərəcə şüşəsi qalın eynəkdən güclə görən gözü ilə bütün günü televiziyada Elgizə, Xoşqədəmə baxır. Onların səsi filmboyu tamaşaçının başına düşür, səbrləri daha da daraldır, izləməni yarıda qoyub çıxmağa məcbur edir. Çoxu tərk etdi filmi yarıdan, amma səbrimi basıb oturdum.., yazı yazmaq üçün oturdum…
Qadının əlindən deyinmək, ərini aşağılamaqdan başqa nəsə gəlmirdi, görünən. Gecələr hamısının bir otağa sığınması, yorğun gələn qardaşın xorultusu əsəbləri daha da tarıma çəkir. Ər də, arvad da bir evdə yaşasalar da, bir-birinə yaxın gəlmir, gecənin bir aləmi cinsi təlabatlarını tualetdə mastrubasiya ilə ödəyir. Ardını yazmıram, istəsəz gedib baxarsız filmə.
Doğrudanmı belə şəraitdə yaşayan ailələr var? Kişi işləyə bilmirsə, pis-yaxşı dədəsindən ev qalıb. Qadın gedib işləsə olmazmı? Ən azından fikri dağılar, ortaya normal süfrə salar, evi biraz abra salar. Hələ qardaş… Doğrudanmı ailəli, heç yerdə işləməyən, özü ələ baxan bacının 1 otaqlı evinə özünü pərçim edən qardaşlar varmı? Yeri gəlmişkən, qardaşın unitazda gücənməsi, qarnın getməsinin səsi və görüntüsü nə rəng qatdı filmə? Səbri daralan tamaşaçının ürəyini bulandırmaq nəyə lazım idi?..
Hər kəs evdə söyüşlə, təhqirlə danışır. Belə ailələr varmı? Varsa, dağılması məsləhətdi, ən azından nəsil artırmazlar…
Xoşqədəmlərin, elgizlərin efirləri zəbt etməsi ailələri daha bərbad hala salır. Filmdə qatil də yetişdirdi onların efirləri zəbt etməsinin nəticəsi…
Hə, yadıma düşmüşkən onu da deyim ki, filmdə xüsusi vurğulandı ki, Xoşqədəmə halal olsun, hüquq mühafizə orqanlarının baş vurmadığı künc bucağa da baş vurur, itəni tapır, qatili tapır, yaxşı da hörmət olunur ona. Bu sətraltı kəlmələrdən polislərimiz də, prokurorlarımız da öz payını götürməli, bəlkə də acizliklərini etiraf etməli…
Rejissor da, ssenari müəllifi də əslində miskin bir otaqda çox mesajlar ötürdü cəmiyyətə. Çox ağır film idi. Nəticəsinin olub-olmayacağını zaman göstərəcək bizə. Amma filmdən gəlir əldə olmayacaq, onu bilmək çətin deyil. Baxan kiməsə məsləhət bilməyəcək gedin siz də baxın… Məncə filmi qazanc üçün yox, həyacan təbili çalmaq üçün, lazımi yerlərə lazımi mesajlar ötürməsi üçün ərsəyə gətiriblər.
Ruhdan düşməsinlər, daha samballı, yaradıcı filmlərini gözləyirik.
Elnurə Abuşova

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Baydendə demensiya əlamətləri var – Professor 

Növbəti Yazı

MSK prezident seçkilərinin nəticələrini Konstitusiya Məhkəməsinə təqdim edib 

XƏBƏR LENTİ

Gündəm

ADDA-nın yaradılmasından 29 il ötür 

2025/07/15 - 11:51
Gündəm

2025-ci ilin ilk 6 ayında gəmilərlə daşıma göstəriciləri açıqlanıb 

2025/07/14 - 15:00
Gündəm

Türkiyənin turizm mərkəzi : “Akdeniz’in İncisi” -FOTOLAR

2025/07/09 - 10:44
Gündəm

Türkiyə Antalyada tarixi sualtı kəşfini açıqladı

2025/07/07 - 11:44
Gündəm

Bir il əvvəl istismara verilən “Zəngilan” tankeri ilə indiyədək 266 min tondan çox yük daşınıb 

2025/07/02 - 11:21
Gündəm

ASCO-da maraqların toqquşmasının qarşısının alınmasına dair təlim keçirilib 

2025/07/01 - 14:45
Gündəm

DİN “Sputnik-Azərbaycan”da əməliyyat keçirir 

2025/06/30 - 13:12
Gündəm

Əfsanəvi çex və yapon avtomobillərindən ibarət karvan “Azərbaycan” gəmi-bərəsi ilə Qazaxıstana çatdırılıb 

2025/06/30 - 13:10
Gündəm

“Rəsul Rza” gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb 

2025/06/24 - 16:01
Gündəm

Tarixlə təbiətin qovuşduğu anadolu incisi Bitlis

2025/06/24 - 12:58
Gündəm

“Gənc Turizm Liderləri–2” adlı düşərgə təşkil olunub 

2025/06/23 - 16:39
Gündəm

“Bibiheybət” Gəmi Təmiri Zavodunda quraşdırılmış günəş panelləri vasitəsilə 66 min kilovat-saatdan çox enerji hasil edilib 

2025/06/21 - 10:19
Gündəm

ASCO-da iqlimlə bağlı korporativ idarəetmə layihəsi üzrə yekun görüş keçirilib 

2025/06/19 - 17:37
Gündəm

Türkiyənin sahil şəhərlərini  yaxta turları ilə kəşf edin- FOTOLAR

2025/06/18 - 12:10
Gündəm

“İrandan Türkiyəyə miqrasiya dalğası başladı” iddiası həqiqəti əks etdirmir – Rəsmi

2025/06/15 - 13:36
Gündəm

Məşhur brendlərin ölkəni tərk etməsi ilə bağlı yayılan xəbərlər təkzib olundu – Elnur Kələntərovdan açıqlama 

2025/06/14 - 12:09
Gündəm

Peşəkarlar “həvəsləndirildi”, dost-tanış mükafatlandırıldı – Jurnalistlər “Veysəloğlu”na etiraz etdi

2025/06/14 - 11:24
Gündəm

Növbəti Ro-Pax tipli gəmi-bərənin tikintisi plana uyğun davam edir – FOTO+VİDEO

2025/06/14 - 11:21
Gündəm

“Neptun” qurğusunun yedəklənmə əməliyyatı uğurla başa çatıb

2025/06/10 - 13:39
Gündəm

Azərbaycanda “İnsan Hüquqları Aylığı”: Uşaq Hüquqları -Diqqət Mərkəzində 

2025/06/06 - 13:43

SEÇMƏ

Antalyadan Sivasadək: Türkiyədə hələ kəşf edilməmiş təbii möcüzələr – FOTOLAR

2025/05/20 - 11:48

Türkiyəni ilk dəfə ziyarət edən turistlər buranı yer üzündəki cənnət adlandırır. Bu da səbəbsiz deyil. Türkiyənin dörd bir yanı əsl...

Daha çox oxu

Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq – FOTOLAR

2025/05/12 - 11:15

Türkiyənin zəngin kulinariya irsini qeyd edən ənənəvi Türk Mətbəxi Həftəsi artıq dördüncü dəfədir ki, keçiriləcək. Bu dəfə ənənəvi tədbir  mayın...

Daha çox oxu

Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi

2025/05/12 - 10:16

Türkiyənin 2025-ci ilin birinci rübü üzrə turizm gəlirləri açıqlanıb. Türkiyəyə bu ilin ilk üç ayında 8.844 milyon turist qəbul edib ...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.