25:07 - 9:59
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Agentlik rəhbəri: “Ekoloji tələblərə cavab verməyən bütün layihələr geri qaytarılır”

26.07.2024 - 19:29
A A

Dövlət Ekoloji Ekspertiza Agentliyində Bakı şəhəri, Abşeron və Xaçmaz rayonlarının bəzi ərazilərində tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, bu məqsədlə ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi, habelə ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə keçirilib.
Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Sumqayıt-Yalama dəmiryol xəttinin yenidən qurulması layihəsi çərçivəsində Xaçmaz rayonu inzibati ərazisində yerləşən Samur-Yalama Milli Parkı ərazisində layihə altına düşən yaşıllıqların, Yasamal rayonu, K.Kazımzadə küçəsi, 118 ünvanında Gömrük hospitalının həyətində yeraltı dayanacağın tikinti layihəsinin altına düşən ağac və kolların, həmçinin Suraxanı rayonu, Ə.Mehbalıyev küçəsində “Günəşli İnşaat” MTK tərəfindən inşası nəzərdə tutulan yaşayış və qeyri-yaşayış binalarının tikinti layihəsi altına düşən yaşıllıqların götürülməsi məsələləri müzakirə olunub.
Bundan başqa, Abşeron rayonu, Bakı-Sumqayıt magistral avtomobil yolu üzərindəki qurumuş çoxillik ağacların və Bakı-Şamaxı magistral avtomobil yol üzərində quruyan yeni əkilən tinglərin götürülməsi barədə də müzakirələr aparılıb.
Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov ölkəmizdə həyata keçirilən layihələrin ekoloji qiymətləndirilməsinin mövcud qanunvericiliklə tənzimləndiyini diqqətə çatdıraraq deyib ki, ictimai dinləmələr zamanı ekspertizaya daxil olan layihələr açıq şəkildə ictimaiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə dinlənilir və qiymətləndirilir: “Məqsədimiz layihələrin həyata keçirilməsinə rəy verilən zaman hökmən ekoloji tələblərə cavab verilməsinə nail olmaqdır. Layihələr işlənən zaman ətraf mühit məsələləri, xüsusilə yaşıllıqların mühafizəsi, əmələ gələn tullantıların idarə olunması və digər ekoloji tələblər öz əksini tapmalıdır. Layihələr müzakirəyə qoyulur və əgər qanunvericiliyin tələblərinə uyğun olmayan məqamlar olursa, həmin layihələr geri qaytarılır.
Hazırda Bakıda sürətlə böyük əraziləri əhatə edən çoxsaylı layihələr icra olunur. Müxtəlif tərkibli layihələr mövcud olmasına baxmayaraq, bütün layihələrin icrasında əsas məqam mövcud yaşıllıqların landşaft elementi kimi qorunmasıdır. Məlumdur ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə layihə üçün ayrılmış sahənin 40 faizə qədərində, hətta bəzi layihələrdə yeni sahələrdə ayrılmış ərazinin 50 faizində yeni yaşıllıqların salınması təsdiq edilib. Məqsədimiz tələblərin yerinə yetirilməsinə və Bakıda, Abşeron yarımadasında yaşıllıqla əhatə olunan sahələrin artırılmasına nail olmaqdır.
Bugünkü layihələrdən ikisində açıq şəkildə müəyyən standartlar və normaların tələbləri gözlənilmədiyinə şahid olduq. Birinci çatışmazlıq odur ki, layihənin icrasında mövcud olan yaşıllıqlara toxunulmamasına çalışmaq lazımdır. Bu gün layihələrin birində qaranlıq məqam o idi ki, ərazidə boş yer olmasına baxmayaraq, layihənin yaşıllıqların olduğu ərazidə həyata keçirilməsi nəzərdə tutulmuşdu. Lakin ağacların saxlanılması bizim tərəfimizdən əsas tələb kimi ortaya qoyuldu və müvafiq cavab alana qədər onun qiymətləndirilməsini həyata keçirməyəcəyik. Orada bir sahədə yaşıllıqların faizi göstərilsə də, digər ərazidə olan yaşıllıqların faizi, o cümlədən ağaclar haqqında nəzərdə tutulan texniki parametrlər qeyd olunmadığı üçün həmin layihələr geri qaytarıldı”.
M.Qənbərovun sözlərinə görə, son illər ətraf mühitə dəyən ziyana görə cərimələr bir neçə dəfə artırılıb: “Lakin biz bununla kifayətlənmirik. Əgər inzibati qaydada həmin məsələ həll olunmursa, fiziki və hüquqi şəxs tərəfindən törədilən xəta nəticəsində həmin cərimənin məbləği min manatı keçirsə, artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ona baxmaq iqtidarında deyil. Bu, cinayət tərkibi yaratdığından toplanmış məlumatlar Baş Prokurorluğa göndərilir. İndiyə qədər bu məsələ İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənirdisə, artıq burada cinyət tərkibi yaranır. Bu da bizim səlahiyyətlərimizə aid olmadığından mütləq hüquq-mühafizə orqanlarına təqdim edilir”.




 

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Qatarlara minik asanlaşdı: artıq elektron şəxsiyyət vəsiqəsi də keçərlidir

Növbəti Yazı

İndi də “Yarım gilə”mizi oğurladılar… – VİDEO

XƏBƏR LENTİ

Gündəm

ASCO-nun gəmiləri ilə Bakı Gəmiqayırma Zavodunun akvatoriyasında dibdərinləşdirmə işləri aparılıb 

2025/07/29 - 11:25
Gündəm

2025/2026-cı tədris ili üzrə qəbul çərçivəsində nəticələrin ilkin siyahısı müəyyən olunub 

2025/07/29 - 11:23
Gündəm

Zaur Mikayılovun “qohumbaz idarəçiliyi” su sektorunu uçuruma aparır 

2025/07/27 - 8:56
Gündəm

Türkiyənin 22-ci UNESCO İrsi: Sardis və Bintepə – FOTOLAR  

2025/07/25 - 11:39
Gündəm

Bakı metrosunda 35 milyonluq müqavilə kimə qazandıracaq? 

2025/07/24 - 11:48
Gündəm

Azərbaycanın ilk qadın gəmi kapitanı haqqında bədii film çəkilir 

2025/07/24 - 11:27
Gündəm

Deputatın “Çovdar çörəyi” – biznes imperiyasına qısa baxış 

2025/07/23 - 9:21
Gündəm

Likiyanın incisi: Qədim Myra şəhərinin sirləri

2025/07/16 - 13:47
Gündəm

DNA Tədqiqatı Türkiyənin Neolitik Çatalhöyük şəhərində qadın mərkəzli cəmiyyətin olduğunu ortaya aşkarladı – FOTOLAR

2025/07/16 - 8:22
Gündəm

ADDA-nın yaradılmasından 29 il ötür 

2025/07/15 - 11:51
Gündəm

2025-ci ilin ilk 6 ayında gəmilərlə daşıma göstəriciləri açıqlanıb 

2025/07/14 - 15:00
Gündəm

Türkiyənin turizm mərkəzi : “Akdeniz’in İncisi” -FOTOLAR

2025/07/09 - 10:44
Gündəm

Türkiyə Antalyada tarixi sualtı kəşfini açıqladı

2025/07/07 - 11:44
Gündəm

Bir il əvvəl istismara verilən “Zəngilan” tankeri ilə indiyədək 266 min tondan çox yük daşınıb 

2025/07/02 - 11:21
Gündəm

ASCO-da maraqların toqquşmasının qarşısının alınmasına dair təlim keçirilib 

2025/07/01 - 14:45
Gündəm

DİN “Sputnik-Azərbaycan”da əməliyyat keçirir 

2025/06/30 - 13:12
Gündəm

Əfsanəvi çex və yapon avtomobillərindən ibarət karvan “Azərbaycan” gəmi-bərəsi ilə Qazaxıstana çatdırılıb 

2025/06/30 - 13:10
Gündəm

“Rəsul Rza” gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb 

2025/06/24 - 16:01
Gündəm

Tarixlə təbiətin qovuşduğu anadolu incisi Bitlis

2025/06/24 - 12:58
Gündəm

“Gənc Turizm Liderləri–2” adlı düşərgə təşkil olunub 

2025/06/23 - 16:39

SEÇMƏ

Antalyadan Sivasadək: Türkiyədə hələ kəşf edilməmiş təbii möcüzələr – FOTOLAR

2025/05/20 - 11:48

Türkiyəni ilk dəfə ziyarət edən turistlər buranı yer üzündəki cənnət adlandırır. Bu da səbəbsiz deyil. Türkiyənin dörd bir yanı əsl...

Daha çox oxu

Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq – FOTOLAR

2025/05/12 - 11:15

Türkiyənin zəngin kulinariya irsini qeyd edən ənənəvi Türk Mətbəxi Həftəsi artıq dördüncü dəfədir ki, keçiriləcək. Bu dəfə ənənəvi tədbir  mayın...

Daha çox oxu

Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi

2025/05/12 - 10:16

Türkiyənin 2025-ci ilin birinci rübü üzrə turizm gəlirləri açıqlanıb. Türkiyəyə bu ilin ilk üç ayında 8.844 milyon turist qəbul edib ...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.