25:11 - 2:52
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

TBMM-də tarixi gün: “Terrorsuz Türkiyə” üçün komissiya işə başladı

05.08.2025 - 17:25
A A

Türkiyə Böyük Millət Məclisində (TBMM) “Terrorsuz Türkiyə” hədəfi ilə yaradılan yeni komissiya bu gün ilk iclasını keçirib. İclasda çıxış edən TBMM sədri Numan Kurtulmuş, Türkiyənin yarım əsrdən çoxdur davam edən terrorla mübarizəsində yeni bir mərhələnin başlandığını bildirib.

Kurtulmuş çıxışında deyib: “Millətlərin tarixində elə anlar var ki, təkcə bu günü deyil, sabahları da müəyyənləşdirir. Bu gün o günlərdən biridir.”

“Silahların susması bir bazarlıq deyil, millətin iradəsidir”

Komissiyanın əsas missiyasının Türkiyənin terror bəlasından tamamilə xilas olması və cəmiyyətdə barış və birliyin möhkəmləndirilməsi olduğunu deyən TBMM sədri qeyd edib ki, silahların susması və terror təşkilatının özünü buraxması heç bir şəxsin, qurumun və ya siyasi strukturun deyil, birbaşa xalqın iradəsinin nəticəsidir.

“Bu proses bir razılaşma, güzəşt və ya pazarlıq deyil, millətimizin sülh və birlik əzminin nəticəsidir”, – deyə Kurtulmuş əlavə edib.

O, vurğulayıb ki, terror Türkiyəyə təkcə can itkisi deyil, həm də böyük iqtisadi və sosial itkilər yaşadıb:
“Əgər illərlə terrorla mübarizə yerinə, dövlət büdcəmizi inkişaf işlərinə ayıra bilsəydik, bu gün daha çox məktəb, universitet və xəstəxanalar inşa edilə bilərdi. Ən ağır bədəli isə canla ödədik. Şəhidlərimiz və qazilərimiz bu prosesin mənəvi memarlarıdır.

Türk-Kürd qardaşlığına diqqət çəkildi

Kurtulmuş çıxışında Türk və Kürd xalqları arasında birlik və qardaşlıq mesajı verib:
“Biz Çanaqqala döyüşündə çiyin-çiyinə savaşanların nəvələriyik. Kaderdaşlıq təkcə döyüş meydanlarında deyil, acıda, umudda və alın təriylə də yaşanır”, – deyə TBMM sədri qeyd edib.

O, çıxışında Səlahəddin Eyyubi, Nurəddin Zəngi, Alp Arslan və Qılınc Arslan kimi tarixi şəxsiyyətləri, həmçinin Ahməd-i Xanə, Məhəmməd Akif Ərsoy və Nazim Hikmətin misralarını xatırladaraq, birlikdə yaşama iradəsinin tarixi və mədəni təmellərinə diqqət çəkib:
“Xalqların qəlbi ədalətlə döyünərsə, orada millət olar. Dil dəyişə bilər, coğrafiya dəyişə bilər, amma ortaq duyğular qalıcıdır.”

Yol xəritəsi: şəffaflıq, açıqlıq, çoğulçuluq

Komissiyanın fəaliyyətində əsas götürüləcək prinsipləri açıqlayan Kurtulmuş bildirib ki, bu proses həm Türkün, həm də Kürdün gələcəyini maraqlandıran beka məsələsidir. O qeyd edib ki, TBMM-də aparılan hər bir iş xalqın gözü qarşısında həyata keçiriləcək.

Kurtulmuş komissiyanın fəaliyyətini üç əsas prinsip üzərində quracağını bəyan edib:

Şəffaflıq – Xalq hər addımı bilməlidir.

Açıqlıq – Gizli gündəmlər barışa xidmət etmir.

Çoğulçuluq – Fərqli fikirlərin və sosial qrupların iştirakı təmin olunacaq.

O əlavə edib ki, ictimaiyyətin məlumatlandırılması yalnız TBMM sədrlik heyəti tərəfindən aparılacaq.

Komissiyanın bütün cəmiyyət kəsimlərini əhatə edəcəyini deyən Kurtulmuş, alimlərin, hüquqşünasların, QHT-lərin və fikir adamlarının prosesə qatqısının önəmli olduğunu vurğulayıb.

O, eyni zamanda xəbərdarlıq edib:
“Kürdün şərəfini tanımayan, Türkün qürurunu heçə sayan dil barışa yox, parçalanmaya səbəb olar.”

“Terrorsuz Türkiyə” – “Terrorsuz region” hədəfi

Kurtulmuş bildirib ki, bu təşəbbüs yalnız Türkiyəyə deyil, bütövlükdə bölgəyə yönəlib:
“Birinci Dünya Müharibəsindən sonra bir-birindən qoparılan və aralarına sərhədlər çəkilən xalqlar yenidən bir-birini eşitməyə layiqdir. Atılan hər addım bölgədə barış və qardaşlığı möhkəmləndirməyə xidmət edir. Terrorsuz Türkiyə, əslində, terrorsuz bir region deməkdir.”

Kurtulmuş əlavə edib ki, komissiya yalnız müzakirə və hesabat hazırlamaqla kifayətlənməyəcək, eyni zamanda silahların təhvil verilməsi prosesini xalq adından izləyəcək, hüquqi dəyişikliklərə dair təkliflər hazırlayacaq və onları TBMM-in iradəsinə təqdim edəcək.

“Bu masa millətin vicdanı ilə qurulub”

Çıxışının sonunda TBMM sədri bu tarixi prosesin mahiyyətini belə ifadə edib:
“Bu masa millətin vicdanı, ağlı və inamı ilə qurulub. Demokratik, çoğulçu və hər kəsin özünü aid hiss etdiyi bir Türkiyəni birlikdə quracağıq. Allah yar və yardımçımız olsun.”

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Türkiyə 2025-ci ilin ilk yarısında turizm göstəricilərində davamlı artım qeydə aldı

Növbəti Yazı

Türkiyənin Qara dəniz bölgəsində  3 məşhur turizm marşurutu – FOTOLAR

XƏBƏR LENTİ

Gündəm

Türkiyənin qədim marşrutlar və təbiət möcüzələri ilə dolu gizli dünyasını kəşf edin

2025/11/19 - 19:20
Gündəm

“Xocalı” gəmisi Avstraliyadan ABŞ-yə doğru səfərə çıxıb 

2025/11/14 - 11:42
Gündəm

“Suraxanı” gəmi-muzeyi “ICOM 2025” Beynəlxalq Konfransında təmsil olunur 

2025/11/13 - 13:00
Gündəm

ASCO gəmiləri ilə maye və quru yük daşımalarında 17 faiz artım qeydə alınıb 

2025/11/13 - 12:53
Gündəm

Azərbaycan və Türkiyədən olan şəhid övladları “Türk övladı” marşını səsləndiriblər – VİDEO

2025/11/07 - 15:24
Gündəm

ASCO-da “SAP Ariba” sistemi uğurla tətbiq olunub

2025/11/05 - 11:37
Gündəm

Türkiyənin turizm gəlirləri 50 milyard dollara çatdı – Fotolar 

2025/11/05 - 11:34
Gündəm

Abşeron Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb

2025/10/26 - 19:54
Gündəm

Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunmuş “Şövkət” filmi təqdim edilib

2025/10/23 - 12:44
Gündəm

Gəncədə TİKA-nın dəstəyi ilə 5-ci Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransı keçirilib

2025/10/21 - 11:14
Gündəm

Bu payız Şanlıurfada dünyanın ən qədim Neolit irsini kəşf edin – FOTOLAR

2025/10/18 - 12:57
Gündəm

Dünya idmançıları yenidən Kapadokyada toplanır -FOTOLAR

2025/10/15 - 12:41
Gündəm

Tikintisi davam edən sayca üçüncü RoPax tipli gəmi-bərədə yeniliklər tətbiq olunacaq 

2025/10/10 - 12:16
Gündəm

Türkiyənin kruiz turizmi son 12 ilin zirvəsinə çatdı, 18 limanda 1,5 milyon sərnişin qəbul edildi – FOTOLAR

2025/10/09 - 13:53
Gündəm

Dünyanın məşhur idmançıları Türkiyənin Qara dəniz bölgəsinə toplaşdı

2025/10/07 - 23:18
Gündəm

Yusif Eyvazovun Üzeyir Hacıbəylinin “Koroğlu” operasındakı əsrarəngiz ifası milli opera üçün yeni dövrün başlanğıcıdır

2025/10/06 - 16:51
Gündəm

Kapadokyanın Ortahisar kəndi 2025-ci ildə dünyanın ən gözəl kəndləri siyahısına daxil edildi – FOTOLAR

2025/10/03 - 11:03
Gündəm

TİKA Azərbaycanda həkim və tibb işçiləri üçün “Böyrək daşı müalicəsi” mövzusunda təlim proqramı təşkil etdi

2025/09/26 - 0:24
Gündəm

Türkiyənin payız möcüzələri: Bu əraziləri mütləq ziyarət edin -FOTOLAR

2025/09/22 - 13:45
Gündəm

Türkiyədə “Sakit şəhərlər”in sayı artdı – Çameli də siyahıya qoşuldu – FOTOLAR

2025/09/18 - 11:23

SEÇMƏ

Türkiyənin qədim marşrutlar və təbiət möcüzələri ilə dolu gizli dünyasını kəşf edin

2025/11/19 - 19:20

Tarixi zənginliyi, təbiət gözəllikləri və qonaqlara fərqli səyahət təcrübələri təqdim edən çoxsaylı istiqamətləri ilə Türkiyə, nüfuzlu səyahət siyahılarında yerini möhkəmləndirməyə...

Daha çox oxu

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18

Türkiyə coğrafiyası və təbiət quruluşu baxımından dünyanın ən unikal turizm bölgələrindən biri hesab olunur. İqlim şərtlərinin müxtəlifliyi, dəniz, dağ və...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13

Platforma.az - Son illərdə Avropada yay tətilini uzatmaq meyli güclənir. Avropa Turizm Komissiyasının (ETC) “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi” hesabatının 22-ci...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.