Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verib.
Partiyadan verilən məlumata görə, N.Cəfəroğlu öz ərizəsində Müsavatın bir dəyər olduğunu qeyd edib, Azərbaycanda milli birlik, demokratik cəmiyyət və qanunun aliliyi uğrunda siyasi və ictimai fəaliyyətini davam etdirəcəyini də bildirib.