25:12 - 1:21
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Türkiyənin Qərbdən Şərqə ən yaxşı payız marşrutlarını kəşf edin – FOTOLAR 

28.09.2024 - 15:29
A A

Aralıq dənizinin qoynunda səyahət edənlərə saysız-hesabsız macəralar təqdim edən Türkiyə, günəşli payız səyahətləri üçün ən yaxşı yerdir. Ölkənin cənub sahillərində yay heç vaxt bitmir və bu geniş coğrafiyanın müəyyən hissələrində isti Aralıq dənizi payızını hələ də yaşamaq mümkündür. Hər kəsin yolu payızda zəngin tarixə və canlı atmosferə malik İstanbula mütləq düşməlidir. Lakin bu dəfə, payız rənglərindəki təbii gözəllikləri, son qazıntılar zamanı aşkar olunan bir çox əsərin olduğu antik şəhərləri və Türkiyənin zəngin mətbəx ənənələrini yaşaya biləcəyiniz digər gözəl istiqamətləri kəşf edəcəksiniz. Payız mövsümündə Türkiyənin ən cəlbedici məkanları ilə yaxından tanış olaq.

Egey mətbəxi
Egey sahilləri bol miqdarda təzə dəniz məhsulları, orqanik məhsullar, aromatik otlar və zeytun yağı ilə zövqlü qastronomik səyahətlər təqdim edir. Payızda, Bozcaadadan Ayvalığa qədər bölgənin məşhur istirahət mərkəzləri, üzüm yığımı festivalları və zeytun yığımı mövsümü ilə canlanır, ziyarətçilərə bu əsrlik ənənələrə qoşulma imkanı verir. Ziyarətçilər, ləziz balıqdan zeytun yağına, tərəvəzlərdən məzələrə qədər sağlam yeməklərdən dada bilərlər. Bu ləziz təamlar bölgənin məşhur şərabları ilə birgə təqdim edilir. Lakin bölgənin ən tanınmış mətbəxi, sözsüz ki, İzmirdəki Urla rayonudur. Bu sakit və dinc şəhər, üzüm bağları və zeytun ağacları arasında gəzintilər etmək, daha sonra isə “bağımızdan masanıza” və Michelin ulduzlu restoranlarda unudulmaz ləzzətləri dadmaq üçün ideal bir yerdir.

Aralıq dənizi tətilləri
Payızda Türkiyənin cənub sahilləri mülayim iqlimi, günəş işığı və mavi sahilləri ilə dəniz-günəş-qum tətilləri üçün ideal olaraq qalır. 233 Mavi Bayraqlı çimərliyi və demək olar ki, il boyu günəşli havası ilə Türk Rivierasının mərkəzi olan Antalya, dünyanın ən gözəl şəhərləri arasında yer alır. Aralıq dənizi günəşinin və ilıq suların dadını çıxardıqdan sonra, şəhərin antik yaşayış yerlərini ziyarət etmək üçün birgünlük ekskursiyalar da edə bilərsiniz. Aspendosdan Sideyə qədər olan antik şəhərlər, burada dünyanın ən tarixi yerlərindən birində olduğunuzu hiss etdirəcək. Antalyada həmçinin Belekdəki otellərdə golf oynaya, Kaşın gözəl sularında dalış edə və Karain, Damlataş kimi heyrətamiz mağaraları ziyarət edərək, başqa heç yerdə görmədiyiniz mənzərələrə şahid ola bilərsiniz. Likya yolu və St. Paul yolu bu mövsümdə yaşanmalı olan unudulmaz təcrübələr təqdim edir.

Kapadokya: Unikal coğrafiya
Payızın istisini yaşamaq üçün başqa bir gözəl yer Kapadokyadır. Siz mütləq isti hava balonu turuna çıxmalı və bu füsunkar torpaqların gözəlliyini ayaqlarınızın altında görməlisiniz. Kapadokya, pəri bacaları və möhtəşəm mənzərələri ilə hər zaman “fərqli aləm” olaraq təsvir olunur. Tarix boyu bu bölgə, saysız mədəniyyətin beşiyi olmuşdur. YUNESKO-nun Dünya İrs siyahısında yer alan Göreme Açıq Hava Muzeyi, gözəl freskaları olan daşdan oyulmuş kilsələri ilə mütləq ziyarət edilməli bir yerdir. Qədim işğallardan qorunmaq məqsədilə inşa edilmiş Kaymaklı və Derinkuyu kimi yeraltı şəhərlər, sizi mürəkkəb tunelləri və otaqları kəşf etməyə dəvət edərək, keçmişin sirlərinə bir pəncərə açır.

Cənub-Şərqə səyahət: mədəni irs və qastronomiyanın birləşdiyi yer
Payız, Türkiyənin cənub-şərq şəhərlərini kəşf etmək üçün sirlərlə dolu bir dövrüdür. Nəhəng heykəlləri və qədim məzarları ilə UNESCO-nun siyahısında yer alan Nemrut dağının uca zirvəsindən başlayaraq, unudulmaz gün doğumu və gün batımı mənzərələrinin incəliyini seyr edərək səyahətinizə başlaya bilərsiniz. Ardınca, dünya şöhrətli paxlava, kabab və püstə ləzzətləri ilə tanınan Qaziantepə səyahət edin. Bu şəhər, qastronomiya sahəsində özünə müstəsna bir yer qazanmışdır. Qaziantepdə qədim mozaikaların gözəlliyi ilə sizi heyrətləndirəcək Zeuqma Mozaika Muzeyini ziyarət etməyi də unutmayın. Burada tarix, sənət və mədəniyyət bir araya gələrək, sizi unudulmaz bir atmosferə qərq edir.
Daha sonra, Göbeklitəpə və Karahantəpə kimi dünyanın ən qədim Neolit yaşayış məskənlərinin olduğu Şanlıurfanı ziyarət edin. Bu bölgədə “Daş Təpələr” layihəsi çərçivəsində aparılan tədqiqatlar, son dövrlərdə bir çox maraqlı kəşfləri üzə çıxarıb. Ardınca, Mardin sizi gözəl daş memarlığı ilə qarşılayacaq. Tarixi monastırlar, kilsələr və məscidlərlə dolu bu şəhərdə, zəngin mədəniyyət və adət-ənənələri araşdıraraq dar küçələrində dolaşın. Unikal Suriya şərabları və badam konfetləri kimi yerli ləzzətlər səyahətinizi daha da gözəlləşdirəcək. Sonda, qədim şəhər divarları və YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş tarixi Hevsel Bağları ilə tanınan Diyarbakır şəhərinə doğru yola çıxın. Diyarbakıra çatmaq üçün isə Ankaradan şərq dağlarına doğru irəliləyən və Time jurnalının “2024-cü ilin ən gözəl yerləri” siyahısına daxil olan ekoloji cəhətdən dost Diyarbakır Ekspresi ilə yola çıxa bilərsiniz.

 

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Türkiyə səfirliyi “Anım Günü” ilə bağlı paylaşım edib – FOTO 

Növbəti Yazı

Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub 

XƏBƏR LENTİ

Gündəm

ADDA və GIZ rəqəmsal əməkdaşlıq imkanlarını müzakirə edib

2025/12/04 - 13:02
Gündəm

Mənəvi Səyahət: Konyada Şəb-i Arus mərasimləri – FOTOLAR

2025/11/29 - 13:40
Gündəm

Ordubadda ilkin səhiyyə xidməti gücləndirilir 

2025/11/26 - 18:55
Gündəm

Şərur Rayon Mərkəzi Xəstəxanasına yeni tibbi avadanlıqlar təhvil verildi 

2025/11/24 - 21:08
Gündəm

Türkiyənin məşhur zeytun yığımına qoşulun – bu mövsümi təcrübəni qaçırmayın! – FOTOLAR

2025/11/24 - 12:11
Gündəm

Türkiyədə Magistr Təhsilinin üstünlükləri…

2025/11/20 - 14:29
Gündəm

Türkiyənin qədim marşrutlar və təbiət möcüzələri ilə dolu gizli dünyasını kəşf edin

2025/11/19 - 19:20
Gündəm

“Xocalı” gəmisi Avstraliyadan ABŞ-yə doğru səfərə çıxıb 

2025/11/14 - 11:42
Gündəm

“Suraxanı” gəmi-muzeyi “ICOM 2025” Beynəlxalq Konfransında təmsil olunur 

2025/11/13 - 13:00
Gündəm

ASCO gəmiləri ilə maye və quru yük daşımalarında 17 faiz artım qeydə alınıb 

2025/11/13 - 12:53
Gündəm

Azərbaycan və Türkiyədən olan şəhid övladları “Türk övladı” marşını səsləndiriblər – VİDEO

2025/11/07 - 15:24
Gündəm

ASCO-da “SAP Ariba” sistemi uğurla tətbiq olunub

2025/11/05 - 11:37
Gündəm

Türkiyənin turizm gəlirləri 50 milyard dollara çatdı – Fotolar 

2025/11/05 - 11:34
Gündəm

Abşeron Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb

2025/10/26 - 19:54
Gündəm

Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunmuş “Şövkət” filmi təqdim edilib

2025/10/23 - 12:44
Gündəm

Gəncədə TİKA-nın dəstəyi ilə 5-ci Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransı keçirilib

2025/10/21 - 11:14
Gündəm

Bu payız Şanlıurfada dünyanın ən qədim Neolit irsini kəşf edin – FOTOLAR

2025/10/18 - 12:57
Gündəm

Dünya idmançıları yenidən Kapadokyada toplanır -FOTOLAR

2025/10/15 - 12:41
Gündəm

Tikintisi davam edən sayca üçüncü RoPax tipli gəmi-bərədə yeniliklər tətbiq olunacaq 

2025/10/10 - 12:16
Gündəm

Türkiyənin kruiz turizmi son 12 ilin zirvəsinə çatdı, 18 limanda 1,5 milyon sərnişin qəbul edildi – FOTOLAR

2025/10/09 - 13:53

SEÇMƏ

Türkiyənin qədim marşrutlar və təbiət möcüzələri ilə dolu gizli dünyasını kəşf edin

2025/11/19 - 19:20

Tarixi zənginliyi, təbiət gözəllikləri və qonaqlara fərqli səyahət təcrübələri təqdim edən çoxsaylı istiqamətləri ilə Türkiyə, nüfuzlu səyahət siyahılarında yerini möhkəmləndirməyə...

Daha çox oxu

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18

Türkiyə coğrafiyası və təbiət quruluşu baxımından dünyanın ən unikal turizm bölgələrindən biri hesab olunur. İqlim şərtlərinin müxtəlifliyi, dəniz, dağ və...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13

Platforma.az - Son illərdə Avropada yay tətilini uzatmaq meyli güclənir. Avropa Turizm Komissiyasının (ETC) “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi” hesabatının 22-ci...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.