AZCON Holding şirkətlərindən olan ASCO-nun “Dədə Qorqud” tankeri təmir olunub.
Tankerdə rabitə və elektroradionaviqasiya sahəsinə aid yeni avadanlıqlar quraşdırılıb. Belə ki, 1 dəst “MF/HF” tipli stasionar radiostansiya və siqnal paylayıcısı istifadəyə verilib. Həmçinin girokompas, radar və komanda yayım qurğusunun sıradan çıxmış hissələri yeniləri ilə əvəzlənib.
Təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb və prosesdən sonra tanker yenidən istismara qaytarılıb.
Qeyd edək ki, “Dədə Qorqud” tankerinin uzunluğu 149,9 metr, eni 17,3 metr, yükgötürmə qabiliyyəti isə 13,8 min tondur.