25:09 - 2:54
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Analar gününü İzmirin Urla bölgəsində qeyd edin – Fotolar 

22.04.2025 - 11:18
A A
Analar Gününü bu il bir az fərqli şəkildə qeyd etmək istərdinizmi? Ananıza klassik hədiyyələr əvəzinə, birlikdə gözəl xatirələr yaradacağınız bir səyahət bəxş edə bilərsiniz. Bunun üçün ideal ünvan İzmirin sahilində yerləşən Urla qəsəbəsidir. Zeytun bağları, üzüm sahələri və meyvə bağları ilə əhatələnmiş bu sakit məkan may ayında həm hava, həm də ab-hava baxımından olduqca əlverişlidir…

Urla gözəlliyi və sakitliyi ilə seçilən, ilin dörd fəslində fərqli rənglərə bürünən bir bölgədir. Amma may ayında daş döşəməli küçələrində gəzmək, tarixi evlərin yanında dayanıb Egey memarlığına tamaşa etmək, butik otellərdə qalmaq və yerli mətbəxin dadına baxmaq xüsusilə xoş olur. Burada doğmalarla birlikdə üzüm bağlarını gəzə, Urlaya xas olan mastik ənginarını dada və təbiətlə iç-içə keyfiyyətli vaxt keçirə bilərsiniz.

Sakit sahil şəhərində rahat bir istirahət
Urla İzmirin mərkəzindən cəmi bir saatlıq məsafədə yerləşən, yüksək həyat keyfiyyəti və rahat yaşayış tərzi ilə tanınan bir qəsəbədir. Zeytun ağaclarının ətirli havası, yerli insanların səmimi münasibəti və dənizə açılan mənzərələri ilə burası həm istirahət, həm də sakitlik axtaranlar üçün uyğundur.

Qəsəbədə yerləşən butik otellər qonaqlarına həm komfort, həm də yerli mühitə uyğun sadəlik təqdim edir. Oteldən çıxdığınızda Malğaca Bazarı kimi yerli məhsullarla zəngin yerləri ziyarət edə, ya da Urla İncəsənət Küçəsində qədim evlərdə fəaliyyət göstərən kafe və dükanlarda vaxt keçirə bilərsiniz.

Urla həm də sahil xətləri ilə diqqət çəkir. 40 kilometrlik sahil boyunca bir sıra çimərliklər mövcuddur. Səhər tezdən mavi bayraqlı çimərliklərdə gəzmək və gün doğumunu izləmək bu səfəri daha da yaddaqalan edəcək. Egey dənizinin ilıq iqlimi imkan verir ki, gündüz saatlarında dənizə girəsiniz və ya sadəcə sahildə istirahət edəsiniz.

İsti iqlimi və bərəkətli torpaqları ilə tanınan Urla, eyni zamanda kulinariya baxımından da zəngin bir bölgədir. Egey mətbəxinin əsasını təşkil edən bu bölgə, zeytun yağı, təzə tərəvəzlər, dəniz məhsulları və yerli şərablarla tanınır. Buradakı ləzzətlər və qastronomik təcrübələr Analar Gününü daha da özəl və yadda qalan edə bilər.

Urla minilliklərdir üzümçülük bölgəsi kimi tanınır. Qəsəbənin mikroiqlimi burada üzüm yetişdirilməsi üçün əlverişlidir və bu da bölgəni qədim dövrlərdən bu yana bir şərab mərkəzinə çevirib. Urla Üzüm Bağları Marşrutu boyunca səyahət edərək, müxtəlif üzüm bağlarını gəzə, butik şərab zavodlarını ziyarət edə və yerli üzümlərdən hazırlanan müxtəlif şərabları dada bilərsiniz. Xüsusilə Bornova Misketi, Sultaniye və Boğazkere kimi yerli üzüm növlərindən hazırlanan şərablar ləzzətlidir. Hətta bir zamanlar unudulmuş Urla Karası, Foça Karası və Gaydura kimi yerli üzüm sortları da burada yenidən yetişdirilir. Bu isə hər qədəh şəraba həm tarix, həm də yerli kimlik qatır.

Şərab istehsalçıları bu gün də unudulmuş üzüm növlərini tapmaq, bərpa etmək və tanıtmaqla məşğuldurlar. Onların bu prosesi necə kəşf etdiklərini öz dillərindən eşitmək həm maraqlı, həm də yaddaqalan bir təcrübəyə çevrilir.

Kənddən süfrəyə – Urlanın müasir mətbəxi
Üzüm bağları marşrutu boyunca təkcə şərab zavodlarına deyil, həm də bölgənin məhsullarını istifadə edən yüksək səviyyəli restoranlara da rast gələcəksiniz. Bu restoranlarda fəaliyyət göstərən gənc aşpazlar Urlanın ənənəvi ləzzətlərinə müasir yanaşma gətirərək yerli məhsulları dadlı və fərqli yeməklərə çevirirlər.

Bu kulinariya bacarığı nəticəsində bəzi restoranlar layiqli şəkildə Michelin ulduzlarına layiq görülüb. Həmçinin Urla restoranlarının arasında Michelin Yaşıl Ulduz və somelye (şərab üzrə mütəxəssis) mükafatlı məkanlar da var. Bu restoranlarda siz və doğmalarınız bölgəyə xas olan mövsümi tərəvəzlər – məsələn, kəklikotu , arapsaçı otu və ən məşhuru mastik ənginarı – ilə hazırlanmış yeməklərin dadına baxa bilərsiniz. Yeməkləri isə keyfiyyətli yerli şərablarla müşayiət etmək bu təcrübəni tamamlayır.

Urla sadəcə bir səfər məkanı deyil – dad, qoxu və tarixin vəhdətində yaşanan əsl zövq məkanıdır. Analar Günündə belə bir təcrübə, ananıza verə biləcəyiniz ən incə və dəyərli hədiyyələrdən biri ola bilər.

 

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Mersin–Tartus Ro-Ro xətti yenidən istifadəyə verilib 

Növbəti Yazı

Deputat Ülvi Quliyevin oğlundan Prezidentə şikayət – Nə baş verib?

XƏBƏR LENTİ

Gündəm

Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür — ŞİKAYƏT

2025/09/11 - 12:52
Gündəm

“Sağlam Vərdişlər – Gənclər üçün sağlam həyat tərzi çat-bot” layihəsi həyata keçirildi 

2025/09/09 - 22:20
Gündəm

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edi Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/09 - 16:40
Gündəm

Texnologiyanın ürəyi yenidən İstanbulda atacaq- TEKNOFEST-ə qeydiyyat BAŞLADI

2025/09/06 - 18:39
Gündəm

Türkiyənin ən gözəl turizm şəhərləri – FOTOLAR

2025/09/05 - 13:46
Gündəm

Gecə muzeylərindən sualtı macəralara : Türkiyənin ən yaxşı “Noctourism” təcrübələri – FOTOLAR

2025/09/04 - 11:16
Gündəm

“Dədə Qorqud” tankeri Xəzərdə yenidən yükdaşımalara cəlb olunub 

2025/09/02 - 11:40
Gündəm

Qallipoli Wreck Fest 2025: Çanaqqalanın sualtı irsi dünya gündəmində

2025/09/01 - 12:45
Gündəm

Bosfor Kuboku 24-cü dəfə İstanbulda keçiriləcək –FOTOLAR

2025/08/29 - 11:34
Gündəm

ADDA-da Azərbaycan və ingilis dilində tədris üçün nəzərdə tutulan plan yerləri tam dolub

2025/08/26 - 17:12
Gündəm

Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”

2025/08/26 - 12:36
Gündəm

Rəqəmsal dünyada Türkiyə imzası – GoTürkiye sosial şəbəkələrdə aparıcı turizm platformasına çevrilib – FOTOLAR

2025/08/20 - 11:37
Gündəm

Türkiyənin cənnəti Tekirdağ –  FOTOLAR

2025/08/14 - 10:43
Gündəm

Sabiha Gökçen Hava Limanında keçid sürətləndirilib

2025/08/14 - 9:55
Gündəm

Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir – FOTOLAR

2025/08/12 - 16:36
Gündəm

Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir

2025/08/11 - 14:50
Gündəm

Zəngəzur dəhlizi Türkiyə-Azərbaycan quru bağlantısında tarixi addım olacaq

2025/08/09 - 20:38
Gündəm

Qara dənizin təbiət və mədəniyyət mərkəzi Giresun FOTO

2025/08/08 - 12:32
Gündəm

Türkiyənin Qara dəniz bölgəsində  3 məşhur turizm marşurutu – FOTOLAR

2025/08/06 - 12:00
Gündəm

TBMM-də tarixi gün: “Terrorsuz Türkiyə” üçün komissiya işə başladı

2025/08/05 - 17:25

SEÇMƏ

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edi Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/09 - 16:40

Avropada yay tətilini uzatmaq meyli son illər getdikcə güclənir. Avropa Turizm Komissiyasının (ETC) dərc etdiyi “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi”...

Daha çox oxu

Türkiyənin cənnəti Tekirdağ –  FOTOLAR

2025/08/14 - 10:43

Turizmin əsas dayaqları sözsüz ki, tarixi-mədəni abidələr və əlverişli təbii resurslardır. Məhz bu səbəbdən qardaş Türkiyədə turizm sürətlə inkişaf edir....

Daha çox oxu

Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir

2025/08/11 - 14:50

Son günlər sosial şəbəkələrdə tez-tez rast gəldiyimiz bir mənzərə var: səhərin ilk işıqları altında Kappadokiyanın “pəri bacaları” üzərində süzülən rəngbərəng...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.