ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus “Ağdam” gəmi-bərəsinin tərsanə təmiri yekunlaşıb. Təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.
Bundan başqa, “Ağdam” gəmi-bərəsində müasir VHF partlayışadavamlı əl radiostansiyaları və sürətölçmə avadanlığı (LAQ) quraşdırılıb, gəminin qara qutusunda və Komanda Yayım Qurğusunda təmir-bərpa işləri aparılıb.
Proses başa çatdıqdan sonra gəmi-bərə yenidən istismara qaytarılıb. Hazırda “Ağdam” Ələt limanından Türkmənistanın Türkmənbaşı limanına istiqamətlənib.
Məlumat üçün bildirək ki, uzunluğu 154.3 metr, eni 18.3 metr olan “Ağdam” gəmi-bərəsinin maksimal sürəti 12.5 uzeldir.