Ali Avrasiya İqtisadi Şurasının iclası bir sıra səbəbə görə əlamətdar hesab edilə bilə
Zənnimcə, bu günlərdə Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclası avrasiya inteqrasiya gündəliyi nöqteyi nəzərdən bir sıra səbəbə görə əlamətdar hesab edilə bilər.
Hazırkı şəraitdə bu Rusiya üçün son dərəcə vacibdir, çünki kollektiv Qərbin onun bölgədəki təsirinin azaldılması istiqamətində etdiyi bütün səylərə baxmayaraq, Rusiyanın statusu dayanıqlı olaraq saxlanılmaqdadır.
Eyni zamanda, bölgə ölkələri arasında əməkdaşlıq onun sakinlərinin layiqli əmək haqqı ilə, əlçatan qiymətlərlə məhsullarla təminatı və bütövlükdə həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi baxımından vacibdir.
Sevindirici haldır ki, mövcud problemlərə və suallara baxmayaraq, bölgə ölkələri inteqrasiya meyllərini qorumaq üçün iradə və qətiyyət nümayiş etdirirlər.
Və əlbəttə, ilk dəfə AAİŞ-nın iclasında qonaq qismində ölkəmizin rəhbərinin iştirak etməsi əlamətdar hadisə olmuşdur ki, bunun özü, zənnimcə, avrasiya iqtisadi inteqrasiyasının aşkar məzmun və yeni perspektivlərlə zənginləşməsi baxımından önəmli səhifənin açılması deməkdir.
Fikrimcə, həmin gün Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin Rusiya paytaxtında keçirdikləri danışıqlar, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması, iki qafqaz ölkəsi arasında sülh sazişinin imzalanacağına dair real perspektivlər, şübhəsiz ki, uzunmüddətli baxımdan bütün bölgənin dayanıqlı inkişafı üçün yeni və kifayət qədər ürəkaçan perspektivlər vəd edir.
Elşad Məmmədov