25:09 - 4:25
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Türkiyənin daha bir təcrübəsi Azərbaycanda

10.04.2025 - 8:19
A A

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə keçirilən I Azərbaycan-Türkiyə Uşaq Təcili Tibbi Yardım və Reanimasiya Konqresi Azərbaycanın paytaxtı Bakı şəhərində təşkil olundu.

Azərbaycan Respublikasının Pediatriya Mərkəzi və Türkiyə Uşaq Təcili Tibbi Yardım və Reanimasiya Dərnəyinin təşkilatçılığı, Azərbaycan İcbari Tibbi Sığorta Dövlət Agentliyi, Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və TİKA-nın tərəfdaşlığı ilə 07-09 aprel 2025-ci il tarixlərində Bakı şəhərində baş tutan bu konqres geniş miqyaslı iştirakla keçdi.

Konqresin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Pediatriya Mərkəzinin direktoru, uzman həkim Dr. Azər Əhmədov qeyd etdi ki, son illərdə Azərbaycan pediatriya sahəsində əhəmiyyətli inkişaf mərhələsinə qədəm qoyub. Onun sözlərinə görə, mərkəzə tabe olan xəstəxanalarda yenidoğulmuşlara və uşaqlara göstərilən təcili tibbi müdaxilələrin uğur faizi nəzərəçarpacaq dərəcədə artıb.

Ankara Universiteti Cəbcəbi Xəstəxanasının baş həkimi və Konqresin sədri professor Dr. Tanıl Kendirli isə azərbaycanlı həmkarlarının konqresə və çərçivəsində təşkil olunan kurslara göstərdikləri böyük maraqdan məmnun qaldıqlarını ifadə edərək, tədbirin təşkilinə verdiyi dəstəyə görə TİKA-ya təşəkkürünü bildirdi.

TİKA-nın Azərbaycandakı layihələri barədə danışan TİKA Bakı Proqram Koordinatoru Hayrettin Özçelik bildirdi ki, qurum 1994-cü ildən bəri Azərbaycanda fəaliyyət göstərir və bu müddət ərzində 1500-dən çox layihə həyata keçirib. O qeyd etdi:

“Təkcə səhiyyə sahəsində deyil, hər bir sahədə dost və qardaş iki ölkənin təcrübə və biliklərini paylaşması üçün çalışırıq.”

Ankara Universitetinin rektoru professor Dr. Nəcdət Ünüvar konqresdə onlayn iştirak etdi.

Konqresin açılış mərasimində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri professor Dr. Birol Akgün isə dedi:

“TİKA səhiyyə sektorunda Azərbaycanın nüfuzlu qurumları və həkimləri ilə birgə fəaliyyət göstərərək modulyar xəstəxanaların qurulmasından tutmuş tibbi müayinələrə, səhiyyə təhsillərindən təcrübə mübadiləsi proqramlarına, tibbi avadanlıqların təminindən səhiyyə sahəsində keçirilən konfrans, sərgi və konqreslərin dəstəklənməsinə qədər çox geniş bir sahədə işlərini davam etdirir.”

Üç gün davam edən konqresə 300-dən çox həkim, tibb bacısı və səhiyyə işçisi qatıldı. Konqres çərçivəsində səhiyyə işçiləri üçün “Uşaq Təcili Yardımı və Reanimasiya”, “Mexaniki Ventilyasiya”, “Pediatrik Təcili Yardım və Reanimasiya üzrə Tibb Bacısı Hazırlığı” mövzularında kurslar təşkil olundu. Tədbir sonunda iştirakçılara sertifikatlar təqdim edildi.

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 600-ü keçib – YENİLƏNİB

Növbəti Yazı

Natəvan Bayramova vəzifədən getdi

XƏBƏR LENTİ

Gündəm

Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür — ŞİKAYƏT

2025/09/11 - 12:52
Gündəm

“Sağlam Vərdişlər – Gənclər üçün sağlam həyat tərzi çat-bot” layihəsi həyata keçirildi 

2025/09/09 - 22:20
Gündəm

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edi Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/09 - 16:40
Gündəm

Texnologiyanın ürəyi yenidən İstanbulda atacaq- TEKNOFEST-ə qeydiyyat BAŞLADI

2025/09/06 - 18:39
Gündəm

Türkiyənin ən gözəl turizm şəhərləri – FOTOLAR

2025/09/05 - 13:46
Gündəm

Gecə muzeylərindən sualtı macəralara : Türkiyənin ən yaxşı “Noctourism” təcrübələri – FOTOLAR

2025/09/04 - 11:16
Gündəm

“Dədə Qorqud” tankeri Xəzərdə yenidən yükdaşımalara cəlb olunub 

2025/09/02 - 11:40
Gündəm

Qallipoli Wreck Fest 2025: Çanaqqalanın sualtı irsi dünya gündəmində

2025/09/01 - 12:45
Gündəm

Bosfor Kuboku 24-cü dəfə İstanbulda keçiriləcək –FOTOLAR

2025/08/29 - 11:34
Gündəm

ADDA-da Azərbaycan və ingilis dilində tədris üçün nəzərdə tutulan plan yerləri tam dolub

2025/08/26 - 17:12
Gündəm

Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”

2025/08/26 - 12:36
Gündəm

Rəqəmsal dünyada Türkiyə imzası – GoTürkiye sosial şəbəkələrdə aparıcı turizm platformasına çevrilib – FOTOLAR

2025/08/20 - 11:37
Gündəm

Türkiyənin cənnəti Tekirdağ –  FOTOLAR

2025/08/14 - 10:43
Gündəm

Sabiha Gökçen Hava Limanında keçid sürətləndirilib

2025/08/14 - 9:55
Gündəm

Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir – FOTOLAR

2025/08/12 - 16:36
Gündəm

Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir

2025/08/11 - 14:50
Gündəm

Zəngəzur dəhlizi Türkiyə-Azərbaycan quru bağlantısında tarixi addım olacaq

2025/08/09 - 20:38
Gündəm

Qara dənizin təbiət və mədəniyyət mərkəzi Giresun FOTO

2025/08/08 - 12:32
Gündəm

Türkiyənin Qara dəniz bölgəsində  3 məşhur turizm marşurutu – FOTOLAR

2025/08/06 - 12:00
Gündəm

TBMM-də tarixi gün: “Terrorsuz Türkiyə” üçün komissiya işə başladı

2025/08/05 - 17:25

SEÇMƏ

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edi Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/09 - 16:40

Avropada yay tətilini uzatmaq meyli son illər getdikcə güclənir. Avropa Turizm Komissiyasının (ETC) dərc etdiyi “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi”...

Daha çox oxu

Türkiyənin cənnəti Tekirdağ –  FOTOLAR

2025/08/14 - 10:43

Turizmin əsas dayaqları sözsüz ki, tarixi-mədəni abidələr və əlverişli təbii resurslardır. Məhz bu səbəbdən qardaş Türkiyədə turizm sürətlə inkişaf edir....

Daha çox oxu

Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir

2025/08/11 - 14:50

Son günlər sosial şəbəkələrdə tez-tez rast gəldiyimiz bir mənzərə var: səhərin ilk işıqları altında Kappadokiyanın “pəri bacaları” üzərində süzülən rəngbərəng...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.