25:10 - 3:41
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Antalyanın möcüzəli təbiəti və mədəniyyət xəzinələri – FOTOLAR

06.05.2025 - 16:02
A A

Türkiyə Rivierasında yerləşən gözəl Antalya şəhəri ilboyu istirahət üçün ən yaxşı istiqamətlərdən biri hesab olunur.

Platforma.az  xəbər verir ki, mülayim iqlimi, möhtəşəm sahil xətti, qədim abidələri və dünya səviyyəli kurortları ilə tanınan bu şəhər öz gözəlliyi ilə turistləri valeh edir.

Lakin Antalyanın daha az tanınan, turizm izdihamından uzaq, sanki cənnəti xatırladan məkanları da var ki, hətta ən təcrübəli turistləri  belə heyrətləndirə və valeh edə bilər.

Bu gizli incilər sizə təbiəti, mədəniyyəti və tarixi fərqli və orijinal bir şəkildə yaşamaq imkanı verir, Antalyanın tamam başqa bir üzünü tanımağa şərait yaradır.

Antalyanın ən gözəl məkanlarını sizə təqdim edirik:

Ormana kəndi – Milli memarlığın parlaq nümunəsi

Antalyanın incilərindən biri olan Ormana kəndi, Toros dağlarının ətəklərində yerləşən qədim bir “Yörük” (köçəri) məskənidir. UN Turizm Təşkilatının “2024-cü ilin Dünyanın Ən Yaxşı Turizm Kəndləri” siyahısına daxil edilən bu kiçik kənd, yaşılın hər çalarına, mavi səmalara və nostalji ab-havaya sahib bir cənnət guşəsidir.

Ormana, Türkiyənin orijinal kənd həyatına nadir bir baxış imkanı təqdim edir.

Kənd, yalnız daş və sərv ağacından – heç bir bağlayıcı məhlul istifadə edilmədən – inşa edilən “düymə evləri” ilə tanınır.

Osmanlı dövrünə aid olan bu evlər milli memarlığın möhtəşəm nümunələri sayılır və bölgənin əsrlərlə formalaşmış sənətkarlığını, təbiətlə vəhdətdə davam edən davamlı həyat tərzini əks etdirir.

Ormana həm də məhsuldar torpaqları və ənənəvi üsullarla becərilən üzüm bağları ilə məşhurdur. Burada yetişdirilən yerli üzüm sortları özünəməxsus ləzzəti ilə seçilir.

Hər il sentyabr ayında isə təxminən 60 ildir davam edən “çavuş” üzüm bayramı keçirilir və bu kəndin zəngin kənd təsərrüfatı irsi təntənə ilə qeyd olunur.

Altınbeşik mağarası: Qeyri-adi geoloji möcüzə

Ürünlü kəndində yerləşən Altınbeşik mağarası, Türkiyənin təbiət inciləri arasında bənzəri olmayan bir möcüzədir, lakin hələ də kütləvi turizmin diqqətindən kənarda qalıb.

Toros dağlarının ətəklərindəki Altınbeşik Milli Parkının tərkibində yer alan bu mağara, Türkiyənin ən böyük yeraltı gölünə ev sahibliyi edir. Mağaranın daxilindəki heyrətamiz sarkıt (Mağara damından asılaraq yaranan mineral ütun) və dikitlər (Mağara yerində yaranan mineral sütun), buz kimi görünən traverten qatları bu məkanı sanki başqa bir aləmdən gəlmiş kimi göstərir.

Turistlər mağaranın içində qayıqla tur edərək bu valehedici təbiət möcüzəsini kəşf edə bilər, şəffaf sular, mineral quruluşlar və təbii işıq oyunlarının yaratdığı sehrli mühiti yaxından hiss edə bilərlər.

Eyni zamanda mağaranın ətrafında gəzinti edərək 605 bitki növünü – o cümlədən nadir endemik növləri – və zəngin heyvanat aləmini əhatə edən Milli Parkın təbii gözəlliklərini də araşdıra bilərlər.

Kimera: Möhtəşəm təbii hadisə

Yanan qayaların yerləşdiyi Kimera — Türkiyənin ən maraqlı və mistik təbiət hadisələrindən biri — Çıralı yaşayış məntəqəsində yerləşir. Dəniz tısbağaları Caretta carettaların yumurta qoyduğu çimərliyi ilə tanınan bu bölgədə, gözoxşayan təbiət mənzərələri ilə əhatələnmiş 30 dəqiqəlik bir dağ yürüşü ilə Kimera sahəsinə asanlıqla çatmaq mümkündür.

Yeraltından çıxan metan qazı atmosferlə təmasda olaraq heç vaxt sönməyən alovlar yaradır.

Bu yanan qayalar Olympos Beydağları Milli Parkının tərkib hissəsidir – Aralıq dənizi gözəlliyinə malik bir bölgədir ki, burada əfsanələr gerçəyə çevrilmiş kimi görünür.

Rəvayətə görə, qanadlı at Pega­susun köməyi ilə qəhrəman Bellerofon od püskürən, üç başlı Kimera canavarını məhz burada məğlub edərək onu daşa çevirmişdir. Bu səbəbdən, Kimera alovlarının həmin əjdahanın odunun izləri olduğuna inanılır və ərazi bu əfsanəvi adla adlandırılır.

Xüsusilə gün batımından sonra Kimera qeyri-real bir mənzərə təqdim etsə də, yaxınlıqdakı qədim Olympos şəhəri də az qala nəfəskəsici təsir bağışlayır. E.ə. III əsrə aid olan bu qədim yaşayış yeri məşhur Olympos çimərliyinin yanında yerləşir və Likiya sivilizasiyasının keçmiş həyatına dair heyranedici izlər saxlayır.

Uçansu Şəlaləsi: Aziz Paul Yolu üzərindəki Gizli Cənnət

Belekdən, Antalyanın məşhur lüks golf məkanı, 60 km məsafədə yerləşən Uçansu Şəlaləsi də gizli bir cənnət olaraq tanınır. Toros Dağlarından gələn su, hər biri 25-30 metr hündürlükdən enərək iki ayrı şəlalə ilə yaşıllıqlara axır.

Bu şəlalələrə çatmaq üçün təxminən bir saatlıq bir dağ yürüşü tələb olunur. Lakin turistlər, zirvəyə çatdıqda möhtəşəm mənzərələrlə qarşılaşırlar. Burada həmçinin Kiçik Kralın Çəni adı ilə tanınan bir təbii hovuz da mövcuddur.

Uçansu Şəlalələri, Türkiyənin ikinci ən uzun yürüyüş yolu olan Aziz Paul Yolunun bir hissəsidir. Erkən Xristianlığın önəmli misyoneri olan Aziz Paulun izləri ilə gedən bu yol, səyahətçilərə qədim xarabalıqları, ənənəvi kəndləri və toxunulmamış təbii mühitləri kəşf etmə imkanı təqdim edir.

 

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Əlilliyi olan şəxslərə dəstək, dövlət qayğısı və həllini gözləyən məsələlər

Növbəti Yazı

Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi

XƏBƏR LENTİ

Gündəm

TİKA Azərbaycanda həkim və tibb işçiləri üçün “Böyrək daşı müalicəsi” mövzusunda təlim proqramı təşkil etdi

2025/09/26 - 0:24
Gündəm

Türkiyənin payız möcüzələri: Bu əraziləri mütləq ziyarət edin -FOTOLAR

2025/09/22 - 13:45
Gündəm

Türkiyədə “Sakit şəhərlər”in sayı artdı – Çameli də siyahıya qoşuldu – FOTOLAR

2025/09/18 - 11:23
Gündəm

İstanbulda TEKNOFEST başlayıb

2025/09/18 - 11:18
Gündəm

“Zülfi Hacıyev” kran gəmisinin əsaslı təmiri başa çatıb 

2025/09/17 - 10:33
Gündəm

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18
Gündəm

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13
Gündəm

Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür — ŞİKAYƏT

2025/09/11 - 12:52
Gündəm

“Sağlam Vərdişlər – Gənclər üçün sağlam həyat tərzi çat-bot” layihəsi həyata keçirildi 

2025/09/09 - 22:20
Gündəm

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edi Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/09 - 16:40
Gündəm

Texnologiyanın ürəyi yenidən İstanbulda atacaq- TEKNOFEST-ə qeydiyyat BAŞLADI

2025/09/06 - 18:39
Gündəm

Türkiyənin ən gözəl turizm şəhərləri – FOTOLAR

2025/09/05 - 13:46
Gündəm

Gecə muzeylərindən sualtı macəralara : Türkiyənin ən yaxşı “Noctourism” təcrübələri – FOTOLAR

2025/09/04 - 11:16
Gündəm

“Dədə Qorqud” tankeri Xəzərdə yenidən yükdaşımalara cəlb olunub 

2025/09/02 - 11:40
Gündəm

Qallipoli Wreck Fest 2025: Çanaqqalanın sualtı irsi dünya gündəmində

2025/09/01 - 12:45
Gündəm

Bosfor Kuboku 24-cü dəfə İstanbulda keçiriləcək –FOTOLAR

2025/08/29 - 11:34
Gündəm

ADDA-da Azərbaycan və ingilis dilində tədris üçün nəzərdə tutulan plan yerləri tam dolub

2025/08/26 - 17:12
Gündəm

Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”

2025/08/26 - 12:36
Gündəm

Rəqəmsal dünyada Türkiyə imzası – GoTürkiye sosial şəbəkələrdə aparıcı turizm platformasına çevrilib – FOTOLAR

2025/08/20 - 11:37
Gündəm

Türkiyənin cənnəti Tekirdağ –  FOTOLAR

2025/08/14 - 10:43

SEÇMƏ

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18

Türkiyə coğrafiyası və təbiət quruluşu baxımından dünyanın ən unikal turizm bölgələrindən biri hesab olunur. İqlim şərtlərinin müxtəlifliyi, dəniz, dağ və...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13

Platforma.az - Son illərdə Avropada yay tətilini uzatmaq meyli güclənir. Avropa Turizm Komissiyasının (ETC) “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi” hesabatının 22-ci...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edi Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/09 - 16:40

Avropada yay tətilini uzatmaq meyli son illər getdikcə güclənir. Avropa Turizm Komissiyasının (ETC) dərc etdiyi “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi”...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.