25:10 - 3:37
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir

11.08.2025 - 14:50
A A

Son günlər sosial şəbəkələrdə tez-tez rast gəldiyimiz bir mənzərə var: səhərin ilk işıqları altında Kappadokiyanın “pəri bacaları” üzərində süzülən rəngbərəng hava şarları. Kappadokiya elə bir bölgədir ki, bənzəri yoxdur. Burada möhtəşəm “pəri bacaları”, günəşin doğuluşunu izləməklə müşayiət olunan hava şarı turları, qaya içində oyulmuş otellər və bir vaxtlar ilk xristianların sığındığı yeraltı şəhərlər var. Təkcə 2024-cü ildə bölgənin muzey və tarixi məkanlarını 4 milyon 370 mindən çox turist ziyarət edib. Beləliklə, Kappadokiya, Türkiyənin ən önəmli mədəniyyət mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirib. Bölgənin simvoluna çevrilmiş hava şarı turları isə ötən il 933 min nəfərlə tarixi rekorda imza atıb.

Kappadokiya Avropa, Şimali Amerika və Uzaq Şərqdən gələn turistlərin sevimli ünvanına çevrilib. Amma bu torpaqların cazibəsi yalnız təbiət gözəlliklərində deyil, əsrlərin süzgəcindən keçmiş, türk və Anadolu ənənələrinin, eləcə də yerli məhsulların sintezindən yaranan zəngin mətbəx mədəniyyəti də buranın ən dəyərli xəzinələrindəndir.

Artıq bu bənzərsiz kulinariya irsi Michelin bələdçisi tərəfindən də rəsmi olaraq tanınıb. Bu isə Kappadokiyaya təkcə təbiət və tarix həvəskarlarını deyil, həm də qastronomiya turistlərini cəlb dəcək yeni bir dalğanın başlanğıcı deməkdir.

Kappadokiyada qastronomiya təcrübənizin əsas hissəsini, sözsüz ki, burada sizə təqdim olunacaq dadlı ət yeməkləri təşkil edəcək. İndi isə gəlin sizi bu unudulmaz mətbəx səyahətinə aparaq.

Təsəvvür edin ki, restoranda oturmusunuz, ofisiant alov içində qızmar bir gil qabı masanıza gətirir. Gözlərinizin önündə qabı çıraraq açır və içindən saatlarla yavaş-yavaş bişmiş, ətri hər tərəfi bürüyən yeməyi boşqaba tökür. Bu möcüzə “testi kababı” adlanır. Adını da bişirildiyi gil qabdan alır. Əminik ki, bu kulinariya şousunu sosial şəbəkələrdə görmüsünüz. Amma onu yerində, Kappadokiyada dadmaq tamam başqa bir hisdir, bəlkə də, sırf bu ləzzət üçün bura gəlməyə dəyər.

Testi kababı kimi təndir sobasında yavaş bişirilən digər ət yeməkləri də həm göz, həm də damaq üçün əsl bayramdır. Amma bu, hələ başlanğıcdır. Bölgənin daha bir məşhur dadı Kayseri mantısıdır. Burada mantı o qədər balacadır ki, bir qaşığa 40 ədəd sığır. Üzərinə qatıq, əridilmiş kərə yağı və türk mətbəxinə xas ədviyyatlarla bəzədilərək süfrəyə gəlir. Sizə qalan isə hər kiçik tikənin dadını çıxarmaqdır.

Və bu hələ hamısı deyil, Kappadokiyada dadılacaq daha çox ləzzət var.

Əgər sup həvəskarısınızsa, bölgəyə məxsus Ürgüp tarhanasını dada bilərsiniz. Bu, qatıq, yarma (qırıq buğda) və noxudla hazırlanır. Və ya tandır sobasında bişən ənənəvi tandır supunu sınaya bilərsiniz.

Daha yerli dadlara üz tutmaq istəsəniz, kayısı yahnisi (quru ərik və ət qarışığı, odun sobasında bişirilir), zerdəli plov (üzüm doşabı, badam və kişmişlə hazırlanmış ətirli plov), ət və qoz ilə doldurulmuş heyva dolması, eləcə də ağpakla (ağ lobya və yumşaq ətin gil qabda bişmiş güveci) sizin üçün doğru seçim olacaq.

Şirniyyat sevərlər üçün də Kappadokiya əsl cənnətdir: incir yağlaması (kərə yağında bişmiş əncir), balqabaq şirniyyatı, üzüm qatqılı köftür, üzərinə təmiz bal tökülmüş quru qaymaq və kərə yağı ilə hazırlanmış dolaz (un halvası) bunlardan yalnız bir neçəsidir.

Amma elə bir şirniyyat var ki, təqdimata ehtiyacı yoxdur. Türkiyədəsinizsə, yəqin ki, artıq təxmin etdiniz – paxlava. Kappadokiyada isə bu ləzzət “Damat Baklava” adı ilə, Ürgüp üslubunda hazırlanır.

Əsrlər boyu ilk xristian rahiblərinin hazırladığı ləzzət: Kappadokiya şərabları

Pəri bacalarından tutmuş xüsusi gil qablarda bişən testi kababına qədər… Kappadokiya insanı daim heyrətləndirir. Burada dadacağınız yerli şərablar da sizi valeh edəcək.

Kappadokiyada şərabçılıq ənənəsi əsrlərlə davam edir və tarixi ilk xristian rahiblərinin yaşadığı dövrlərə qədər uzanır. Yeraltı şəhərləri və erkən xristian kilsələrini ziyarət etdikdə bunu daha aydın hiss edəcəksiniz.

Bol günəş, məhsuldar vulkanik torpaq bu bölgədə dadlı üzüm yetişdirmək üçün əvəzsiz şərait yaradır. Burada yetişdirilən yerli üzüm növlərinə Öküzgözü, Kalecik Karası, Boğazkere və Narince daxildir. Ancaq bölgənin ən məşhuru, təmiz və mineral dadlı ağ şərabı ilə tanınan Emir üzümüdür.

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Zəngəzur dəhlizi Türkiyə-Azərbaycan quru bağlantısında tarixi addım olacaq

Növbəti Yazı

Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir – FOTOLAR

XƏBƏR LENTİ

Gündəm

TİKA Azərbaycanda həkim və tibb işçiləri üçün “Böyrək daşı müalicəsi” mövzusunda təlim proqramı təşkil etdi

2025/09/26 - 0:24
Gündəm

Türkiyənin payız möcüzələri: Bu əraziləri mütləq ziyarət edin -FOTOLAR

2025/09/22 - 13:45
Gündəm

Türkiyədə “Sakit şəhərlər”in sayı artdı – Çameli də siyahıya qoşuldu – FOTOLAR

2025/09/18 - 11:23
Gündəm

İstanbulda TEKNOFEST başlayıb

2025/09/18 - 11:18
Gündəm

“Zülfi Hacıyev” kran gəmisinin əsaslı təmiri başa çatıb 

2025/09/17 - 10:33
Gündəm

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18
Gündəm

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13
Gündəm

Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür — ŞİKAYƏT

2025/09/11 - 12:52
Gündəm

“Sağlam Vərdişlər – Gənclər üçün sağlam həyat tərzi çat-bot” layihəsi həyata keçirildi 

2025/09/09 - 22:20
Gündəm

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edi Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/09 - 16:40
Gündəm

Texnologiyanın ürəyi yenidən İstanbulda atacaq- TEKNOFEST-ə qeydiyyat BAŞLADI

2025/09/06 - 18:39
Gündəm

Türkiyənin ən gözəl turizm şəhərləri – FOTOLAR

2025/09/05 - 13:46
Gündəm

Gecə muzeylərindən sualtı macəralara : Türkiyənin ən yaxşı “Noctourism” təcrübələri – FOTOLAR

2025/09/04 - 11:16
Gündəm

“Dədə Qorqud” tankeri Xəzərdə yenidən yükdaşımalara cəlb olunub 

2025/09/02 - 11:40
Gündəm

Qallipoli Wreck Fest 2025: Çanaqqalanın sualtı irsi dünya gündəmində

2025/09/01 - 12:45
Gündəm

Bosfor Kuboku 24-cü dəfə İstanbulda keçiriləcək –FOTOLAR

2025/08/29 - 11:34
Gündəm

ADDA-da Azərbaycan və ingilis dilində tədris üçün nəzərdə tutulan plan yerləri tam dolub

2025/08/26 - 17:12
Gündəm

Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”

2025/08/26 - 12:36
Gündəm

Rəqəmsal dünyada Türkiyə imzası – GoTürkiye sosial şəbəkələrdə aparıcı turizm platformasına çevrilib – FOTOLAR

2025/08/20 - 11:37
Gündəm

Türkiyənin cənnəti Tekirdağ –  FOTOLAR

2025/08/14 - 10:43

SEÇMƏ

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18

Türkiyə coğrafiyası və təbiət quruluşu baxımından dünyanın ən unikal turizm bölgələrindən biri hesab olunur. İqlim şərtlərinin müxtəlifliyi, dəniz, dağ və...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13

Platforma.az - Son illərdə Avropada yay tətilini uzatmaq meyli güclənir. Avropa Turizm Komissiyasının (ETC) “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi” hesabatının 22-ci...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edi Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/09 - 16:40

Avropada yay tətilini uzatmaq meyli son illər getdikcə güclənir. Avropa Turizm Komissiyasının (ETC) dərc etdiyi “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi”...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.