25:12 - 1:23
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

ATMU-da Zəfər Günü ilə bağlı tədbir keçirildi 

07.11.2024 - 15:37
A A

 

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Böyük qələbənin 4 illliyinə həsr olunmuş “8 Noyabr – Zəfər Tariximizin İnciləri” adlı tədbir keçirilib.
Universitetden Platforma.az-a bildirilib ki, Azərbaycan Respublikasının Milli Məclisinin nümayəndələri Ceyhun Məmmədov və Vüqar İskəndərov, rektor İlham Mədətov, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, universitetin şəhid məzunu Məhəmmədəli Həsənzadənin atası Hörmət Həsənzadənin, həmçinin ATMU-nun professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.
ATMU-nun rektoru İlham Mədətov təbrik-çıxışı ilə başlayan nitqində vurğuladı ki, 44 günlük müharibə və düşmən üzərində tarixi qələbə dövlətimizin rəhbərinin siyasətini, qətiyyətini nümayiş etdirməklə, həm də çətin gündə xalqımızın birliyini, əyilməzliyini ortaya qoydu. Müzəffər ordumuzun Azərbaycanın hərb tarixinə şanlı səhifə yazmaq bacarığına malik olduğunu sübuta yetirdi. Rektor bildirdi ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbə, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb edir. İlham Mədətov gələn qonaqlara minnətdarlığını bildirərək, 8 noyabr “Zəfər günü” münasibətilə hər kəsi təbrik etdi və şəhidlərimizin ruhu qarşısında baş əydiyini, onlara uca tanrıdan rəhmət, ailələrinə isə səbr dilədiyini bildirdi.
Millət Vəkili Ceyhun Məmmədov çıxışında bildirdi ki, məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi, sınmaz iradəsi və rəşadətli Azərbaycan Ordusunun yenilməzliyi, şücaəti sayəsində müqəddəs torpaqlarımız düşmən işğalından azad olundu. 30 illik yurd həsrətinə son qoyuldu. O, Azərbaycanın regional güc kimi mövqeyini gücləndirən Zəfər Günü qələbəsinin gələcək nəsillərə təsiri barədə düşüncələrini bölüşdü.
Tədbirin davamında millət vəkili Vüqar İskəndərov çıxış edərək noyabr ayının 8-ni qürur günümüz kimi tarixə yazan qəhrəman övladlarımıza əbədi təşəkkür borcumuzun olduğunu dedi. Millət vəkili Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda görülən işlərdən, dövlətin həyata keçirdiyi siyasətin əhəmiyyətindən və xalqın dəstəyinin vacibliyindən danışdı, gəncləri bu qələbənin nəticələrini qorumağa və ölkəmizin gələcəyinə töhfə verməyə çağırdı.
Tədbirdə çıxış edən tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov universitetin həyata keçirdiyi bu cür tədbirlərlə gənclər arasında milli ruhun və vətənpərvərliyin təbliğinə verdiyi əhəmiyyətindən bəhs etdi. O, Zəfər Gününün Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olduğunu vurğuladı, bu qələbənin əldə edilməsində Azərbaycan Ordusunun və şəhidlərimizin rolunu bir daha xatırlatdı.
ATMU-nun İctimai fənlər kafedrasının professoru Məhərrəm Zülfüqarlı isə Qarabağ müharibələrinin tarixi və Zəfər Gününə aparan proseslər haqqında geniş məlumat verdi. Professor Azərbaycanın tarixi torpaqları uğrunda mübarizənin əhəmiyyətindən, keçmiş münaqişələrin ölkəmizin dövlətçilik tarixində oynadığı roldan və bu zəfərin xalqın birliyi sayəsində qazanıldığından bəhs etdi.
Tədbirdə qeyd olundu ki, 44 günlük Vətən müharibəsində iştirak edən ATMU-nun 100-dən çox tələbə və məzunundan 60 nəfərə yaxını Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən müxtəlif medallarla təltif olunub. Şəhidlik zirvəsinə ucalan ATMU-nun məzunu Məhəmmədəli Həsənzadə ölümündən sonra bir sıra medallara layiq görülüb.
Tədbirdə həmçinin şəhidimiz haqqında və Zəfər tariximizi əks etdirən video-çarxlar nümayiş olundu.
Daha sonra panel müzakirəsi aparıldı. Qonaqlar tələbələrin suallarını cavablandıraraq, işğaldan azad olunmuş torpaqlarda turizmin inkişaf imkanları, perspektivləri və bu istiqamətdə görülən işlər barədə məlumat verdilər.
Sonda xatirə şəkilləri çəkildi.




 

 

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Küləkli hava şəraiti 6 noyabr səhər saatlarınadək davam edəcək

Növbəti Yazı

Türkiyənin qış turizmi və ən gözəl istiqamətlər

XƏBƏR LENTİ

Gündəm

ADDA və GIZ rəqəmsal əməkdaşlıq imkanlarını müzakirə edib

2025/12/04 - 13:02
Gündəm

Mənəvi Səyahət: Konyada Şəb-i Arus mərasimləri – FOTOLAR

2025/11/29 - 13:40
Gündəm

Ordubadda ilkin səhiyyə xidməti gücləndirilir 

2025/11/26 - 18:55
Gündəm

Şərur Rayon Mərkəzi Xəstəxanasına yeni tibbi avadanlıqlar təhvil verildi 

2025/11/24 - 21:08
Gündəm

Türkiyənin məşhur zeytun yığımına qoşulun – bu mövsümi təcrübəni qaçırmayın! – FOTOLAR

2025/11/24 - 12:11
Gündəm

Türkiyədə Magistr Təhsilinin üstünlükləri…

2025/11/20 - 14:29
Gündəm

Türkiyənin qədim marşrutlar və təbiət möcüzələri ilə dolu gizli dünyasını kəşf edin

2025/11/19 - 19:20
Gündəm

“Xocalı” gəmisi Avstraliyadan ABŞ-yə doğru səfərə çıxıb 

2025/11/14 - 11:42
Gündəm

“Suraxanı” gəmi-muzeyi “ICOM 2025” Beynəlxalq Konfransında təmsil olunur 

2025/11/13 - 13:00
Gündəm

ASCO gəmiləri ilə maye və quru yük daşımalarında 17 faiz artım qeydə alınıb 

2025/11/13 - 12:53
Gündəm

Azərbaycan və Türkiyədən olan şəhid övladları “Türk övladı” marşını səsləndiriblər – VİDEO

2025/11/07 - 15:24
Gündəm

ASCO-da “SAP Ariba” sistemi uğurla tətbiq olunub

2025/11/05 - 11:37
Gündəm

Türkiyənin turizm gəlirləri 50 milyard dollara çatdı – Fotolar 

2025/11/05 - 11:34
Gündəm

Abşeron Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb

2025/10/26 - 19:54
Gündəm

Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunmuş “Şövkət” filmi təqdim edilib

2025/10/23 - 12:44
Gündəm

Gəncədə TİKA-nın dəstəyi ilə 5-ci Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransı keçirilib

2025/10/21 - 11:14
Gündəm

Bu payız Şanlıurfada dünyanın ən qədim Neolit irsini kəşf edin – FOTOLAR

2025/10/18 - 12:57
Gündəm

Dünya idmançıları yenidən Kapadokyada toplanır -FOTOLAR

2025/10/15 - 12:41
Gündəm

Tikintisi davam edən sayca üçüncü RoPax tipli gəmi-bərədə yeniliklər tətbiq olunacaq 

2025/10/10 - 12:16
Gündəm

Türkiyənin kruiz turizmi son 12 ilin zirvəsinə çatdı, 18 limanda 1,5 milyon sərnişin qəbul edildi – FOTOLAR

2025/10/09 - 13:53

SEÇMƏ

Türkiyənin qədim marşrutlar və təbiət möcüzələri ilə dolu gizli dünyasını kəşf edin

2025/11/19 - 19:20

Tarixi zənginliyi, təbiət gözəllikləri və qonaqlara fərqli səyahət təcrübələri təqdim edən çoxsaylı istiqamətləri ilə Türkiyə, nüfuzlu səyahət siyahılarında yerini möhkəmləndirməyə...

Daha çox oxu

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18

Türkiyə coğrafiyası və təbiət quruluşu baxımından dünyanın ən unikal turizm bölgələrindən biri hesab olunur. İqlim şərtlərinin müxtəlifliyi, dəniz, dağ və...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13

Platforma.az - Son illərdə Avropada yay tətilini uzatmaq meyli güclənir. Avropa Turizm Komissiyasının (ETC) “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi” hesabatının 22-ci...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.