25:10 - 10:27
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunmuş “Şövkət” filmi təqdim edilib

23.10.2025 - 12:44
A A

AZCON Holding şirkətlərindən olan ASCO-nun təşəbbüsü ilə çəkilmiş, Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Səlimovaya həsr olunmuş “Şövkət” bədii filminin təqdimat mərasimi baş tutub.

Nizami Kino Mərkəzində keçirilən tədbirdə AZCON Holding, o cümlədən ASCO rəhbərliyi və əməkdaşları, ADDA və ADK tələbələri, ictimaiyyət və mədəniyyət nümayəndələri, jurnalistlər, həmçinin filmin yaradıcı heyəti iştirak edib.

Təqdimatda çıxış edən ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev bildirib ki, 167 illik tarixi olan gəmiçiliyin zəngin irsindən qaynaqlanmaqla çəkilmiş filmin 22 oktyabr tarixində təqdimatı xüsusi önəm daşıyır. Məhz 2013-cü ilin bu günündə Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkədə fəaliyyət göstərən iki qədim və böyük donanmanın birləşdirilməsi yolu ilə hazırda ASCO brendi ilə fəaliyyət göstərən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradılıb.

ASCO yarandığı gündən dənizçi peşəsinin nüfuzunun daha da artırılmasının prioritet məsələ olduğunu qeyd edən sədr, “Şövkət” filminin bu məqsədə nail olmaq istiqamətində reallaşdırılan layihələrdən biri olduğunu diqqətə çatdırıb.

Rauf Vəliyev Şövkət Səlimovanın həyat və fəaliyyətinin gənc xanımlar üçün güclü motivasiya mənbəyi olduğunu, ASCO-da həm sahil, həm də üzən heyətdə çalışan, eləcə də ADDA-da təhsil alan xanımların sayının getdikcə artdığını bildirib.

Daha sonra sədr həmin xanımlardan biri olan RoPax tipli “Zərifə Əliyeva” gəmisində matros kimi çalışan ADDA məzunu Nuranə Əkbərovanı səhnəyə çağırıb və bundan sonra kapitan köməkçisi kimi fəaliyyətini davam etdirəcəyi münasibətilə onu təbrik edib.

Tədbirdə xanım kapitana həsr olunmuş və 1979-cu ildə Xalq artisti Flora Kərimovanın ifa etdiyi “Sular qızı” romansından bir parça səsləndirilib. Romansın səsləndirilməsindən sonra Xalq artisti Flora Kərimova Şövkət Səlimova ilə bağlı xatirələrini bölüşüb.

Daha sonra bədii film nümayiş edilib. Təqdimatın ardınca filmin yaradıcı heyəti səhnəyə dəvət olunub və onlara ASCO adından “Təşəkkürnamə” təqdim edilib.

Filmin istehsalında 70-dən çox yerli və xarici mütəxəssis, həmçinin 100-dən artıq aktyor iştirak edib. Şövkət Səlimovanın obrazını gənc aktrisa Nəzrin Abdullayeva canlandırıb. Ekran işində Xalq artisti Qurban İsmayılov, aktyorlar Hikmət Rəhimov, Elsəvər Rəhimov, Nigar Mürsəlova və digər tanınmış simalar da rol alıblar.

Bədii filmin ideya müəllifi ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman Mehdiyev, ssenari müəllifləri isə “Suraxanı” gəmi-muzeyinin direktoru Tural İbrahimov və Asif Rüstəmovdur. Filmin quruluşçu rejissoru Asif Rüstəmov, təsvir rejissoru Rauf Qurbanəliyev, baş prodüseri Tural İbrahimov, icraçı prodüseri isə Səbinə Həsənovadır.

Çəkilişlər zamanı ASCO-nun donanmasına məxsus gəmilər və müxtəlif real məkanlardan geniş istifadə olunub. Həmçinin dövrün ruhunu əks etdirmək məqsədilə unikal rekvizitlər hazırlanıb.









 

 

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Gəncədə TİKA-nın dəstəyi ilə 5-ci Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransı keçirilib

XƏBƏR LENTİ

Gündəm

Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunmuş “Şövkət” filmi təqdim edilib

2025/10/23 - 12:44
Gündəm

Gəncədə TİKA-nın dəstəyi ilə 5-ci Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransı keçirilib

2025/10/21 - 11:14
Gündəm

Bu payız Şanlıurfada dünyanın ən qədim Neolit irsini kəşf edin – FOTOLAR

2025/10/18 - 12:57
Gündəm

Dünya idmançıları yenidən Kapadokyada toplanır -FOTOLAR

2025/10/15 - 12:41
Gündəm

Tikintisi davam edən sayca üçüncü RoPax tipli gəmi-bərədə yeniliklər tətbiq olunacaq 

2025/10/10 - 12:16
Gündəm

Türkiyənin kruiz turizmi son 12 ilin zirvəsinə çatdı, 18 limanda 1,5 milyon sərnişin qəbul edildi – FOTOLAR

2025/10/09 - 13:53
Gündəm

Dünyanın məşhur idmançıları Türkiyənin Qara dəniz bölgəsinə toplaşdı

2025/10/07 - 23:18
Gündəm

Yusif Eyvazovun Üzeyir Hacıbəylinin “Koroğlu” operasındakı əsrarəngiz ifası milli opera üçün yeni dövrün başlanğıcıdır

2025/10/06 - 16:51
Gündəm

Kapadokyanın Ortahisar kəndi 2025-ci ildə dünyanın ən gözəl kəndləri siyahısına daxil edildi – FOTOLAR

2025/10/03 - 11:03
Gündəm

TİKA Azərbaycanda həkim və tibb işçiləri üçün “Böyrək daşı müalicəsi” mövzusunda təlim proqramı təşkil etdi

2025/09/26 - 0:24
Gündəm

Türkiyənin payız möcüzələri: Bu əraziləri mütləq ziyarət edin -FOTOLAR

2025/09/22 - 13:45
Gündəm

Türkiyədə “Sakit şəhərlər”in sayı artdı – Çameli də siyahıya qoşuldu – FOTOLAR

2025/09/18 - 11:23
Gündəm

İstanbulda TEKNOFEST başlayıb

2025/09/18 - 11:18
Gündəm

“Zülfi Hacıyev” kran gəmisinin əsaslı təmiri başa çatıb 

2025/09/17 - 10:33
Gündəm

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18
Gündəm

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13
Gündəm

Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür — ŞİKAYƏT

2025/09/11 - 12:52
Gündəm

“Sağlam Vərdişlər – Gənclər üçün sağlam həyat tərzi çat-bot” layihəsi həyata keçirildi 

2025/09/09 - 22:20
Gündəm

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edi Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/09 - 16:40
Gündəm

Texnologiyanın ürəyi yenidən İstanbulda atacaq- TEKNOFEST-ə qeydiyyat BAŞLADI

2025/09/06 - 18:39

SEÇMƏ

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18

Türkiyə coğrafiyası və təbiət quruluşu baxımından dünyanın ən unikal turizm bölgələrindən biri hesab olunur. İqlim şərtlərinin müxtəlifliyi, dəniz, dağ və...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13

Platforma.az - Son illərdə Avropada yay tətilini uzatmaq meyli güclənir. Avropa Turizm Komissiyasının (ETC) “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi” hesabatının 22-ci...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edi Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/09 - 16:40

Avropada yay tətilini uzatmaq meyli son illər getdikcə güclənir. Avropa Turizm Komissiyasının (ETC) dərc etdiyi “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi”...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.